Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalan şəhər 2 saylı orta məktəbdə 31 mart soyqırımına həsr olunan anım tədbiri keçirilib

Tarix:30-03-2016, 16:51

Xırdalan şəhər 2 saylı orta məktəbdə 31 mart soyqırımına həsr olunan anım tədbiri keçirilib

Bu gün Xırdalan şəhər 2 saylı orta məktəbdə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir Azərbaycan himninin oxunması ilə başlanılıb. Bildirilib ki, 1918-ci il martın 30-u gecə saatlarında erməni daşnaqları tərəfindən Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnib. Aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, azərbaycanlıların əmlakları talan edilib, Təzəpir məscidi aramsız top atəşinə tutulub, Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.

Qeyd edilib ki, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Belə ki, martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib.

Tədbirdə çıxış edən Xırdalan şəhər 2 saylı orta məktəbin drektoru Ədalət Camalova bildirib ki, sovet hakimiyyəti illərində bu soyqırımın xalqın yaddaşından silinməsinə cəhdlər olunub. Amma müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən başlayaraq 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Bundan sonra məktəblilər faciəyə həsr olunmuş şeirlər səsləndirib, soyqırımı özündə əks etdirən səhnələr təqdim ediblər.

Xırdalan şəhər 2 saylı orta məktəbdə 31 mart soyqırımına həsr olunan anım tədbiri keçirilib

Xırdalan şəhər 2 saylı orta məktəbdə 31 mart soyqırımına həsr olunan anım tədbiri keçirilib
Xırdalan şəhər 2 saylı orta məktəbdə 31 mart soyqırımına həsr olunan anım tədbiri keçirilib
Xırdalan şəhər 2 saylı orta məktəbdə 31 mart soyqırımına həsr olunan anım tədbiri keçirilib

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi

Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir

Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib