Abşeron qəzetinin yeni sayı
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
25-05-2016, 19:48 Oxunub: 1413

Hökməli-Qobu avtomobil yoluna asfalt örtüyü çəkilir

Hökməli-Qobu avtomobil yoluna asfalt örtüyü çəkilir

Abşeron rayonunda aparılan abadlıq-quruculuq işlərinin tərkib hissəsi olaraq rayon ərazisində yerləşən Hökməli-Qobu yolu yenidən qurulur. Qeyd etmək lazımdır ki, İradə Gülməmmədova Abşeron rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən sonra məsələnin vacibliyi nəzərə alınaraq sözügedən yolun asfalt örtüyünün tez-tez sıradan çıxmasının səbəbləri araşdırılıb. Məlum olub ki, ərazidə qurunt sularının səviyyəsinin yüksək olması, yağış sularının yol boyu axması, iri tonnajlı maşınların mütəmadi olaraq hərəkət etməsi və qəsəbədə yaşayan sakinlərin konalizasiya sularını yola axıtması asfalt örtüyünün vaxtından əvvəl sıradan çıxmasına səbəb olub. Bütün bunlar nəzərə alınaraq rayonun daxili imkanları hesabına Hökməli-Qobu yolunda yağış və qurunt sularını axıtmaq üçün 815 metr uzunluğunda dəmir-beton tərkibli arx salınıb. Bundan əlavə, 300 metr uzunluğunda konalizasiya xətti çəkilib ki, bu da yağış sularının tam olaraq ümumi konalizasiya xəttinə ötürülməsinə imkan verəcək. Eyni zamanda, ərazidə 4 ədəd baxıcı quyusu tikilərək yağış sularının sərbəst axıntısı təmin edilib. O da vurğulanmalıdır ki, Hökməli-Qobu yolunun sıradan çıxmış hissəsinə çınqıl daşlar tökülərək avtomobillərin hərəkətinin intensivliyi təmin olunub.

Rayon İcra Hakimiyyəti tərəfindən “Azəravtoyol” ASC-ə edilən müraciətdən sonra Hökməli-Qobu yoluna asfalt örtüyünün çəkilməsi işlərinə başlanılıb. Hazırda sözügedən əraziyə çınqıl daşları tökülərək yol örtüyünün bərkidilməsi işləri aparılır. Bu proses başa çatdıqdan sonra 12 min kvadratmetr əraziyə asfalt örütüyü döşənəcəkdir.

Qeyd edək ki, hava şəraitindən asılı olaraq Hökməli-Qobu yolunda aparılan təmir-bərpa işlərinin 13 gün müddətində başa çatdırılması planlaşdırılıb.

Hökməli-Qobu avtomobil yoluna asfalt örtüyü çəkilir
Hökməli-Qobu avtomobil yoluna asfalt örtüyü çəkilir
Hökməli-Qobu avtomobil yoluna asfalt örtüyü çəkilir
Hökməli-Qobu avtomobil yoluna asfalt örtüyü çəkilir
Hökməli-Qobu avtomobil yoluna asfalt örtüyü çəkilir
XƏBƏR LENTİ
23-08-2019, 13:46 | İradə Gülməmmədova Xırdalan şəhər sakinləri ilə görüşdü22-08-2019, 15:08 | Abşeronda əlillər, şəhid ailələri və veteranlara dövlət qayğısı davamlı olaraq artır22-08-2019, 14:52 | “Alovlu Abşeron” festivalı möhtəşəm konsert proqramı ilə yadda qalıb - FOTOLAR21-08-2019, 13:13 | "İstedadlı əlillər" ictimai birliyinin yekun hesabat konfransı20-08-2019, 16:07 | İradə Gülməmmədova Xırdalan sakinləri ilə görüşdü - FOTO19-08-2019, 14:51 | Saçı tökülənlərin nəzərinə: sizdə bu xəstəlik ola bilər - HƏKİM RƏYİ19-08-2019, 14:46 | Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək - Qaydalar təsdiqləndi19-08-2019, 12:29 | Son 6 ay ərzində Abşeronda 1362 qaz sayğacı quraşdırılıb19-08-2019, 12:27 | Xırdalana 147.5 km uzunluğunda içməli su, 77 km uzunluğunda isə yeni kanalizasiya xətti çəkilib19-08-2019, 11:27 | Üzüm qabığının bu faydasını bilirdinizmi?19-08-2019, 11:27 | Qarpız qabığının FAYDALARI. Müalicəvi reseptlər19-08-2019, 11:26 | Günvurmadan qorunmaq üçün HƏKİM TÖVSİYƏLƏRİ19-08-2019, 11:24 | Çay, qəhvə, şokolad hansı xəstəliklərdən qoruyur?19-08-2019, 11:23 | "Bu sənəd Prezidentin pensiyaçılara qayğısının əyani göstəricisidir”19-08-2019, 10:10 | QDTİB: Azərbaycanla bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı, süd emalı sahələrində işləməyi planlaşdırırıq19-08-2019, 10:08 | Azərbaycan Milli Mətbəxi Finlandiya ictimaiyyətinin marağına səbəb olub19-08-2019, 09:50 | Şəhidin bacısının toyu Dövlət Himni ilə başladı - FOTOLAR16-08-2019, 16:19 | İradə Gülməmmədova Fatmayı kənd sakinlərilə görüşdü16-08-2019, 12:35 | Latviyanın Azərbaycana təyin olunan yeni səfirinin adını açıqlanıb16-08-2019, 12:34 | “Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub16-08-2019, 12:32 | “Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub16-08-2019, 11:03 | Uşaqlara yanıqlar zamanı DÜZGÜN yardım