Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Qobuda Əliağa Vahidin anadan olmasının 120 illiyi qeyd edilib

Tarix:15-02-2016, 20:30

Qobuda Əliağa Vahidin anadan olmasının 120 illiyi qeyd edilib Bu gün Abşeron rayonu Qobu 1 saylı orta məktəbinin və Qobu Uşaq İnçəsənət məktəbin kollektivinin təşkilatçılığı ilə Qobu mədəniyyət evində şair Əliağa Vahidin anadan olmasının 120 illiyi qeyd edilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri, akademik Vasim Məmmədəliyev, Bakı Dövlət Universitetinin müəllimləri, rayon Ağsaqqallar Şurasının üzvləri, kəndin ziyalıları, meyxana ustaları və KİV nümayəndələri iştirak edib.

Əvvəlcə Ə.Vahidin həyat və yaradıcılığından bəhs edən video-rolik göstərilib. Bundan sonra şairin qəzəlləri səsləndirilib, onun sözlərinə yazılış mahnılar, muğamlar oxunub. Qobu uşaq kollektivinin və gənc xanəndələrin ifasında dahi şairin yaradıcılığına bir daha əyahət edilib. Ə.Vahidin vaxtında səsləndirdiyi meyxanalar yada salınıb və meyxana ustaları tərəfindən mərhum şairin yazdığı qafiyələrə uyğun olaraq meyxanalar deyilib.

Tədbirin bədii hissəsi bitdikdən sonra akademik Vasim Məmmədəliyev çıxış edərək Ə.Vahidin qəzələ sadəlik gətirdiyini bildirib: “Məhəmməd Füzulidən sonra qəzəl yazmaq çox çətindir. Azərbaycanda qəzəl sahəsində çox tanınmış şairlərimiz vardır. M.Füzulidən sonra Seyid Əzim bu janrda özünəməxsus yer tutaraq xalqın yaddaşlarında qalıb. Onlardan sonra neçə-neçə şairlərimiz yaşayıb-yaradıblar. Lakin onların arasında Ə.Vahidin xüsusi rolu vardır. Bilirsiniz ki, sovet dövründə Vahidə qarşı müəyyən yad. Ögey münasibət bəslənilib. Buna baxmayaraq xalq onu sevib və yaşadıb”.

Ə.Vahidin Azərbaycan dilini gözəl bildiyini və ondan məharətlə istifadə etdiyini vurğulayan V.Məmmədəliyev şairin satirasının da çox güclü olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. “Dövrün elə bir mühüm hadisəsi olmayıb ki, Vahid ona satirik yanaşma nümayiş etdirməsin” – deyən akademikin sözlərinə görə, Ə.Vahidin qəzəllərinin özünəməxsusluğundan biri də axıcı olması və dinləyiciyə yoruculuq verməməsidir.

Daha sonra BDU-nin professoru Rasim Süleymanov, kafedra müdiri Knyaz Aslanlı, Qobu 1 saylı orta məktəbin drektoru Cəbrayıl Cəfərquliyev çıxış edərək Ə.Vahidin yaradıcılığından söz açıb, onun şeirlərindən parçalar səsləndiriblər.

Qobuda Əliağa Vahidin anadan olmasının 120 illiyi qeyd edilib
Qobuda Əliağa Vahidin anadan olmasının 120 illiyi qeyd edilib
Qobuda Əliağa Vahidin anadan olmasının 120 illiyi qeyd edilib
Qobuda Əliağa Vahidin anadan olmasının 120 illiyi qeyd edilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir