Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib

Tarix:22-04-2016, 18:00

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü çərçivəsində “Multikulturalizm ili”nə həsr olunan “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda festival keçirilib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan festivalda kitablar, müxtəlif sənət nümunələri, tikmələr və geyimlər sərgilənib, mədəniyyət, tarix, dini inanclar, folklor nümunələr, kulinariya, musiqi və müxtəlif sənət nümunələri nümayiş etdirilib.

Festival çərçivəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə toplantı olub. Toplantıda Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün ölkəmizdə də geniş qeyd olunduğunu qeyd edərək diqqətə çatdırıb ki, bu gün Azərbaycan xalqının dünya mədəniyyətinə təqdim etdiyi zəngin mədəniyyət nümunələrinin bəziləri artıq bəşəriyyətin ümumi mədəni irsinə çevrilib.

Əbülfəs Qarayev qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması ölkəmizdə azsaylı xalqların mədəniyyətinə, adət-ənənələrinə verilən qiymətin daha bir bariz nümunəsidir. O, bildirib ki, bu il Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü əvvəlki illərdən daha geniş və fərqli şəkildə qeyd olunur. Bu tədbirlər sırasında ölkəmizin mədəni müxtəlifliyinin nümayiş olunmasına da böyük diqqət ayrılıb.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla ölkəmizdə mövcud olan tolerantlıq ənənələrinin dünya ölkələrinə örnək olduğunu vurğulayıb. Bildirib ki, hazırda dünyanın 13 universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir. Bu universitetlərin sayı da get-gedə artmaqdadır. Burada Azərbaycan multikulturalizminin təbliği ilə yanaşı, eyni zamanda, dünyada, xüsusən də Avropa ölkələrində olan multikultural ənənələrin müqayisəli şəkildə öyrənilməsi həyata keçirilir.

Daha sonra Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və Alban-Udin icmasının sədri Robert Mobili çıxış edərək ölkəmizdə azsaylı xalqların mədəniyyətinə və adət-ənənəsinə olan diqqət və qayğıdan danışıblar.

Sonda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycanın mədəni irsinin tədqiqinə görə” AMEA-nın müxbir üzvü İlyas Babayev təltif olunub. Həmçinin, Abşeron rayon mədəniyyət və turizm şöbəsinin müdiri İlham Manafov, “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun baş memarı Leyla Hüseynova və Xınalıq Dövlət tarix-mədəniyyət və etnoqrafiya qoruğunun əməkdaşı Həsən Ağayevə nazirliyin fəxri fərmanı və pul mükafatları təqdim edilib.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib