Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonunun 2015-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib

Tarix:5-02-2016, 20:59

Abşeron  rayonunun 2015-ci ildə  sosial-iqtisadi inkişafının yekunları və  2016-cı ildə qarşıda duran vəzifələrə  dair hesabat yığıncağı keçirilib Bu gün Abşeron rayonunun 2015-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib. İclasda rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Prezident Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Niyaz Əliyev, royonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, KİV nümayəndələri və rayon ictimaiyyətinin təmsilçiləri iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ötən ildə Abşeron rayonunda həyata keçirilən işlərlə bağlı geniş məruzə ilə çıxış etmişdir.

İ.Gülməmmədova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nitqindən irəli gələn vəzifələrdən, o cümlədən dövlət başçısının səsləndirdiyi iradlardan, qarşıdakı dövr üçün müəyyənləşdirdiyi mühüm vəzifələrdən və verdiyi tapşırıqlardan söz açıb.
Prezident İlham Əliyevin müstəqil, düşünülmüş və çevik siyasi kursu sayəsində Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub, itkilərin minimuma endirildiyini qeyd edən Rayon İcra Hakimiyyətinin başçısı vurğulamışdır ki, 2015-ci ildə neftin qiymətinin 3 dəfədən çox aşağı düşməsinə baxmayaraq iqtisadiyyatımız 1.1 faiz, sənaye istehsalı 2.4 faiz, qeyri-neft sənayesi isə 8.4 faiz artıb, ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub.

Hesabat dövründə Abşeron rayonun sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində abadlıq-quruculuq işlərinin davam etdirildiyini, əhalinin maddi rifahının yaxşılaşdırılması, sosial problemlərinin həlli məsələləri rayon İcra hakimiyyəti başçısı aparatının daim diqqət mərkəzində saxlanıldığını qeyd edən İ.Gülməmmədova bildirib ki, 2015-ci ildə rayon ərazisində yolların əsaslı və cari təmiri məqsədilə yaşayış məntəqələrində şəhər, qəsəbə və kəndarası yollara 130752 kv.metr asfalt örtük verilib, 91868 kubmetr sahəyə çınqıl tökülmüşdür. Ümumilikdə 175 küçə daxili imkanlar hesabına əsaslı təmir olunmuş, bununla bağlı işlər hazırda da davam etdirilir. Əhalinin sabit elektrik enerjisi ilə təminatı ilə bağlı yaşayış məntəqələrində 121 ədəd yeni transformator quraşdırılmış, 255 ədəd transformator əsaslı və ya cari təmir edilmişdir. 1355 ədəd dayaq və 87 km metr naqil dəyişdirilmiş, yaşayış məntəqələrində 169 km metr uzunluğunda “SİB” kabelləşməsi aparılmış, 8277 ədəd sayğac quraşdırılmışdır. Bağlar Elektrik şəbəkəsi tərəfindən Novxanı, Fatmayı və Məmmədli yaşayış məntəqələrinin hər birində əhalinin sabit elektrik enerjisi ilə təmin edilməsi məqsədilə 35 kilovoltluq yarımstansiya tikilərək istismara verilmişdir.
Lakin görülmüş işlərlə yanaşı, əhalinin elektrik enerjisi ilə təminatında çatışmamazlıqlar hələ də qaldığını deyən İ.Gülməmmədova qeyd edib ki, Xırdalan şəhərində 110 kilovoltluq yarımstansiyanın tikintisinə başlanılsada , bu sahədə işlər çox ləng aparılır. Xırdalan şəhərində və digər ərazilərdə ötən il tikilməsi nəzərdə tutulmuş yarımstansiyaların tikintisinə isə başlanılmamışdır. Bunun nəticəsidir ki, rayonun Xırdalan , Qobu, Hökməli, Masazır yaşayış məntəqələrində elektrik enerjisinin təchizatında problemlər hələ də qalmaqdadır.

Bildirilib ki, ötən Xırdalan şəhər əhalisi sutəmizləyici qurğudan keçməklə 24 saat təmiz içməli su ilə təmin olunmuşdur. Rayonun digər yaşayış məntəqələrində müxtəlif diametrli borularla 16 min paqometr uzunluqda yeni içməli su xətləri çəkilmiş, 2609 paqometr uzunluqda korroziyaya uğramış xətt dəyişdirilmiş, 1500 ədəd su sayğacı quraşdırılmış, eləcə də 3303 paqometr uzunluqda kanalizasiya xətləri çəkilmişdir. Daxili imkanlar hesabına rayonun Məmmədli kəndi ərazisində 1200 metr uzunluğunda yeni içməli su xətti çəkilərək 1400 mm diametrli Qala-Pirallahı xəttinə birləşdirilmiş və 1375 ailənin uzun illərdən bəri davam edən içməli su ilə bağlı problemi aradan qaldırılmışdır. Eyni zamanda rayonun Aşağı Güzdək qəsəbəsində 2200 paqometr uzunluğunda içməli su xətti yenilənmiş və nəticədə qəsəbədə bu günə qədər yalnız texniki sudan istifadə edən 250 ailə içməli su ilə təchiz edilmişdir.

Qeyd edilib ki, görülmüş işlərlə yanaşı, Xırdalan, Masazır, Saray, Qobu, Hökməli, Novxanı və digər ərazilərdə su-kanalizasiya xətlərində problemlər hələ də qalmaqdadır. Bundan əlavə Pirəkəşkül, Qobustan kəndlərində 7 km uzunluğunda içməli su xətti yenilənməlidir. Rayon Sukanal idarəsi aidiyyəti baş idarə ilə işlərini hələdə lazımi səviyyədə qura bilməməsi nəticəsində mövcud problemlərin, baş vermiş qəzaların aradan qaldırılması bəzən günlərlə yubadılır ki, bu da yolverilməzdir. Bununla da bağlı Rayon Sukanal idarəsi işində ciddi dönüş yaratmalıdır.

Bildirilib ki, ötən il Xırdalan şəhərində 8 çoxmərtəbəli yaşayış binasının dam örtüyü, fasadı və 58 blokun girişi və pilləkən qəfəsəsi əsaslı təmir edilmişdir. Bununla bağlı iş hazırda da davam etdirilir.
Regionların sosial-iqtisadi İnkişafı Dövlət Proqramına uyğun olaraq həyata keçirilmiş tədbirlər nəticəsində rayon üzrə makroiqtisadi göstəricilərdə artım əldə edilmişdir. Əvvəlki illərdə olduğu kimi rayonda kiçik və orta sahibkarlığın inkişafına hərtərəfli şərait yaradılmış, daxili imkanlar hesabına sağlam biznes mühitinin formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
2015-ci il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda 64 layihə üzrə 41 milyon 364 min manat güzəştli kredit verilmiş, layihələrin icrası nəticəsində 900 yeni iş yeri yaradılmışdır.
Ötən il rayonda sənaye məhsulunun həcmi 6.5 faiz artaraq 122 milyon manata çatmışdır. İstehsal olunmuş sənaye məhsulunun 72.5 faizi qeyri-dövlət müəssisələrinin payına düşür. Həmin müəssisələrdə çalışan işçilərin orta aylıq əmək haqqı 442 manat təşkil etmişdir.

2015-ci ilin ölkəmizdə kənd təsərrüfatı ili elan edilməsi əlaqədar rayonda heyvandarlıq və bitkiçilik məhsulları istehsalının həcmi xeyli artmışdır. Rayonun qəsəbə və kəndlərində əhali və fermer təsərrüfatlarında qaramalın sayı 20394 başa, davarın sayı 106346 başa, quşların sayı isə 986 min başa çatmışdır. Ötən dövr ərzində 1976 ton ət, 42852 ton süd, 2822 sentner yun istehsal olunmuşdur. Yumurta istehsalı isə 139 milyon ədədə çatmışdır. Hazırda dövlət və qeyri-dövlət müəssisələrində 139 hektar üzüm, 1589 hektar zeytun, 23 hektar zəfəran sahələri mövcuddur. Hesabat dövründə 334 hektar sahəsi olan istixanalardan 5519 ton məhsul yığılmışdır. Ümumi sahəsi 452 hektar olan əkin sahələrindən 691 ton taxıl toplanılmışdır. 2014-2018-ci illərin Dövlət Proqramında rayon üzrə heyvandarlıq, zeytunçuluq , zəfərançılıq, üzümçülük və istixana şəraitində tərəvəzçilik sahələrinin inkişafının dövlət tərəfindən dəstəklənməsi , eləcədə rayonda yerləşən kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuşdur. Artıq bu istiqamətdə işlərə başlanılmış, Rayon İcra Hakimiyyəti tərəfindən istixanaların yaradılması və zeytun əkilməsi ilə məqsədilə 150 hektar torpaq sahəsi ayrılmışdır.

Qeyd edilib ki, vətəndaşların rifahının yüksəlməsinin başlıca şərti olan işsizlik probleminin aradan qaldırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. İl ərzində işə düzəlmək üçün Məşğulluq Mərkəzində qeydiyyatdan keçmiş 1398 nəfərdən 513 nəfəri işlə təmin edilmiş, 76 nəfərə işsizlik statusu verilərək müavinət təyin olunmuşdur.
Ötən illərdə olduğu kimi hesabat dövründə də rayonun şəhid, əlil və imkansız ailələrinə diqqət artırılmış, Rayon İcra Hakimiyyəti başçısı yanında büdcədənkənar inkişaf və bərpa fondundan və digər daxili imkanlar hesabına 1100 şəhid ailəsi, əlil və imkansıza 179 min manat yardım göstərilmişdir.

Əvvəlki illərdə olduğu kimi cari ildə də sahibkarların fəaliyyəti üçün hərtərəfli şərait yaradılacaq və rayonda əlavə sənaye, kənd təsərrüfatı istehsalı, emalı müəssisələrinin açılması təmin ediləcəkdir.
Rayonda süni qiymət artımının qarşısının alınması məqsədilə də çox ciddi iş aparılır. Bununla bağlı müvafiq rayon Komissiyası yaradılmış, işlər ciddi nəzarətə götürulərək qiymətlərlə bağlı hər gün monitorinqlər həyata keçirilir. Eyni zamanda artıq 2 həftədir ki, Xırdalan şəhərində kənd təsərrüfatı məhsullarının və rayonda fəaliyyət göstərən müəssisələrdə istehsal olunan ərzaq məhsullarının satış yarmarkası təşkil edilir. Yarmarkada qiymətlər mövcud bazar qiymətlərindən 30-40 faiz aşağı təklif olunur ki, bu da rayon sakinləri tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanır.

“İcazə verin Ölkə Prezidenti cənab İlham Əliyevi əmin edək ki, Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr edilmiş Konfransda verilmiş tapşırıq və tövsiyələrdən irəli gələn vəzifələri dərindən təhlil etməklə,qarşıda duran mühüm tədbirlərin vaxtında və keyfiyyətli yerinə yetirilməsinə nail olacaq və rayonun sosial-iqtisadi inkişafı üçün mümkün olan bütün tədbirlər görüləcəkdir”.

Sonra PA-nın Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Niyaz Əliyev, Rayon Maliyyə idarəsinin rəisi Faiq Şirəliyev, sahibkarlar - “Mətanət A” şirkətinin baş direktoru Elxan Bəşirov, “Səhliyalı” şirkətinin icraçı direktoru Cavad Quliyev, “Maştağa” kənd təsərrüfatı istehsalı müəssisəsinin direktoru İsa Mərdanov, “Nargis porcelain” müəssisəsinin rəhbəri Yasin Xəlilov çıxış edərək hesabat ilində ölkədə və abşeronda görülən işlərdən, əldə etdikləri uğurlardan, sahibkarlığın inkişafı üçün yaradılan imkanlardan və gələcək planlar və məqsədlərdən danışıblar.

İclasın sonunda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri cənab İlham Əliyevə müraciət qəbul olunub.

Müraciətdə bildirilir:

Möhtərəm cənab Prezident!

