Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda Kəlbəcərli şəhid ailələri ilə görüş keçirilib

Tarix:31-03-2016, 18:26

Abşeronda Kəlbəcərli şəhid ailələri ilə görüş keçirilib

Kəlbəcər rayonunun erməni qəsibkarları tərəfindən 2 aprel 1993-cü ildə işğal edilməsi gününün ildönümü ərəfəsində Abşeron rayonunda məskunlaşmış kəlbəcərli şəhid ailələri ilə görüş keçirilib. Görüşdə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü və Dağlıq Qarabağda həlak olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirib ki, hər il işğal olunmuş torpaqlarımızın il dönümlərində həmin rayonun ictimaiyyəti ilə görüşlər keçirilir. Bunun məqsədinin cəmiyyətin diqqətini işğal edilən rayonlarına yönəlmək olduğunu vurğulayan başçı qeyd edib ki, ötən 23 ildə Kəlbəcərdən kənarda doğulan kəlbəcərlilərin maariflənməsinə, onların dədə-baba yurdları barəsində məlumatlarının artırılmasına çalışılır. Hər bir ailədə böyüyən yeniyetmələrə işğal altında qalan torpaqlarımız barəsində ətraflı məlumatın verməli olduğunu, oranın suyu, havası, bitkiləri, vətən niskili ətrafında söhbətlərin tez-tez aparılmasının vacibliyini qeyd edən İ.Gülməmmədova Azərbaycanlılara qarşı törədilən soyqırımların 3 mərhələyə bölündüyünü, üzləşdiyimiz faciələlərin unudulmasına imkan verməməli olduğumuzu söyləyib.

Sovet vaxtında Azərbaycan xalqına qarşı törədilən soyqırımların bilərəkdən unutdurulduğunu, ermənilərin də öz simalarını gizlətdiyini, özlərini mehriban qonşu kimi təqdim etdiyini qeyd edən İ.Gülməmmədova bildirib ki, məhz bunun nəticəsində də Dağlıq Qarabağ hadisələri, növbəti faciələrimiz baş verdi. Uşaqlarımıza faciələrimizi, keçmişimizi anlatmalı və gələcəkdə bu səpkili soyqırımların baş verməməsinə çalışmalı olduğumuzu qeyd edən başçı işğal altında olan torpaqlarımıza geri qayıdacağımız günün uzaqda olmadığını deyib.

Möhtərəm Prezident İlham Əliyevin “Azərbaycan torpaqlarının bir qarışı da düşmənə güzəştə gedilməyəcək” fikrini vurğulayan başçı torpaqların sülh yolu ilə qaytarılmasına çalışıldığını, lakin lazım gələrsə, Azərbaycan əsgərinin hərb yolu ilə də Dağlıq Qarabağı və digər rayonlarımızı işğaldan azad etmək qüdrətində olduğunu bildirib.

Kəlbəcərli şəhid ailələri də vətən həsrəti ilə yaşadıqlarını, işğal altında olan torpaqlara yaxın zamanlarda geri dönəcəklərinə inandıqlarını bildirərək onlara Abşeron rayon İcra Hakimiyyəti tərəfindən göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Sonda Kəlbəcərli şəhid ailələrinin ehtiyacları ilə maraqlanılıb, onlara maddi yardımlar göstərilib.

Abşeronda Kəlbəcərli şəhid ailələri ilə görüş keçirilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir