Absheron Media
Haqqımızda Bizimlə əlaqə

“Multikultural milli mənəvi dəyərlər və gənclik” mövzusunda tədbir keçirilib

Tarix:16-03-2016, 19:14

“Multikultural milli mənəvi dəyərlər və gənclik” mövzusunda tədbir keçirilib
Bu gün Qafqaz Universitetində “Multikultural milli mənəvi dəyərlər və gənclik” mövzusunda tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin sədri Məleykə Abbaszadə, Qafqaz Universitetinin rektoru Ahmet Saniç, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, millət vəkilləri və digər ictimaiyyət nümayəndələri iştirak edib.

Rektor Ahmet Saniç Azərbaycanda mövcud olan multikultural mühitdən söz açaraq bu şəraitin illərlə formalaşdığını bildirib. O qeyd edib ki, ümummilli lider Heydər Əliyev multikultural dəyərləri dövlət siyasətinin bir hissəsinə çevirib. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini və 2016-cı ilin “Multikulturalizm ili” elan edildiyini vurğulayan rektor Qafqaz Universitetinin çağırışa qoşulduğunu qeyd edib. Rəhbərlik etdiyi universitetin multikultural dəyərləri daim yaşatdığını söyləyən rektor Azərbaycan-Türkiyə qardaşlığından, dostluğundan danışaraq iki ölkə arasında olan münasibətlərin daha da inkişaf etdiyini söyləyib.

Sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək bildirib ki, hər bir öldəkə multikulturalizm ənənələrinin yaranıb inkişaf etməsi həmin xalqın təhsilindən, ailə dəyərlərindən və eləcə də tolerantlıq xarakteristikasındən asılıdır. Başçı qeyd edib ki, Azərbaycan Qərblə Şərqin kəsişməsində, fərqli sivilizasiyaların qovuşduğu məkanda yerləşməklə, tarix boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, müxtəlif millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. “Müstəqillik illərində isə bu mühüm tarixi ənənənin daha da gücləndirilməsi müasir Azərbaycan dövlətinin ən böyük nailiyyətlərindən biridir. Məhz ümummilli lider Heydər Əliyevin dövlətçilik dühası, onun siyasi müdrikliyi və uzaqgörənliyi nəticəsində multikultural dəyərlər siyasi və hüquqi prinsiplər səviyyəsinə yüksəldilmiş, Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qəbul edilmişdir. Ulu öndərin həyata keçirdiyi siyasi fəaliyyəti layiqincə davam etdirən Prezident İlham Əliyev ənənəvi olaraq ölkəmizdə yaşayan xalqların, dini icmaların nümayəndələri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır, milli və dini bayramları münasibətilə təbrik edir. Multikulturalizmin dövlət siyasətinin əsas komponentlərindən biri kimi dəyərləndirilməsinin nəticəsidir ki, 2014-cü ilin may ayında Prezident İlham Əliyevin fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Bu əlamətdar hadisədən bir qədər sonra Prezident İlham Əliyevin “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında” 11 yanvar 2016-cı il tarixində imzaladığı sərəncam da göstərir ki, multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bu gün artıq multikulturalizmin Azərbaycan modeli formalaşıb və bu, mükəmməl örnək kimi digər mədəniyyətlərə ixrac olunmaqdadır”.

Azərbaycanın digər rayonlarının əhalisi kimi, Abşeron sakinlərinin də tarix boyu multikultural dəyərlərlə söykəndiyini, burada müxtəlif dini inanclı insanların bir yerdə, mehriban qonşuluq prinsipi ilə yaşadığını qeyd edən İ.Gülməmmədova hazırda rayon ərazisində 450 mindən çox sakinin yaşadığını vurğulayıb. Abşeronda ölkənin müxtəlif regionundan gələn insanların məskunlaşdığını qeyd edən başçı rayon ərazisində 24 məsciddə 9 dini icmanin qeydiyyatdan keçdiyini bildirib. Bununla yanaşı, qeyri-hökümət təşkilatı kimi qeydə alınan Rus icması Abşeron Rayon şöbəsi də hər hansı bir maneə olmadan fəaliyyətini davam etdirməkdədir. Rayon ərazisində hər bir vətəndaşa dini inancını və ayinləri icra etmək üçün lazımi şərait yaradılıb. Bu günə qədər Abşeron rayonunda dini zəmində insanlar arasında qarşıdırma halları qeydə alınmayıb.
Abşeronda həyata keçirilən quruculuq-abadlıq işlərindən söz açan İ.Gülməmmədova bildirib ki, son 10 ildə rayon ərazisində 50-dən çox məktəb və bağça tikilərək istifadəyə verilib. Köhnə bağça və məktəb binaları, mədəniyyət evləri əsaslı təmir edilib.

Daha sonra çıxış edən qonaqlar multikultral dəyərlər ətrafında fikirlər bildiriblər.

Sonda universitet tələbələrinin hazırladıqları konsert proqramı təqdim olunub.
“Multikultural milli mənəvi dəyərlər və gənclik” mövzusunda tədbir keçirilib
“Multikultural milli mənəvi dəyərlər və gənclik” mövzusunda tədbir keçirilib
“Multikultural milli mənəvi dəyərlər və gənclik” mövzusunda tədbir keçirilib
“Multikultural milli mənəvi dəyərlər və gənclik” mövzusunda tədbir keçirilib
“Multikultural milli mənəvi dəyərlər və gənclik” mövzusunda tədbir keçirilib
“Multikultural milli mənəvi dəyərlər və gənclik” mövzusunda tədbir keçirilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir