Abşeron qəzetinin yeni sayı
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
23-06-2016, 16:51 Oxunub: 2162

İradə Gülməmmədova Misirin Azərbaycandakı səfiri Suzan Cəmillə görüşüb

İradə Gülməmmədova Misirin Azərbaycandakı səfiri Suzan Cəmillə görüşüb

Bu gün Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Suzan xanım Cəmillə görüşüb. Abşeron rayon İcra Hakimiyyətində baş tutan görüşdə İ.Gülməmmədova rayon haqqında ətraflı məlumat verib.

Abşeronun Azərbaycanın iki böyük şəhərinə - Bakı və Sumqayıta ən yaxın ərazidə yerləşdiyini, rayonda 500 minə yaxın sakinin yaşadığını qeyd edən İ.Gülməmmədova Abşeronun biri şəhər olmaqla 15 kənd və qəsəbədən ibarət olduğunu qeyd edərək rayonun həm kənd təsərrüfatı, həm də sənaye mərkəzi kimi inkişaf etdiyini səfirin diqqətinə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci ildə Misirə etdiyi səfərini, iki ölkə arasında Abşeron rayonu və Qalubiyyə vilayətinin qardaşlaşmasını ehtiva edən pratakolların imzalanmasını xatırladan İ.Gülməmmədova bundan sonra əlaqələrin daha da genişləndiyini və qarşılıqlı səfərlərin artdığını qeyd edib. Xırdalan şəhərində Qalubiyyə küçəsinin və Azərbaycan-Misir Dostluq Parkının salındığını, 2009-cu ildə də Misirin Qalubiyyə vilayətində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adını daşıyan məktəbin açılışının olduğunu bildirən başçı bundan sonra da xalqlarımız arasında olan münasibətlərin daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Öz növbəsində səfir S.Cəmil Abşeronda olmasından məmnunluğunu bildirərək Azərbaycanın ən böyük rayonlarından birinə xanımın rəhbərlik etməsini yüksək qiymətləndirib. Azərbaycanın tolerant ölkə olduğunu, burada qadınlara özlərini ifadə etmək, təsdiqləmək, sərbəst fəaliyyət göstərməsi üçün bütün şəraitin yaradıldığını qeyd edərək bir qadın olaraq Azərbaycanda səfir kimi çalışmaqdan qürur hissi keçirdiyini söyləyib. Fəaliyyəti dövründə xalqlarımızın inteqrasiyası istiqamətində çalışacağını deyən səfir münasibətlərin daha da inkişaf etdirilməsi üçün çoxlu sahələrin və potensialın olduğunu bildirib. İki ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin yüksək səviyyədə baş tutması istiqamətində çalışdıqlarını vurğulyan səfir Misir iş adamlarının Azərbaycanda bir sıra layihələr həyata keçirməkdə maraqlı olduqlarını vurğulayıb.

Səfirə Abşeronda Qarabağ naxışları ilə toxunan xalça hədiyyə edilib.

Görüşdən sonra Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və səfir Suzan Cəmil Xırdalan şəhərində salınan Qalubiyyə küçəsinə və Azərbaycan-Misir Dostluq Parkına baş çəkib, burada aparılmış yenidənqurma işləri ilə tanış olublar.

Bundan sonra Xırdalan 9 saylı tam orta məktəbə gələn qonaqları ərəb dilində mükəmməl danışan şagirdlər qarşılayıb. Bildirilib ki, məktəbdə xüsusi Misir guşəsi yaradılıb və burada ərəb dilinin tədrisi həyata keçirilir.

Daha sonra məktəbdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyinə baş çəkən qonaqlar burada sərgilənən eksponantlarla tanış olublar.

Xanım S.Cəmil xatirə kitabına ürək sözlərini qeyd edib.

Sonda ərəbcə danışan şagirdlərlə xatirə şəkili çəkilib.

XƏBƏR LENTİ
Bu gün, 10:49 | Azərbaycan Ordusunun keçirdiyi təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunurBu gün, 09:55 | Karbondioksiddən maye yanacaq əldə edildiBu gün, 09:54 | Təzyiq ölçə bilən ağıllı saat - Asus VivoWatch SPBu gün, 09:52 | Robotlara ağrını hiss etmə qabiliyyəti verən elektron dəri hazırlandıDünən, 15:16 | İradə Gülməmmədova Masazır məktəbində ilk dərs günündə iştirak edib - FOTODünən, 15:15 | İltihab, sonsuzluq, babasil zamanı kömək edən yarpaqlar. Faydalı reseptlərDünən, 15:13 | Beyin qan dövranını yaxşılaşdırmağın 5 YOLUDünən, 15:11 | Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilirDünən, 15:10 | Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edibDünən, 14:06 | İradə Gülməmmədova BMU-da keçirilən Bilik günündə iştirak edibDünən, 11:51 | Mədə qıcqırması. SƏBƏBLƏR və TƏBİİ ÇARƏLƏRDünən, 11:44 | Türkiyənin Vitse-prezidenti Fuat Oktay ulu öndər Heydər Əliyevin məzarını ziyarət edibDünən, 10:41 | Mixəyin müalicəvi təsirləriDünən, 10:40 | Badımcanın özü kimi saplaqları da FAYDALIDIRDünən, 10:38 | Qaraciyəri sağlam saxlamaq istəyənlər üçün. FAYDALI İÇKİDünən, 10:38 | Azərbaycan Cenevrədə beynəlxalq tədbirdə təmsil olunacaqDünən, 09:29 | Apple şirkəti yeni biometrik identifikasiya texnologiyası üzərində çalışırDünən, 09:27 | Bu günə qədərki ən qara material istehsal edildiDünən, 09:26 | Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb15-09-2019, 15:30 | Abşeronda gənclər təmizlik aksiyası keçirib14-09-2019, 18:17 | Abşeronda “Koreya səfiri kuboku” turniri keçirilib13-09-2019, 17:56 | İradə Gülməmmədova Qobu qəsəbə sakinlərilə görüşdü