Dünyada və regionda iqtisadi, siyasi və hərbi böhranın daha da dərinləşdiyi, qanlı toqquşmaların davam etdiyi 2015-ci ildə Sizin yorulmaz fəaliyyətiniz, gərgin əməyiniz sayəsində ölkə iqtisadiyyatının inkişaf dinamikası, iqtisadi və sosial proqramların icrası, nəhəng enerji və nəqliyyat layihələrinin reallaşdırılması davam etdirilib, əhalinin sosial rifahının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilmişdir. 2015-ci ildə dünyada neftin qiymətinin 3 dəfədən çox aşağı düşməsinə baxmayaraq müdrik uzaqgörənliklə imzaladığınız Dövlət Proqramlarının uğurlu icrası, rəhbərliyinizlə həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində iqtisadiyyatımız 1.1 faiz, sənaye istehsalı 2.4 faiz, qeyri-neft sənayesi isə 8.4 faiz artmış, ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulmuşdur. Türkiyənin Qars şəhərində “Cənub” qaz dəhlizinin bir hissəsi olan TANAP layihəsinin təməlinin qoyulması və icrasına başlanılması ötən il enerji sahəsində atılan ən önəmli addımlardan biridir. Bu layihə ölkəmiz, region və Avropa üçün çox strateji əhəmiyyət daşımaqla Avropanın enerji mənbələrinin şaxələndirilməsində və qitənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaqdır.
Fərəhləndirici haldır ki, 2015-ci ildə Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənmiş, milli təhlükəsizlik və sabitlik təmin olunmuşdur. Abşeronlular ölkəmizin müstəqilliyi və inkişafı üçün son dərəcədə vacib olan əmin-amanlıq və sabitlik şəraitində yaşamağımıza təminat verən düşünülmüş və uzaqgörən siyasətinizi, insanların həyat səviyyəsinin yüksəlməsinə xidmət edən fəaliyyətinizi böyük razılıq və rəğbətlə qarşılayır.
Ötən ilin ən mühüm hadisələrindən biri də ölkəmizdə ilk Avropa Oyunlarının keçirilməsi olmuşdur. Sizin və Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan bu mötəbər idman tədbirini sülh, sabitlik və yüksək bayram ovqatında keçirməklə malik olduğu iqtisadi, siyasi və mədəni-intelektual potensialını bir daha bütün dünyaya nümayiş etdirdi. Çox sevindirici haldır ki, Bakı 2015 I Avropa Oyunlarında Abşeron rayonundan olan 3 idmançı iştirak etmiş, onlardan Firdovsi Fərzəliyev karate üzrə qızıl və Hacı Əliyev sərbəst güləş üzrə bürünc medal qazanmışlar. Sizin 29 iyun 2015-ci il tarixli sərəncamınızla Firdovsi Fərzəliyev “Şöhrət” ordeni, Hacı Əliyev isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Cənab Prezident!

Abadlıq, quruculuq işlərinin genişləndirilməsi ilə bağlı verdiyiniz tapşırıq və tövsiyələr Abşeron rayonunda uğurla həyata keçirilməkdədir. 2015-ci il ərzində rayon ərazisində 256 milyon manatlıq tikinti-quraşdırma işləri görülmüş, rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 172 milyon manat investisiya yönəldilmişdir.
Əhalinin sabit elektrik enerjisi ilə təminatının yaxşılaşdırmaq məqsədilə 121 ədəd yeni transformator quraşdırılmış, rayonun Novxanı, Fatmayı və Məmmədli kəndlərində yeni yarımstansiyalar tikilərək istismara verilmişdir.
Ceyranbatan qəsəbəsi ərazisində Sizin iştirakınızla açılışının edildiyi yeni Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin istismara verilməsi nəticəsində Xırdalan şəhər əhalisinin sutəmizləyici qurğudan keçməklə 24 saat təmiz içməli su ilə təmin olunması da ötən il əldə olunmuş ən mühüm nailiyyətlərdəndir.
Son beş ildə rayon iqtisadiyyatının güclənməsinin, özəl sektorun fəaliyyəti üçün yaradılmış əlverişli şəraitinin nəticəsi olaraq yerli gəlirlər hesabına rayon büdcəsinin formalaşması təmin edilir. Ötən il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda 64 layihə üzrə 41 milyon 364 min manat güzəştli kredit verilmiş, layihələrin icrası nəticəsində 900 yeni iş yeri yaradılmışdır. Həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir ki, rayonda sənaye məhsulunun həcmi 6.5 faiz artaraq 122 milyon manata çatmışdır.
“Kənd təsərrüfatı ili” olan 2015-ci ildə rayonda aqrar sahənin də inkişafı diqqət mərkəzində saxlanılmış, heyvandarlıq və bitkiçilik məhsullarının əhəmiyyətli dərəcədə artımına nail olunmuşdur.
Sizin diqqət və qayğınız nəticəsində 2015-ci ildə rayon ərazisində 2 uşaq bağçası tikilib istifadəyə verilmiş, 14 uşaq bağçasının tikintisi, 1 ümumtəhsil məktəbinin əsaslı təmir olunmasına başlanılmışdır. Xırdalan şəhəri ərazisində yeni Xəstəxana binasının və Olimpiya İdman Kompleksinin inşası davam etdirilir.
Minnətdarlıq hissi ilə bildiririk ki, qazandığımız bütün nailiyyətlərin təməlində Sizin bilavasitə rəhbərliyinizlə aparılan düşünülmüş siyasət, ölkəmizdə yaradılmış tələbkarlıq və işgüzarlıq şəraiti, regionların soisal-iqtisadi inkişafı ilə bağlı təsdiq etdiyiniz mühüm dövlət proqramlarının uğurlu icrası dayanır.

Cənab Prezident!

Ölkəmizi dünya iqtisadi böhranının təsirindən qorumaq,sahibkarlığın inkişafı, sağlam biznes mühitinin formalaşdırılması,əhalinin məşğulluq səviyyəsinin artırılması, manatın devalvasiyası ilə əlaqədar ölkə əhalisinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsinin möhkəmləndirilməsi, istehlak bazarında süni qiymət artımının qarşısının alınması məqsədilə verdiyiniz tapşırıqlar, imzaladığınız Sərəncamlar rayon ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanır.
Abşeron rayon ictimaiyyətinin nümayəndələri həyata keçirdiyiniz uğurlu sosial-iqtisadi siyasətinizi ürəkdən bəyənir, regionların inkişafına yönəlmiş proqramların icrasını Sizin ölkə əhalisinə ən yüksək qayğıniz və diqqətin nümunəsi kimi qiymətləndirirlər.
Sizi əmin edirik ki, abşeronlular həmişə olduğu kimi, bundan sonra da Xalqımızın Ümummilli lideri Heydər Əliyev siyasi kursuna, dövlət və dövlətçiliyimizə daim sadiq olmaqla müstəqil Azərbaycanımızın tərəqqisi və inkişafı naminə apardığınız bütün işlərdə ən yaxın köməkçiniz olacaqlar.
Sizə möhkəm cansağlığı, yorulmaz fəaliyyət, şərəfli və məsuliyyətli işinizdə uğurlar arzulayırıq.

Abşeron  rayonunun 2015-ci ildə  sosial-iqtisadi inkişafının yekunları və  2016-cı ildə qarşıda duran vəzifələrə  dair hesabat yığıncağı keçirilib
Abşeron  rayonunun 2015-ci ildə  sosial-iqtisadi inkişafının yekunları və  2016-cı ildə qarşıda duran vəzifələrə  dair hesabat yığıncağı keçirilib
Abşeron  rayonunun 2015-ci ildə  sosial-iqtisadi inkişafının yekunları və  2016-cı ildə qarşıda duran vəzifələrə  dair hesabat yığıncağı keçirilib
Abşeron  rayonunun 2015-ci ildə  sosial-iqtisadi inkişafının yekunları və  2016-cı ildə qarşıda duran vəzifələrə  dair hesabat yığıncağı keçirilib
Abşeron  rayonunun 2015-ci ildə  sosial-iqtisadi inkişafının yekunları və  2016-cı ildə qarşıda duran vəzifələrə  dair hesabat yığıncağı keçirilib
Abşeron  rayonunun 2015-ci ildə  sosial-iqtisadi inkişafının yekunları və  2016-cı ildə qarşıda duran vəzifələrə  dair hesabat yığıncağı keçirilib
Abşeron  rayonunun 2015-ci ildə  sosial-iqtisadi inkişafının yekunları və  2016-cı ildə qarşıda duran vəzifələrə  dair hesabat yığıncağı keçirilib
Abşeron  rayonunun 2015-ci ildə  sosial-iqtisadi inkişafının yekunları və  2016-cı ildə qarşıda duran vəzifələrə  dair hesabat yığıncağı keçirilib
Abşeron  rayonunun 2015-ci ildə  sosial-iqtisadi inkişafının yekunları və  2016-cı ildə qarşıda duran vəzifələrə  dair hesabat yığıncağı keçirilib

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib