Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronun mədəni irsi, turizm imkanlarının genişmiqyaslı təqdimatı keçirildi

Tarix:1-03-2016, 22:02

Abşeronun mədəni irsi, turizm imkanlarının genişmiqyaslı təqdimatı keçirildi Abşeron rayonunun mədəni irsi, turizm imkanları, sosal-iqtisadi inkişafı Azərbaycan cəmiyyətinə bir daha nümayiş olunub. Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” layihəsinin növbəti, onuncu təqdimatı Abşeron rayonuna həsr edilib. Bununla əlaqədar olaraq Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında genişmiqyaslı təqdimat tədbiri keçirilib.Təqdimatda Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, rayon ziyalıları və KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Abşeron rayonunun tarixi-mədəni irsini, bugünkü inkişafını, sosial-iqtisadi nailiyyətlərini, turizm imkanlarını əks etdirən sərgi ilə tanış olub, rayonda istehsal olunan ərzaq və kənd təsərrüfatı məhsulları, dekorativ-tətbiqi sənət ustalarının əl işləri, yerli mətbəx nümunələrinə baxıblar.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Abşeronun təqdimatının layihə çərçivəsində reallaşdırılan 10-cu tədbir olduğunu vurğulayıb. Nazir qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyi 2015-ci ildən icrasına başlanılan “Bölgələrdən paytaxta” layihəsi ilə Bakı sakinlərini Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı, mədəni irsi ilə tanış edir. Layihə çərçivəsində bölgələrin adət-ənənələrini, el sənətkarlığını, mətbəxini, sosial-iqtisadi inkişafını, turizm potensialını əks etdirən sərgilər nümayiş etdirilib, bədii kollektivlərinin və incəsənət ustalarının konsertləri keçirilib.
Ölkə Prezidenti tərəfindən qəbul edilmiş, regionların sosial-iqtisadi inkişafına təkan verən Dövlət proqramlarının icrası nəticəsində bölgələrdə, o cümlədən Abşeron rayonunda mühüm işlərin görülmək olduğunu vurğulayan nazir deyib ki, dövlət proqramlarının icrası nəticəsində rayonda yeni muzey, kitabxana, musiqi məktəbi, mədəniyyət mərkəzləri istifadəyə verilib, tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görülüb. Eləcə də burada respublika səviyyəli tədbirlərlə yanaşı, beynəlxalq tədbirlər də təşkil edilir.Rayonun qədim tarixindən söz açan nazir vurğulayıb ki, belə tədbirlərin təşkili Abşeronun daha yaxından tanınmasına, müasir inkişafının təbliğinə təkan verəcək.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək Abşeron rayonunun tarixi, müasir inkişafı, sənətkarlıq nümunələri, görkəmli sənətkarları haqqında məlumat verib. İ.Gülməmmədova bildirib ki, Azərbaycanın qədim və zəngin mədəniyyətinin geniş təbliği, bölgələrin mədəni və turizm potensialının nümayiş etdirilməsi baxımından Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” adlı layihəsi çox təqdirəlayiqdir. Onun sözlərinə görə, respublikamızın hər bir guşəsində olduğu kimi bu layihə Abşeron sakinləri tərəfindən də böyük ruh yüksəkliyi ilə qarşılanır. Abşeronun ölkəmizin qədim tarixə və mədəniyyətə malik yaşayış məskənlərindən biri olduğunu xatırladan başçı Xəzər dənizinin qərb sahilində, quru subtropik iqlim qurşağında yerləşdiyini, Bakı və Sumqayıt şəhərləri, Qobustan rayonu ilə həmsərhəd olduğunu vurğulayıb. Rayonun bir şəhər, 8 qəsəbə və 7 kəndində 450 min nəfərədək sakinin yaşadığını qeyd edən İ.Gülməmmədova Abşeronun qəsəbə və kəndlərində hələ XIV-XVII əsrlərə aid məscid, türbə, ovdan və digər tarixi abidələrin mövcud olduğunu qeyd edib: “Xüsusilə vurğulamaq istərdim ki, tarixi bilinməyən təbiət abidəsi olan məşhur “Yanar dağ” Dövlət Qoruğu bu gün nəinki ölkə əhalisinin, eləcə də xarici turistlərin də çox böyük marağına səbəb olur. Məşhur Abşeron bağlarının yaranma tarixi isə mənbələrə görə 5 min il əvvəllərə gedib çıxır. Qədim keçmişə malik Abşeron torpağında yüzlərlə tarixi şəxsiyyətlər, ictimai-siyasi xadimlər yetişmişdir. Əbülfəz Qarayev , Vəli Axundov, Mirəsədulla Mirqasımov, Məhəmməd Əmin Rəsulzadə, Şıxəli Qurbanov, Lütfi Ələkbərzadə, Qara Qarayev, Aqşin Əlizadə, Əlağa Vahid, Nəbi Xəzri, Süleyman Rüstəm, Əzim Əzimzadə, Qəzənfər Xalıqov, Mehdi Hüseynzadə və adın çəkmədiyim digər insanlar məhz Abşeron torpağında boya-başa çatıb, Respublikamızı dünyaya tanıtmışlar”.

Abşeronda məskunlaşmanın, burada olan mədəni abidələrin çoxəsrlik tarixinin olsa da Abşeronun rayon kimi 1963-cü ildə yaradıldığını, bu zaman da əsas məqsədin Bakı və Sumqayıt şəhər əhalisinin kənd təsərrüfatı məhsulları ilə təmin etməkdən ibarət olduğunu qeyd edən İ.Gülməmmədova bildirib ki, ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə onun böyük diqqəti sayəsində Abşeron respublikamızın ən inkişaf etmiş rayonlarından birinə çevrilib: “Məhz bunun nəticəsində Abşeron rayonu ət, süd, yumurta, yun və digər kənd təsərrüfatı məhsulları istehsalına görə ölkədə ən qabaqcıl yerlərdən birini tutmuşdur. Zəfəran, zeytun, badam kimi nadir bitkilər yalnız Abşeron rayonunda yetişdirilmişdir. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, onun ideyalarını uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər və yaradılmış işgüzarlıq şəraiti, bütün bölgələrdə olduğu kimi, Abşeron rayonunda da tərəqqiyə və inkişafa zəmin yaratmışdır. Ötən bu illərdə cənab İlham Əliyev Abşeron rayonuna 14 dəfə səfər edib ki, bu da abşeronlulara olan diqqət və qayğının ən bariz nümunəsidir.
Xüsusilə cənab İlham Əliyevin 2006-cı ildə Abşeron rayonuna ilk tarixi səfəri unudulmaz və yaddaqalan olmuşdur. Həmin görüşdə cənab Prezident söyləmişdiki: Bir halda ki, siz belə yaxşı işləyirsiniz, əminəm gələcəkdə də yaxşı işlər görüləcəkdir”. Bu səfərdən sonra cənab Prezidentin Sərəncamı ilə Xırdalana şəhər statusu verildi. Cənab İlham Əliyevin Abşeron rayonuna misilsiz qayğı və diqqəti, əməli köməkliyi sayəsində qısa zamanda bir çox problemlərini həll edən Abşeron rayonu, o cümlədən Xırdalan şəhəri inkişaf yoluna qədəm qoyaraq öz simasını dəyişmişdir.
Ölkə Prezidenti 2014-cü ilin 3 oktyabrında Abşeron rayonuna növbəti səfəri zamanı rayonda aparılan abadlıq quruculuq işlərinə yüksək qiymət vermiş, Xırdalan şəhərində inşa olunan möhtəşəm Heydər Əliyev Mərkəzinin, yenidən qurulmuş mədəniyyət və istirahət parkının, Bayraq Meydanının, musiqi və şahmat məktəblərinin, “Park Abşeron” Əyləncə mərkəzinin, Masazırda 13 min tamaşaçı yerlik müasir stadionun açılışında iştirak etmişdir. İctimaiyətlə görüş zamanı cənab Prezidentin “Biz Abşeron rayonunun timsalında Azərbaycanda aparılan iqtisadi, sosial islahatları görürük” deməsi abşeronluları daha da ruhlandırır, bizləri daha yaxşı işləməyə sövq edir”.

İ.Gülməmmədova əlavə edib ki, son 10 ildə Abşeron rayonunda onlarla yeni məktəb, uşaq bağçası, səhiyyə, mədəniyyət müəssisələri inşa olunub. Eyni zamanda
artıq 5 ildir Abşeron rayonu respublika büdcəsindən dotasiya almadan yerli gəlirlər hesabına öz büdcəsini formalaşdırır. “Təbii ki, bütün bu nailiyyətlər cənab Prezidentin apardığı uğurlu sosial-iqtisadi siyasət, onun rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində mümkün olmuşdur. Bu diqqətin nəticəsi olaraq ötən 10 il müddətində ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən Abşeron rayonunun sosial-iqtisadi inkişafında böyük xidməti olan, hazırda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov “Şöhrət” ordeni, 1 nəfər “Vətənə xidmətə görə” ordeni, 56 nəfər Tərəqqi medalı ilə təltif edilmiş, 34 nəfərə müxtəlif fəxri adlar verilmişdir”.

Ölkəmizdə milli mənəvi dəyərlərin, adət və ənənələrin, qeyri-maddi mənəvi irsin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi ilə bağlı həm cənab Prezient İlham Əliyevin, həm də respublikanın birinci xanımı Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərinin olduğunu qeyd edən icra başçısı bildirib ki, bu diqqət və qayğıdan bəhrələnən, güc alan Abşeron rayonunda mədəniyyət sahəsində də çox böyük işlər görülür. Xüsusilə 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Abşeron rayonunun “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan edilməsi ilə bağlı həm Respublika ərazisində, həm də bir sıra xarici ölkələrdə mədəniyyətimizin nümayişi, təbliği istiqamətində silsilə tədbirlər həyata keçirilib.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də rayona daim böyük diqqət və qayğının göstərildiyini, nazir Əbülfəs Qarayevin rəhbərliyi ilə “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində Abşeron rayonunun tarixi, ənənələri, incəsənət nümunələrinin daha geniş formada tanıldığını, yeni-yeni istedadların üzə çıxarılmasına şəraitin yaradıldığını söyləyən İ.Gülməmmədova sözügedən layihənin bütövlükdə Azərbaycan mədəniyyətinin daha da inkişafına böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.

Bundan sonra tədbir Abşeron İncəsənət Ustalarının konsert proqramı ilə davam etdirilib.

Abşeronun mədəni irsi, turizm imkanlarının genişmiqyaslı təqdimatı keçirildi
Abşeronun mədəni irsi, turizm imkanlarının genişmiqyaslı təqdimatı keçirildi
Abşeronun mədəni irsi, turizm imkanlarının genişmiqyaslı təqdimatı keçirildi
Abşeronun mədəni irsi, turizm imkanlarının genişmiqyaslı təqdimatı keçirildi
Abşeronun mədəni irsi, turizm imkanlarının genişmiqyaslı təqdimatı keçirildi
Abşeronun mədəni irsi, turizm imkanlarının genişmiqyaslı təqdimatı keçirildi
Abşeronun mədəni irsi, turizm imkanlarının genişmiqyaslı təqdimatı keçirildi
Abşeronun mədəni irsi, turizm imkanlarının genişmiqyaslı təqdimatı keçirildi
Abşeronun mədəni irsi, turizm imkanlarının genişmiqyaslı təqdimatı keçirildi

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır