Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib

Tarix:6-02-2016, 18:05

Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib Bu gün Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının təşkilatçılığı ilə düzənlənən və “2015-ci ilin yekunları və bələdiyyələrin qarşısında duran vəzifələr” mövzusuna həsr edilən tədbirdə Abşeron rayon İcra hakimiyyətinin rəhbərliyi, Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri və üzvləri, Prezident Adminstrasiyasının rəsmiləri, habelə şəhər, qəsəbə və kənd bələdiyyə sədrləri iştirak edib.

Konfransda Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bələdiyyələrin ümumrespublika toplantısının Abşeronda keçirilməsinin əhəmiyyətindən danışaraq rayon bələdiyyələrinin fəaliyyəti, onların gördüyü işlərdən söz açıb. Xırdalan şəhəri də daxil olmaqla Abşeronun 15 kənd və qəsəbəsində bələdiyyələrin fəaliyyət göstərdiyini xatırladan İcra Hakimiyyətinin başçısı onların rayonun bütün ictimai-sosial həyatında, abadlıq-quruculuq işlərində yaxından iştirak etdiyini və bu gün də öz fəaliyyətlərini davam etdirdiklərini diqqətə çatdırıb. Yerli özünü idarəetmə orqanlarının Abşeronda təhsil, səhiyyə, mədəniyyət və digər infrastruktur sahələrin inkişafında böyük rol oynadığını, onlar tərəfindən bütün kənd və qəsəbələrdə yeni 2 mərtəbəli ambulatoriya binalarının və uşaq bağçalarının tikilib istifadəyə verildiyini vurğulayan İ.Gülməmmədova bildirb ki, hazırda da 8 bələdiyyə tərəfindən uşaq baxçalarının inşası işləri davam etdirilir.

Abşeron bələdiyyələrinin yol infrastrukturunun qurulmasında, əhalinin qaz, işıq, su problemlərinin həllində yaxından iştirak etdiyini qeyd edən İcra Hakimiyyətinin başçısı toplantının gedişinə uğurlar arzulayıb.

Sonra Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadənin “2015-ci ilin yekunları və bələdiyyələrin qarşısında duran vəzifələri”nə həsr olunan hesabat xarakterli çıxışı edib. M.Səlimzadə ölkə bələdiyyələrinin respublikanın sosial-iqtisadi inkişaf proqramının həyata keçirilməsində fəallıq göstrməsini, bir çox layihələr əsasında yerli əhəmiyyətli yolların saxlanılmasını, abadlıq-quruculuq işlərinin təşkil olunmasında, məişət tullantılarının yığılması və daşınmasında, eyni zamanda bir sıra bələdiyyələrin yeni inzibati binanın tikilməsi kimi müsbət işlərini qeyd edib.
M.Səlimzadə bəzi bələdiyyələrin fəaliyyətlərinin qənaətbəxş olmadığını söyləməklə, onların iqtisadi göstəricilərinin ötən illə müqayisədə aşağı olduğunu qeyd eib, bələdiyyələrin maliyyə mənbələrindən tam istifadə etmələrini və əldə olunan maliyyə vəsaitlərindən istifadədə büdcədən kənara çıxmamaqla, büdcə xərclərinin qənaətlə istifadə etmələrinin vacibliyini bildirib.

Çıxışında mərkəz rəisi bələdiyyələr tərəfindən vətəndaşlara qayğı və hörmətlə yanaşmalarını qeyd edib, əhaliylə sıx təmasda fəaliyyət göstərmələrini, mütəmadi olaraq onlara hesabat vermələrini toplantı iştiakçılarınını diqqətinə çatdırıb. Həmçinin qeyd edib ki, hazırki şəraitdə bələdiyyələrin vətəndaşlarla six təmasda olmaqları çox vacibdir, çünki dünyada baş vermiş məlum hadisələrlə əlaqədar bəzi təxribatçılar və işbazlar yerlərdə vətəndaşları çaşdırmağa cəhd göstərirlər. Bunların qarşısının alınmasında bələdiyyələrin üzərinə mühüm vəzifələr düşdüyünü nəzərə alaraq, onların bu istiqamətdə vətəndaşlarla yaxından sıx əlaqədə fəaliyyət göstərmələrini bələdiyyə sədrlərinin nəzərinə çatdırıb.
M.Səlimzadə bələdiyyələrin fəaliyyətində yol verilən nöqsanlara da toxunaraq onların aradan qaldırılması yollarını, bələdiyyələrin işinin təşkili ilə bağlı qarşıda duran digər vəzifələrdən danışıb.

Milli Məclisin Regional məsələlər Komitəsinin sədri Arif Rəhimzadə isə ötən dövr ərzində qanunvericilikdə baş vermiş dəyişikliklərin əhəmiyyətindən, yerli özünüidarə orqanlarının inkişafında müsbət rolundan və növbəti mərhələ üçün qəbul olunacaq yeni qanun layihələri barədə məlumat verməklə, bələdiyyə-vətəndaş münasibətlərinin indiki şəratidə daha da möhkəmlənməsinin vacibliyini bildirib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi Bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov da hesabat dövründə yerli özünüidarəetmənin inkişafından, qazanılan naliyyətlərdən, Milli Assosiasiyalar vasitəsilə həyata keçirilən çoxsaylı layihələrdən və qarşıda duran vəzifələrdən danışıb.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin İnzibati nəzarət idarəsinin baş məsləhətçisi Hafiz Əliyev “Yeni qanunvericilik” bağlı dəyişikliklərdən və onların bələdiyyələrin fəaliyyətinə göstərdiyi müsbət təsirdən söz açaraq, qanunvericiliyin bütün tələblərinə bələdiyyələr tərəfindən riayət olunmalı olduğunu dilə gətirib.

Konfransda Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin əməkdaşı Mehdi Abdullayev Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının bələdiyyələrlə birgə həyata keçirdiyi layihələri barədə təqdimat keçirib.
Konfrasda iştirak edən bələdiyyə sədrləri çıxış edərək müzakirə olunan məsələlərin aktuallığını qeyd ediblər. Onlar qarşıda duran vəzifələrin icra olunmasının zəruriliyini, yerli özünüidarə orqanlarının inkişafı ilə bağlı dövlət siyasətinə uyğun olaraq əhali ilə sıx təmasda, əvvəllər baş verənən nöqsanların təkrarlanmaması istiqamətində inamlı fəaliyyət göstərəcəklərini bildiriblər.

Sonda tədbir iştirakçıları aadından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə bildirilir ki, hazırda bələdiyyələrin başlıca məqsədi sakinlərin inamının daha da artırılmasıdır.

“Möhtərəm cənab Prezident! Haqlı tənqidlərinizdən nəticə çıxaran biz bələdiyyə təmsilçiləri Sizin siyasətinizi dəstəkləyir, hər zaman Sizin arxanızda dayandığımızı bir daha bəyan edirik. Bundan sonra da sui-istifadə hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi, özəl sektorun inkişafında köklü dəyişikliklərə aparan və təşəbbüsünüzlə Milli Məclisdə qəbul olunan qanunların, imzaladığınız fərman və sərəncamların daim ölkəmzin iqtisadi çətinliklərdən az itgi ilə çıxacağına əminliyimizİ bildiriR, atdığınız hər bir addımı inqilabi addımlar kimi qiymətləndiririk. Biz Konfrans iştirakçıları Sizi əmin edirik ki, göstərdiyiniz böyük diqqət və qayğıya əməli işimizlə cavab verəcək, öhdəmizə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcək, bütün qüvvə və bacarığımızı müəyyən etdiyiniz hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın tərəqqisinə, Vətənimizin daha qüdrətli dövlətə çevrilməsinə səfərbər edəcəyik” – deyə müraciətdə bildirilir.

Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib