Bu gün Abşeron rayon Təhsil şöbəsi, Gənclər və İdman İdarəsi və Səfərbərlik İdarəsinin rayon şöbəsinin birgə təşkilatçılığı ilə Abşeron məktəbliləri arasında “Şahin” hərbi–idman yarışlarına start verilib.
Novxanı qəsəbəsindəki 1 saylı tam orta məktəbdə baş tutan yarış böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərmək məqsədi daşıyıb.
Keçirilən yarışda 34 ümumtəhsil ocağı iştirak edib. Şagirdlər hərbi keçid, sıra duruşları, sağ- sol dönmələr, müxtəlif hərbi gedişləri böyük ruh yüksəkliyi ilə nümayiş etdiriblər.