Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İnsan alverinə qarşı mübarizəyə dair növbəti tədbir Abşeronda keçirilib.

Tarix:26-07-2016, 17:05

İnsan alverinə qarşı mübarizəyə dair növbəti tədbir Abşeronda keçirilib.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən əhali, xüsusilə gənclər arasında insan alveri və onun yaratdığı fəsadlara qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində mütəmadi olaraq genişmiqyaslı layihələr həyata keçirilir.
Bu istiqamətdə görülən işlərin davamı olaraq, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə, “İnsan alverinin qurbanı olma!” adlı genişmiqyaslı maarifləndirmə layihəsinə başlanılıb.

Bu münasibətlə iyulun 26-da Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirilib.Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb. Layihə çərçivəsində baş tutan tədbirdə gəclər və rayon ziyalılları iştirak ediblər.

Toplantını giriş sözü ilə açan Abşeron Rayon İcra Hakimiyyətinin böyük məsləhətçisi,yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Hafiz Mikayılov tədbir iştirakçılarını salamlayıb, insan alverinin ağır nəticələri, bu ümumbəşəri bəla ilə mübarizənin mahiyyəti və formalarından danışıb. Natiq bu istiqamətdə həyata keçirilmiş təşkilati tədbirləri, insan alverinin doğurduğu fəsadlar, eləcə də ölkəmizdə bu sosial bəlaya qarşı mübarizə metodları barədə ətraflı məlumat verib.

Sonra tədbir iştirakçılarına Komitə tərəfindən keçirilən “Azərbaycan ailəsi” film festivalına təqdim edilmiş insan alveri mövzusunda “Satılmış həyat ” adlı film nümayiş edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov mövzu ilə bağlı təqdimat nümayiş etdirərək, insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsulları barədə məlumatı tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Daha sonra Abşeron rayon Gənlər və İdman idarəsinin rəsi Əsgər Əmirəliyev, Abşeron rayon mərkəzi kitabxanasının müdiri Məlahət Yusifqızı,rayon mədəniyyət mərkəzinin əməkdaşı Çimnaz Qurbanova çıxış edərək insan alveri və onu yaradan səbəblər barədə, insan alveri qurbanlarının əksəriyyətinin gənclər təşkil etdiyindən danışıblar. Çıxış edən natiqlər həmçinin problemin aktuallığını qeyd edərək, insan alveri qurbanları üçün yaradılmış sığınacaqlar, eləcə də onların cəmiyyətə reinteqrasiyası olunmasında psixoloji yardım amilinin əhəmiyyətini vurğulayıblar.

Tədbirin sonunda Komitə tərəfindən müvafiq sahədə rayon üzrə mövcud vəziyyət barədə rəyi öyrənmək məqsədilə hazırlanmış anonim anket sorğular paylanılıb, tədbir iştirakçılarının mövzular ətrafinda sualları cavablandırılıb və iştirakçılara Komitə tərəfindən hazırlanan maarifləndirici çap materialları təqdim edilib.

“İnsan alverinin qurbanı olma!” adlı layihə çərçivəsində tədbirlərin digər şəhər və rayonlarda davam etdirilməsi nəzərdə tutulub.

Şamo Əliyev

İnsan alverinə qarşı mübarizəyə dair növbəti tədbir Abşeronda keçirilib.
İnsan alverinə qarşı mübarizəyə dair növbəti tədbir Abşeronda keçirilib.
İnsan alverinə qarşı mübarizəyə dair növbəti tədbir Abşeronda keçirilib.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib