Abşeron qəzetinin yeni sayı
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
23-08-2016, 12:23 Oxunub: 3407

23 avqust - Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü qeyd edilib

23 avqust - Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü qeyd edilib


23 avqust 2016-cı il tarixində Sumqayıt şəhəri ərazisində yerləşən Xüsusi Dövlət Mühafizə Xidmətinin regional şöbəsində Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramına həsr olunmuş tədbir keçirilib.

Tədbirdən öncə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quliyev,Sumqayıt şəhər icra hakimiyyəti başçısının müavini Sahib Quliyev və Xüsusi Dövlət Mühafizə Xidmətinin Sumqayıt regional şöbəsinin əməkdaşları ümummilli lider Heydər Əliyevin xatirəsinə böyük ehtiram əlaməti olaraq ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar.Daha sonra toplantı iştirakçıları Sumqayıtın Şəhidlər xiyabanına gedərək, ölkəmizin azadlıq və istiqlaliyyəti uğrunda döyüşlərdə mərd mübarizlər kimi həlak olmuş Vətən şəhidlərinin xatirəsini ehtiramla yad ediblər.

Xüsusi Dövlət Mühafizə Xidmətinin Sumqayıt regional şöbəsində baş tutan tədbiri giriş nitqi ilə açan regional şöbənin rəisi mayor Vasif Əsgərov onlara hər zaman göstərilən diqqət və qayğıya görə Ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirib. Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranma tarixi haqqında qısa məlumat verib. Hər zaman dövlətçiliyimizin qorunmasında, dövlətə, xalqa, Prezidentə sadiq, layiqli və qüsursuz xidmət edəcəklərini bildirib.

Daha sonra çıxış edən İlham Quliyev ilk öncə bütün şəxsi heyəti Abşeron Rayon İcra Hakimiyyəti başçısı İradə Gülməmmədovanın adından səmimi qəlbdən təbrik edib. Qeyd edib ki, son zamanlarda Xüsusi Dövlət Mühafizə Xidmətinin inkişafı və maddi-texniki bazasının gücləndirilməsi, əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində mühüm işlər görülmüşdür. Xidmətin ayrılmaz hissəsi olan Milli Qvardiya müasir standartlara uyğun olaraq yenidən qurulmuş, şəxsi heyətin hərbi-döyüş qabiliyyəti artırılmış, mənəvi-psixoloji hazırlığı və nizam-intizam yüksək səviyyədə təşkil edilmişdir. Ölkəmizdə irimiqyaslı regional enerji layihələrinin həyata keçirilməsi və bu enerji layihələrin təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə əlaqədar ümummilli liderimiz Heydər Əliyev tərəfindən ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin yüksək səviyyədə təşkil və təmin edilməsi məhz Xüsusi Dövlət Mühafizə Xidmətinə tapşırılmış və səlahiyyətləri əhəmiyyətli dərəcədə genişləndirilmişdir.

Toplantıda çıxış edən S.Quliyev bildirib ki,Xüsusi Dövlət Mühafizə Xidməti şanlı döyüş yolu keçib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında XDMX hərbi qulluqçuları da şərəflə iştirak etmiş, qəhrəmanlıq nümunələri göstəriblər. Torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə XDMX hərbi qulluqçularından 13 nəfəri şəhid olub, 21 nəfər itgin düşüb, 55 nəfəri isə müxtəlif dərəcələrdə yaralanıb. Yaralanan hərbi qulluqçularımızdan 15 nəfəri əlil olub.

Tədbirin sonunda nümunəvi xidmətinə görə seçilən bir neçə hərbi qulluqçu Abşeron rayon İcra hakimiyyəti və Sumqayıt şəhər icra hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli hədiyyələr ilə təltif olunublar.Bundan başqa regional şöbəyə Abşeron rayon İcra hakimiyyəti başçısının adından smart televizor hədiyyə olaraq təqdim edilib.

Şamo Əliyev

23 avqust - Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü qeyd edilib
23 avqust - Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü qeyd edilib
23 avqust - Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü qeyd edilib
23 avqust - Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü qeyd edilib
23 avqust - Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü qeyd edilib
23 avqust - Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü qeyd edilib
23 avqust - Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü qeyd edilib
XƏBƏR LENTİ
Bu gün, 15:38 | Çox çay və qəhvə içənlərə həkimdən QORXUNC XƏBƏRDARLIQ: Sümükləriniz əriyirBu gün, 15:25 | Prezidentin imzaladığı sərəncamlar ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətin nəticəsidirBu gün, 15:14 | Azərbaycanda dövlət qulluğunun ən müasir tələblər səviyyəsinə qaldırılması üçün məqsədyönlü iş aparılırBu gün, 15:03 | Azərbaycanın Rusiya ilə dövlət sərhəd xəttinin yüksək dağlıq əraziləri sərhəd nişanları ilə işarələnəcəkBu gün, 15:01 | Elmar Məmmədyarov: Azərbaycan QDİƏT-ə üzv olan ölkələrdə sülh, sabitlik və inkişafın artırılması istiqamətində səyləri artırmağa çağırırBu gün, 15:00 | Gürcüstan parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlibBu gün, 14:59 | Azərbaycan Ordusunda döyüş postlarının növbətçi heyətləri arasında müsabiqə keçirilibBu gün, 12:52 | Abşeronlu gənclər istifadə etmədikləri geyimlərini ehtiyacı olan gənclərə bağışladılarBu gün, 11:55 | Sağlamlığı qorumaq istəyənlər qarpız yesin! Nəhəng giləmeyvənin 7 faydasıBu gün, 11:47 | Sona Əliyeva: Prezident İlham Əliyev sosial rifahın yüksəldilməsi üçün davamlı tədbirlər həyata keçirirBu gün, 10:12 | Ürəyinizin döyüntü sayı bu xəstəliklərdən xəbər verir - Türkiyəli kardioloq açıqladıBu gün, 10:11 | Təzyiqin aşağı salınmasının ən sadə üsulu. Dərmansız!Bu gün, 10:09 | Körpənin dırnağını necə kəsmək lazımdır?Bu gün, 10:07 | Mitsubishi şirkətindən süni intellektə malik danışma-tanıma texnologiyasıBu gün, 10:00 | 10 dəqiqəlik enerji ilə 300 kilometrlik yol üçün batareyaBu gün, 09:58 | Virtual həqiqət ilə hüceyrələrin içində səyahətDünən, 17:15 | Abşeron rayonunda səhiyyə işçilərinin peşə bayramı qeyd olunduDünən, 16:19 | Qarpızı alanda kəsdirməyin! ZİYANLARIDünən, 16:18 | Millət vəkili: Bu sərəncam əhalinin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əsl inqilabdırDünən, 16:17 | Azərbaycan və Fransa birgə zirehli texnika istehsal edəcəkDünən, 14:51 | Məşhur psixoloqdan sağlam və möhkəm münasibət qurmağın 22 QAYDASIDünən, 14:48 | Azərbaycanla İran və İndoneziya arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadilələri aparılıb