Absheron Media
Haqqımızda Bizimlə əlaqə

“Sevgi izi” Abşeronda

Tarix:7-03-2016, 15:39

“Sevgi izi” Abşeronda

Xırdalanda yerləşən Heydər Əliyev Mərkəzində əqli qüsurlu, autizm və buna bənzər xəstəlikləri olan və itkin düşmə ehtimal yüksək olan şəxslərin tapılmasını daha da tezləşdirmək məqsədi ilə “ Sevgi izi” layihəsinin təqdimatı olub. Abşeron Rayon İcra Hakimiyyətinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yanında “Psixososial Reablitasiya və İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan təqdimatda rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, millət vəkili Qənirə Paşayeva, modelyer Fəxriyyə Xələfova Türküyəli həkim mütəxəssislər, bu ölkənin ATV kanalının “ Sevgi izi” verilişin məşhur aparıcısı Müge Anlı, qeyri-hökumət təşkilatlarının nümayəndələri, autizm sindromlu uşaqlar, onların valideynləri və KİV nümayəndələri iştirak ediblər.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Azərbaycanda autizm sindromlu uşaqlara dövlət qayğısı göstərilməsindən, əlaqədar layihələrin hazırlanmasından və autizm sindromlu uşaqların sosiallaşması üçün görülən işlərdən danışıb. Layəhənin əhəmiyyətini vurğulayan İ.Gülməmmədova Abşeron rayonunda uşaqların rahat təhsil alması üçün aparılan abadlıq-quruculuq işləsindən söz açıb. Son on ildə 50-yə yaxın məktəb və uşaq baxçasının tikildiyini, inzibati binaların əsaslı təmir olunduğunu və bu istiqamətdə atılan addımların davam etdirildiyini qeyd edərək “Sevgi izi” layihəsinin ilk olaraq Abşeron rayonunda icrasına başlanılmasından məmnunluğunu ifadə edərək, icraçılara fəaliyyətlərində uğurlar arzulayıb.

Millət vəkili Qənirə Paşayev çıxışında Türkiyəli mütəxəsislərlə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova ölkəmizdə autizm sindromlu uşaqların problemlərinə həssaslıqla yanaşdığına, hər bir müraciətin diqqətdən kənarda qalmadğını bildirib.

Modelyer Fəxriyyə Xələfova da sağlamlıq imkanları məhdud olan uşaqların hüquqlarının müdafiəsini daim diqqət mərkəzində saxladığını qeyd edib.

Sonra çıxış edən Müge Anlı autizm sindromu ilə mübarizə yolları, bununla bağlı valideynlərə düzgün istiqamət göstərmək, bu qəbildən olan uşaqların sosiallaşması üçün cəmiyyətin onlara münasibəti və diqqətin artırılması kimi məsələlər haqqında ətraflı məlumat verib.

Təqdimatın sonunda layihə haqqinda müfəssəl məlumat verilib və interaktiv qeydiyyat keçirilib. Belə ki, pasiyent internetdə müvafiq sayta daxil olaraq qeydiyyata düşür. Buradan hər bir fərdə məxsus və onun sol biləyin üzərində qeyd olunacaq şəxsi kod verilir. Kod polis bölməsindən xəstənin sənədləri əsasında qeydiyyatdan keçir. Ailə polisə müraciət etdikdə hər hansı kod nömrəli xəstə uşağın itdiyini bildirir və polis bölmələri də itən şəxsin şəkili və nömrəsi üzərindən axtarış aparır. Bu sistem də itmiş autizmli xəstənin tez bir zamanda tapılamsına yardımçı olur.
“Sevgi izi” Abşeronda
“Sevgi izi” Abşeronda
“Sevgi izi” Abşeronda
“Sevgi izi” Abşeronda
“Sevgi izi” Abşeronda
“Sevgi izi” Abşeronda

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır