Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda Gənclər Günü qeyd olunub

Tarix:3-02-2016, 15:12

Dünən Abşeronlu gənclər Gənclər Günü münasibətilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

Sonra tədbirdə Abşeron gənclərinin 2015-cü ildə qazandıqları uğurlardan, rayonda idman sahəsinin inkişafına yönələn tədbirlərdən bəhs edən film nümayiş etdirildi.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısı İradə xanım Gülməmmədova çıxış edərək 2 fevral Gənclər Günü münasibətilə gəncləri təbrik etdi. O qeyd etdi ki, bir neçə gün öncə gənclərin bir qrupu ilə görüşən Prezident İlham Əliyev Azərbaycan gənclərinə bir sıra tövsiyyələr verib: «Dövlət başçısı qeyd edib ki, bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzün bərpasıdır, tarixi torpaqlarımıza qayıtmaqdır. Cənab Prezident həmçinin, bildirib ki, indi əsas məqsəd ölkəmizdəki inkişafın dayanıqlı olmasını təmin etməkdir və bu məsələdə gənclərin fəaliyyəti onların baxışları həlledici rol oynamalıdır. Dövlət başçısı gənclərə milli dəyərlərimizi hər şeydən üstün tutmağı, vətənpərvərlik və mənəvi məsələlərdə hər zaman prinsipial olmağı, gənclərin bundan sonra da ölkəmizin inkişafına xidmət edəcəklərinə əminliyini bildirib.
Abşeron rayon gəncləri də dövlət başçısının bu tövsiyələrinə əməl edərək rayonun sosial-iqtisadi, ictimai-siyasi, mədəni və idman həyatında daha da fəal iştirak edirlər və bundan sonra da edəcəklər. Bunun üçün rayonumuzda hər cür şərait yaradılıb. Gənclər rayon iqtisadiyyatının bütün sahələrində o cümlədən sənaye, tikinti, nəqliyyat və xidmət sahələrində, sosial sahələrdə o cümlədən təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində geniş təmsil olunurlar.
Qeyd olunub ki, indi Abşeron rayonunda gənclər milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, yeni ideyaların təşəbbüskarı və dövlət idarəçiliyində aparıcı qüvvə kimi formalaşır və böyük nailiyyətlər əldə edirlər.

Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev ilk öncə Müstəqil Azərbaycan gənclərini bu bayram günü və eyni zamanda birinci Gənclər Forumunun 20-ci ildönümü münasibətilə ürəkdən təbrik etdi, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzuladı.

İdarə rəisi vurğuladı ki, gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq, Ulu Öndərimiz 1993-cü ildə ikinci dəfə Respublikaya hakimiyyətə gəldikdən sonra gördüyü ilkin və mühüm işlərdən biri gənclərin ilk dövlət təşkilatının – Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılması olmuşdur.

Sonra səhnəyə dəvət olunan gənclərin iştirakı ilə tədbirin rəmzi olan tort kəsildi.

Daha sonra, Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin adından “2 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir sıra gənclərə fəxri fərman və hədiyyələr təqdim olundu.

Tədbir gənc incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam etdirildi.

Abşeronda Gənclər Günü qeyd olunub
Abşeronda Gənclər Günü qeyd olunub
Abşeronda Gənclər Günü qeyd olunub
Abşeronda Gənclər Günü qeyd olunub
Abşeronda Gənclər Günü qeyd olunub
Abşeronda Gənclər Günü qeyd olunub
Abşeronda Gənclər Günü qeyd olunub
Abşeronda Gənclər Günü qeyd olunub
Abşeronda Gənclər Günü qeyd olunub
Abşeronda Gənclər Günü qeyd olunub
Abşeronda Gənclər Günü qeyd olunub
Abşeronda Gənclər Günü qeyd olunub
Abşeronda Gənclər Günü qeyd olunub
Abşeronda Gənclər Günü qeyd olunub
Abşeronda Gənclər Günü qeyd olunub

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib