Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda “ictimai dinləmələr” keçirilib

Tarix:19-07-2016, 18:35

Abşeronda “ictimai dinləmələr” keçirilib

Abşeron rayonunda ombudsman Elmira Süleymanovanın və rayon icra hakimiyyətnin başçısı İradə Gülməmmədovanın iştirakı ilə “ictimai dinləmələr” keçirilib. Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, digər dövlət qurumları, bələdiyyə və dini icmalar, yerli qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

İlk öncə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova və Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Toplantını giriş sözü ilə açan Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova rayonun kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini və bunun artıq ənənə hal aldığını vurğulayaraq, son 10 ildə həyata keçirilən quruculuq-abadlıq işlərindən danışıb. Rayonda kəndlərarası yol infrastrukturunun yeniləndiyini, əhalinin fasiləsiz təbii qaz, elektrik enerjisi və su ilə təmin edildiyini deyən icra başçısı bu istiqamətdə həyata keçirilən işlərim davamlı olacağını, yeni salınan məhəllələrin lazimi kommunikasiya xəttləri ilə təmini istiqamətdə mühüm addımların atıldığını bildirib.

Abşeron rayonunun əhali sayının günü-gündən artdığını, bu səbəbdən də təbii olaraq bir sıra hallarda müəyyən təlabatların yarandığını və onların da öyrənilərək qarşılandığını, bütün gərəkli işlərin gürüldüyünü qeyd edən İ.Gülməmmədova rayon ərazisinin 90 faizinin tam qazla təmin olunduğunu, qalan ərazilərin isə hissə-hissə qazlaşdırıldığını, kənd və qəsəbələrdə yeni ambulatoriya məntəqələrinin tikilərək sakinlərin istifadəsinə verildiyini qeyd edib.

Bildirilib ki, son on ildə rayon ərazisində 50-yə yaxın məktəb və uşaq baxçası inşa edilib. Hazırda da 2 məktəb və 8 yeni uşaq baxçasının tikintisi davam etdirilir. Rayonda fəaliyyət göstərən bütün məktəblər əsaslı təmir edilib, dam örtükləri yenilənib. İnzibati binaların hamısı istilik sistemi ilə təmin edilib. Bağçaların qida rasionlarına diqqət ayrılıb və daha da yaxşılaşdırılması istiqamətində tədbirlər görülüb. Rayon ərazisində yeni-yeni mədəniyyət mərkəzləri tikilib.

Daha sonra ombudsman Elmira Süleymanova çıxış edərək “ictimai dinləmələr”in ölkənin bütün rayonlarında keçirildiyini qeyd edib. O bildirib ki, dini və milli tolerantlığın hökm sürdüyü, “Multikulturalizm ili”elan olunduğu Azərbaycanda həyata keçirilən dövlət siyasəti insan hüquqlarının, o cümlədən milli azlıqların hüquqlarının müdafiəsinə mühüm töhfə verir. Müvəkkil vətəndaşlara göstərilən xidmətlərin əlçatanlığı və keyfiyyəti, elektron xidmətlər, habelə bir çox problemlərin qarşısının alınması baxımından ASAN Xidmət Mərkəzlərinin uğurlu fəaliyyətini nümunə göstərməklə yüksək dəyərləndirib.
Ombudsman vətəndaşlar tərəfindən yerli icra hakimiyyəti orqanlarına, habelə digər dövlət və bələdiyyə qurumlarına ünvanlanan müraciətlərin vaxtında araşdırılmasının, qaldırılan məsələlərin həlli məqsədilə lazımi tədbirlərin görülməsinin, yerlərdə səyyar qəbulların keçirilməsi ilə əhalinin qəbulunun, habelə elektron qaydada müraciətlərin təminin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, yerli icra hakimiyyəti orqanlarında yaradılan Apelyasiya Şuralarının əhəmiyyətini qeyd edərək davamlı inkişaf mərhələsində olan ölkəmizin regionlarında əhalinin maraqlarına xidmət edən işlərin geniş vüsət aldığını, neft sənayesi ilə yanaşı, qeyri-neft sektorunun da canlanması ilə ölkə iqtisadiyyatının ahəngdar inkişafının təmin edilməsini diqqətə çatdırıb.

Fəal müzakirələrdə Qaçqın və Məcburi Koçlünlərilə iş üzrə Dövlət Komitəsin nümayəndəsi Vidadi İsayev, YAP Abşeron rayon təşkilatının qadınlar şurasının sədri Təyyübə Hüseynova, Abşeron Rayon Məşğulluq Mərkəzinin direktoru Abbas Məmmədov, QHT təmsilçisi Qubad Qasımov, Masazır bələdiyəsinin sədri Siyanfər Əliyev çıxış edərək mövzu üzrə fikirlərini bölüşüb, qurumların insan hüquqları sahəsində fəaliyyəti, keçirilmiş tədbirlər və digər məsələlər barədə məlumat veriblər.

Şamo Əliyev

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib