Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda “Səmərəli ünsiyyət” mövzusunda seminar keçirildi

Tarix:19-02-2016, 18:35

Abşeronda “Səmərəli ünsiyyət” mövzusunda seminar keçirildi Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı tərəfindən “Yerli özünüidarəetmə” proqramı çərçivəsində 2012-ci ildən yerli idarəetmədə təmsil olunan qadınlar üçün “Dayaq” layihəsi həyata keçirilməkdədir. Layihənin təşkil olunmasında əsas məqsəd qadınların yerli ictimai həyatda iştirakını gücləndirmək və yerlərdə daha çox gender yönümlü idarəetməni təmin etməkdir. Layihə daxilində yerli özünüidarəetmədə qadın liderliyinin gücləndirilməsi istiqamətində müxtəlif tədbirlər uğurla həyata keçirilib.

Fevralın 19-da layihə çərçivəsində Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Abşeron rayon bələdiyyələrinin xanım üzvləri üçün «Səmərəli ünsiyyət» mövzusunda seminar düzənlənib. Seminarda bələdiyyə üzvləri ilə yanaşı rayonun ictimai həyatında fəallıq göstərən qadınlar da iştirak edirdilər.
Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının təlimçisi Rühəngiz Hüseyinova seminarda çıxış edərək layihənin məqsədi, vəzifələri və həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib. O, bildirib ki, demokratik inkişaf yolu seçən hər bir müasir cəmiyətdə zamanın dinamikası yeni vərdişlər, yeni bacarıqlar tələb edir: “Bu da qadınları cəmiyyətin həyatında daha fəal iştirak etməsinə gətirib çıxarır. Ümummili Lider Heydər Əliyevin “Azərbaycanda qadınların rolunun artırılması haqqında”, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” sərəncamları qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaratırıb. Artıq 4 ildir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə birgə layihələr reallaşdırır. Onlardan biri də qadın bələdiyyə üzvləri üçün “Dayaq” Mentorluq Proqramının icrasıdır”.

Daha sonra YAP Abşeron rayon təşkilatının qadınlar şurasının sədri Teyyubə Hüseynova bildirib ki, qadınların cəmiyyətdə fəallığının artırılması istiqamətində təşkil edilən belə bir layihənin Abşeron rayonunda də həyata keçirilməsi təqdirəlayiq haldır. O, həmçinin qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş qadın siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Müasir dövrdə ölkəmizin birinci xanımı Mehriban Əliyeva özünün fəaliyyəti ilə Azərbaycan qadınlarına həmişə nümunə olub. Onun həyata keçirdiyi çoxşaxəli layihələr istər Azərbaycanda, istərsə də xaricdə yüksək nüfuz qazanıb”.

Təlim seminarda Məmmədli kənd bələdiyəsinin üzvü Nüranə Cavadova, Pirəkəşkül-Qobustan bələdiyyəsinin sədri Qəndaf Orucova, Novxanı bələdiyyəsinin üzvü Firüzə Tağıyeva və digər çıxışçılar qadınlarımızın müxtəlif sahələrdə qazandığı uğurlardan söhbət açıb, onların ildən-ilə fəallığının artdığını bildiriblər.

Baş redaktor: Şamo Əliyev

Abşeronda “Səmərəli ünsiyyət” mövzusunda seminar keçirildi
Abşeronda “Səmərəli ünsiyyət” mövzusunda seminar keçirildi
Abşeronda “Səmərəli ünsiyyət” mövzusunda seminar keçirildi

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır