Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Rəşad Məcidin Mehdiabad məktəbliləri ilə görüşü keçirilib

Tarix:29-12-2015, 18:54

Rəşad Məcidin Mehdiabad məktəbliləri ilə görüşü keçirilib Axırıncı dəfə orta məktəbdə beş il öncə olmuşam. Ötən gün isə şair Rəşad Məcidin Abşeron rayonu Mehdiabad qəsəbəsi 4 saylı tam orta məktəbdə gənclərlə görüşündə iştirak etdim. Bu, mənim üçün həm ədəbi səyahət, həm də universitet dönəmindəki yadırğanmış keçmişimə qayıdış idi.

Şairi məktəbin girişində üzlərindən sevinc oxunan uşaqlar qarşıladı. Onların səsini eşitmək, məktəbin öncüllərinin "xoş gəldiniz, müəllim" sədalarıyla şairi qarşılamaları fərəhli bir mənzərəydi. Ardınca ikinci mərtəbədəki akt zalında şagirdlərin, müəllimlərin şairi gözlədiyi otağa daxil olduq.

Tədbir məktəbin direktoru, filologiya elmləri doktoru Elnura Cavadzadənin açılış sözləriylə başladı. Ancaq görüş sona qədər Rəşad Məcidlə məktəblilərin aktiv ünsiyyəti ilə keçdi. Çoxlu suallar hazırlanmışdı və bu sualların əksəriyyəti şairin şeirlərindən çıxarışlar idi. Bu isə söhbəti bir az da maraqlı edirdi. Bundan əlavə, Rəşad Məcid haqqında başqa-başqa ədiblərin fikirləri səsləndirilir, şeirlər oxunurdu. Şagirdlərin məktəb dərsliklərindən sanki bir pillə yuxarı, bir az da ciddi, sanballı yanaşma ilə ədəbi məclis qurmaları, əlbəttə, sevindirici idi.

Elnura Cavadzadə şairi məktəblilərə təqdim etdi: "Rəşad Məcid vətəndaş şairdir. O, gənc istedadlara hər zaman yol açan, dəstək olan insandır. Bunu xüsusilə vurğulamaq istəyirəm ki, göstərdiyi qayğı təmannasızdır. Mənim ilk kitabımın redaktoru Rəşad Məcid olub. Gənc istedadları arayıb-axtarması, dəstəyi elə bundan da bəllidir".

Rəşad Məcid isə çıxışına mütaliə və ədəbiyyatla bağlı fikirləri ilə başladı: "Təhsil Nazirliyinin əmri ilə, mütaliə vərdişlərinin genişləndirilməsi üçün şagirdlərlə yazıçıların, şairlərin görüşləri keçirilir. Bizim ilk görüşümüz Xalq yazıçıları Anar və Çingiz Abdullayevlə birgə 23 nömrəli məktəbdə oldu. Bundan başqa Zərifə Əliyeva adına Liseydə də görüşümüz keçirildi. Hesab edirəm ki, bu görüşlərin gənclərin, məktəblilərin mütaliə vərdişlərinin inkişafında rolu var və onlarda müəyyən stimul yaradır. Bu məktəbə isə ilk dəfə gəlirəm. Gənclər soruşa bilərlər ki, mütaliə vərdişləri nə üçün önəmlidir... Əvvəla, bizim tariximiz, milli yaddaşımız məhz bədii mətnlərdə, yazıçıların, şairlərin əsərlərində yaşayır. Həm mənəvi dünyamızı zənginləşdirmək, həm də keçmişimizə bələd olmaq üçün oxumaq, mütaliə zəruridir. Eyni zamanda bizim ictimai anlamda ciddi bir problemimiz də var. Televiziyalardakı proqramlar, teleşoular və digər vasitələr bizə nitq mədəniyyətimizin müəyyən hissəsini təqdim edir. Problemlər isə göz qabağındadır. Azərbaycan dilində səlis, rahat danışmağı bacarmayanların ən başlıca problemi, əlbəttə, mütaliəsiz olmalarıdır. Bu anlamda keçmişimizi, tariximizi bilmək və nitq, danışıq mədəniyyətinin formalaşması üçün mütaliə və ədəbiyyat önəmlidir".

Görüş zamanı şairin həyat və yaradıcılığı ilə bağlı videoçarx təqdim olundu. Tədbir olduqca dinamik və rəngarəng idi. Misal üçün, şairin "Yanıq Kərəmi" şeirinin sazın müşayiəti ilə səsləndirilməsi olduqca emosional alındı. Bundan əlavə çıxışlardan da görünürdü ki, məktəbin istedadlı uşaqları heç də az deyil. Onların arasında idman üzrə çempionlar da var idi, məharətli gənc ifaçılar da.

Məktəbin müəllimi Günel Alışlı şairin bioqrafiyası barədə çıxış etdi: "1964-cü ildə dünyaya göz açıb, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirən, hazırda "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin Katibi, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü olan Rəşad Məcid "Hələ ki vaxt var", "10 sentyabr", "Əlvida və salam", "Dəlicəsinə", "Çiyələk qadın" kitablarının müəllifidir. Rəşad Məcidin yaradıcılığı çoxşaxəlidir. O, şeir də yazır, hekayə də. Publisistik məqalələr də qələmə alır, ədəbi-tənqidi yazılar da. Rəşad Məcidin fəaliyyətində ən uzunömürlü sahə isə publisistikadır. O, 1988-ci ildən - Qarabağa həsr olunmuş məqalələrini çap etdirəndən bu günə qədər publisistikayla ardıcıl şəkildə məşğul olur. Rəşad Məcidin publisistik məqalələri təsirli monoloq kimi səslənir. Bu monoloqlarda cəmiyyətin nəbzi döyünür. Müxtəlif illərdə yazılmış "Yeni paytaxt ehtiyacı", "Səfərin təzəsi, dostun köhnəsi", "Əlvida və salam", eləcə də digər publisistik məqalələrində müasir cəmiyyətin doğurduğu konkret məsələlərlə bağlı müşahidələr və mühakimələr var. Şair Rəşad Məcidə görə, şeir "bir dolu ürəyin püskürmə çağı"dır, "dikəlib asfaltı deşən bənövşə"dir. Onun şeirlərinin mövzusu müxtəlifdir. Dünya, vətən, ictimai motivlər, milli duyğular, sevgi, təbiət... Şair böyük ədəbiyyata gedən yolda sələflərindən də bəhrələnərək öz sözünü deməyi bacarıb. Rəşad Məcidin şeirləri həyata lirik-romantik baxışın orijinal ifadəsidir".

Tədbirdə çıxışlarla yanaşı suallar da çox oldu və şair məktəblilərin suallarını ətraflı cavablandırdı. Tədbirin sonunda Rəşad Məcid iştirakçılara imzalı kitablarını təqdim etdi.

Müşfiq ŞÜKÜRLÜ

Rəşad Məcidin Mehdiabad məktəbliləri ilə görüşü keçirilib
Rəşad Məcidin Mehdiabad məktəbliləri ilə görüşü keçirilib
Rəşad Məcidin Mehdiabad məktəbliləri ilə görüşü keçirilib

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib