Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayon Mədəniyyət Mərkəzində aparılan təmir işləri yekunlaşmaq üzrədir

Tarix:2-09-2016, 12:43

Abşeron rayon Mədəniyyət Mərkəzində aparılan təmir işləri yekunlaşmaq üzrədir


Sürətli inkişaf yolunda olan rayonlardan biri də Abşerondur. İradə Gülməmmədovanın gərgin əməyi və zəhməti sayəsində Abşeron sürətlə inkişaf edir, abadlaşır və yenidən qurulur. Rayonun əksər sahələrində olduğu kimi Mədəniyyət sahəsindədə böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır. Hazırda rayon Mədəniyyət Mərkəzinin cari təmir olunması müassir tipli infrastrukturun yaradılması bu sahənin hərtərəfli inkişafına situmul verir.

İndi Xırdalan şəhəri ilə yanaşı, rayonun bütün kənd və qəsəbələrində də fəaliyyət göstərən mədəniyyət ocaqları əsaslı və cari təmir edilir ,yeniləri tikilir.
Qeyd edək ki, Mədəniyyət Evi 1984-cü ildə istifadəyə verilib. O vaxtdan bəri burada əsaslı təmir işləri 2006 və 2013-cü illərdə aparılıb. Hazırda isə bu binada cari təmir işləri aparılaraq ən müasir səviyyəyə çatdırılıb, incəsənət adamlarının fəaliyyəti üçün geniş imkanlar yaradılıb.

Mədəniyyət Mərkəzinin üçmərtəbəli binasında cari təmir işlərinə rayonun daxili imkanları hesabına 2016-cı ilin avqustunda başlanılıb və bu ayın 10-na kimi başa çatdırılması gözlənilir. Bu gün rayonun mədəniyyət xadimləri, incəsənət adamları ən yüksək səviyyədə rayon rəhbərliyinin qayğısı ilə əhatə olunublar.Onların sosial məsələlərinin həllinə dövlət səviyyəsində həmişə diqqət göstərilib.

Təmir işləri zamanı Rayon Mədəniyyət Mərkəzinin 400 yerlik akt zalında Abşeronun mədəni həyatında baş verən hadisələri qeyd etmək, həmçinin respublika və rayon əhəmiyyətli müxtəlif tədbirləri keçirmək üçün hər cür şərait yaradılıb. Bütün bunlar rayonun mədəniyyət və incəsənət işçilərinə yeni uğurlar əldə etmək üçün həm stimul verir, həm də geniş imkanlar yaradır.

Qeyd edək ki,cari təmir işləri başa catdıqdan sonra burada zəngin kitab fondu, oxu zalı və 20 yerlik konfrans zalı ilə yanaşı,Mədəniyyət Mərkəzində musiqi alətləri otağı, ədəbiyyat, muğam, aşıq sənəti, təsviri incəsənət, evdarlıq, heykəltəraşlıq dərnəkləri, musiqili komedyalı xalq teatrı, idman sağlamlığı dərnəkləri, milli rəqslərin öyrədilməsi dərnəyi, aiylə sağlamlıq dərnəyi fəaliyyət göstərəcək.

Şamo Əliyev

Abşeron rayon Mədəniyyət Mərkəzində aparılan təmir işləri yekunlaşmaq üzrədir

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir