Absheron Media
Haqqımızda Bizimlə əlaqə

“Abşeron” qəzetinin 5 mininci nömrəsinin çap edilməsi münasibəti ilə tədbir keçirilib

Tarix:12-03-2016, 17:35

“Abşeron” qəzetinin 5 mininci nömrəsinin çap edilməsi münasibəti ilə tədbir keçirilib
1962-ci ildən nəşr edilən “Abşeron” qəzetinin 5 mininci nömrəsinin çap edilməsi münasibəti ilə yubiley gecəsi keçirilib. Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova yubiley nömrəsinin nəşri ilə əlaqədar redaksiya kollektivini təbrik edərək, rayonun və qəzetin tarixindən, əldə etdiyi uğurlardan və bugünkü fəaliyyətindən söz açıb. Qəzetin böyük bir yol qət etdiyini, bu müddət ərzində hər zaman öz əqidəsinə, üslubuna sadiq qaldığını qeyd edən başçı dərginin Azərbaycanın mətbuat tarixində əhəmiyyətli rola malik olduğunu vurğulayıb.

Abşeron rayonunun MDB-nın şəhər və rayonları ilə qardaşlaşması, dostlaşması istiqamətində qəzetin çox faydalı işlər gördüyünü önə çəkən İ.Gülməmmədova “Abşeron”nun ölkədə və eləcə də rayonda keçirilən mühüm tədbirlər, gələn mötəbər qonaqlar, aparılan abadlıq-quruculuq işləri ilə bağlı ətraflı məlumatlar dərc etdiyini vurğulayıb.

Hər gün mətbuatla tanış oluqda ilk növbədə “Abşeron” qəzetini vərəqlədiyini bildirən başçı qəzetin nəşri tarixində müəyyən fasilələrin olduğunu, sonradan nəşrinin bərpa edildiyini və öz ənənələrini bu gün də davam etdirdiyini söyləyib.

Qəzetin oxucular tərəfindən sevilməsində, uzun zaman çap edilməsində baş redaktor Elimxan Mehrəliyevin böyük əməyi, jurnalist bacarığı və yaradıcılığının durduğunu deyən başçı onun fəaliyyətinin həm oxucular, həm də rayon icra hakimiyyəti tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

İ.Gülməmmədova qəzetinin səhifəsinin çoxaldılmasını, rayon üçün çalışmış ağsaqqal və ağbirçəklərin gənc nəslə tanıdılması istiqamətində məqalələrin hazırlanmasının vacibliyini qeyd edərək redaksiya heyətini təbrik edib və onlara yaradıcılıq uğurları arzulayıb.

Bundan sonra İ.Gülməmmədova “Abşeron” qəzetinin baş redaktoru Elimxan Mehrəliyevə Fəxri Fərmanı təqdim edib.

Öz növbəsində E.Mehrəliyev onun fəaliyyətinə verilən qiymətə və qəzetə göstərilən qayğıya görə münnətdarlığını ifadə edib. “Abşeron”un 1962 -ci ilin may ayından dərc edildiyini, 1998-ci ilin yanvarından isə Abşeron Rayon İcra Hakimiyyətinin qəzeti kimi müntəzəm olaraq rayonun ictimai-siyasi həyatını işıqlandırdığını vurğulayan baş redaktor bundan sonra da onlara bəslənən ümidləri doğrultmağa çalışacaqlarını bildirib.

Tədbirdə digər çıxış edənlər də “Abşeron” qəzetinin kollektivini təbrik edərək ölkə jurnalistlərinin sosial vəziyyətinin yaxşılaşdırılması və digər mühüm istiqamətlərdə reallaşdırılan layihələr barədə danışıblar. Qeyd edilib ki, Azərbaycan söz və mətbuat azadlığı sahəsində dünyanın aparıcı demokratik ölkələri ilə müqayisə edilə biləcək tərəqqiyə nail olub. Respublikamızda mətbuatın sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad ifadə etmələrinə geniş imkanlar yaradılıb.
“Abşeron” qəzetinin 5 mininci nömrəsinin çap edilməsi münasibəti ilə tədbir keçirilib
“Abşeron” qəzetinin 5 mininci nömrəsinin çap edilməsi münasibəti ilə tədbir keçirilib
“Abşeron” qəzetinin 5 mininci nömrəsinin çap edilməsi münasibəti ilə tədbir keçirilib

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib