Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Yeni Azərbaycan Partiyasının Abşeron rayonunda yaranmasının 23-cü ili qeyd edilib

Tarix:18-02-2016, 19:56

Yeni Azərbaycan Partiyasının Abşeron rayonunda yaranmasının 23-cü ili qeyd edilib Bu gün Yeni Azərbaycan Partiyasının Abşeron rayonunda yaranmasının 23-cü ili qeyd edilib. YAP Abşeron Rayon Təşkilatının qərargahında keçirilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayon ziyalıları, partiya qurucularından olan şəxslər və gənclər iştirak edib.

Tədbirdə partiya üzvlərini bayram münasibəti ilə təbrik edən YAP Abşeron Rayon Təşkilatının sədri Bilman Vəliyev 90-ci ilin əvvəllərində ölkənin düşdüyü siyasi-ictimayi vəziyyətindən söz açıb. Bu dövrdə Azərbaycanda hərc-mərcliyin, özbaşınalığın yarandığını, anarxiyanın tüğyan etdiyini vurğulayan B.Vəliyevin sözlərinə görə, ölkədə güclü iradəyə, siyasi biliklərə, uzaqgörən düşüncələrə malik liderə və eləcə də bu ideyaları cəmiyyətdə təbliğ edən, onu reallaşdıran partiyaya ehtiyac və zərurət yaranıb. “Məhz buna görə də Azərbaycanın ziyalıları, ictimai-siyasi xadimləri Naxçıvana gedərək ölkənin düşdüyü bu ağır vəziyyətdən çıxarmaq üçün ümummilli lider Heydər Əliyevdən Bakıya qayıtmasını xahiş ediblər” – deyən B.Vəliyev bildirib ki, o dövrdə müxtəlif təzyiq və təhdidlərə baxmayaraq 17 nəfərin iştirakı ilə Abşeronda partiyanın I təsis konfransı keçirilib. “O vaxtki hakimiyyət bütün vasitələrdən istifadə edərək qarşımızı almağa, insanlara təzyiq edərək tutduqları mövqelərdən çəkindirməyə cəhd edirdi. Bütün bunlara rəğmən xalq Heydər Əliyevə olan sevgisini, inamını, etibarını qarşıya qoyaraq onun ətrafında sıx birləşdi. Nəticədə 550 insanın iştirakı ilə Naxçıvanda YAP-ın təsis konfransı keçildi və o gündən bu günə qədər partiya dövlətimizin inkişafında, xalqın rifahının yaxşılaşdırılması istiqamətində misilsiz xidmətlər göstərməyə başladı və bu xidmətlər bu gün də davam etməkdədir”.

Heydər Əliyev ideyalarının, onun siyasi görüşlərinin bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini önə çəkən B.Vəliyev Azərbaycanın sabitliyinin təmin edildiyini, ölkədə genişmiqyaslı abadlıq-quruculuq işlərinin aparıldığını bildirib. Dünyada baş verən təlatumlara toxunan Abşeron Rayon Təşkilatının sədri partiya üzvlərinə müraciət edərək bildirib ki, bu gün ölkənin əldə etdiyi naliyyətlər daha çox təbliğ olunmalı, dövlətimizin ətrafında daha sığ birləşməliyik.

Sonra Abşeron rayon icra hakimiyyəti başçısının I müavini Məhəmməd Həsənov tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edərək Azərbaycanın böyük inkişaf yolu keçdiyini, daha da gücləndiyini və müstəqil siyasət həyata keçirdiyini qeyd edib. Azərbaycanın əldə etdiyi uğurlu iqtisadiyyat modelinin, sıçrayışlı iqtisadi inkişafın bütün dünya tərəfindən izlənildiyini və bunun da bəziləri tərəfindən həzm edilmədiyini vurğulayan M.Həsənov bir çox müsəlman ölkələrində yaşanan hadisələrdən söz açıb. Azərbaycan xalqının Heydər Əliyev ideyaları ətrafında sıx birləşdiyini, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəklədiyini deyən M.Həsənov YAP-ın Azərbaycanın bu günə qədəer əldə etdiyi uğurlarda böyük rolunun olduğunu bildirib. “YAP-ın hakimiyyətdə olduğu illərdə Azərbaycanın iqtisadiyyatı inkişaf edib, bütün sahələrdə əhəmiyyətli dəyişikliklər baş verib. Ölkəmizin hər bir vətəndaşının həyatında, yaşayış səviyyəsində ciddi irəliləyişlər əldə olunub. Azərbaycan regionun ən güclü dövlətinə çevrilib”.

Daha sonra YAP-ın yaranmasında əməyi olan Şərqiyyə Fərəcova, rayon Ağsaqqallar Şurasının sərdi Nadir Ağayev, “Mətanət-A” şirkətinin prezidenti Elxan Bəşirov çıxış edərək 1988-92-ci illərdə ölkənin içtmai-siyasi vəziyyətindən, yaranmış çətin durumdan danışıb, bu fəlakətlərdən çıxmaq üçün ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi qətiyyətli siyasətdən, onun xalq üçün yaratdığı firəvan həyatdan danışıblar.

Tədbirin sonunda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın adından bir qrup insana rayonun ictimai-siyasi həyatında göstərdiyi fəallığa görə fəxri fərmanlar verilib, Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olmuş üzvlərə isə üzvlük vəsiqələri təqdim edilib.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib