Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İradə Gülməmmədovanın Aşağı Güzdək qəsəbə sakinlərilə səyyar qəbulu keçirilib

Tarix:2-09-2016, 19:52

İradə Gülməmmədovanın Aşağı Güzdək qəsəbə sakinlərilə səyyar qəbulu keçirilib

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Aşağı Güzdək qəsəbə sakinlərilə səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

İcra Hakimiyyətinin başçısı İ.Gülməmmədova qəsəbə sakinləri ilə ilk görüşün 2015-ci il noyabrın 13-də keçirildiyini və bu zaman sakinlər tərəfindən qaldırılan problemlərin böyük əksəriyyətinin həll olunduğunu vurğulayaraq bildirib ki, səyyar qəbullar bundan sonra da davam etdiriləcək. Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin fəaliyyətində yol verdiyi qüsurlara görə vəzifəsindən uzaqlaşdırıldığını qeyd edən başçı ötən müddət ərzində Aşağı Güzdək ərazisində genişmiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirildiyini, qəsəbənin su probleminin aradan qaldırıldığını söyləyib.
Bundan sonra RİH başçısının müavini İlham Quliyev hesabat xarakterli çıxış edib. O bildirib ki, rayonun daxili imkanları hesabına Müşviqabad qəsəbəsindən 1.8 km uzunluğunda, diametri 160 mm olan boru ilə yeni içməli su xətti çəkilib, daxil olan suyun təzyiqinin artırılması məqsədilə əsas xətt üzərində olan bütün özbaşına qoşulmalar ləğv edilib. Bundan əlavə qəsəbədaxili 200 metr uzunluğunda içməli su xətti, 300 metr uzunluğunda isə kanalizasiya xətti çəkilərək sakinlərin istifadəsinə verilib. Eyni zamanda Ceyranbtan su anbarından 2.3 km uzunluğunda yeni su xətti çəkilib, bir ədəd mator alınaraq, yeni nasosxana tikilib. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə aparılan məqsədyönlü işlərin nəticəsində qəsəbədə həcmi 600 kubmetr olan su anbarı tam təmir olunub, sahəsi 28 kvadratmetr olan nasosxana binası yenidən inşa edilib. Nasosxana üçün 2 ədəd su nasosu, 2 ədəd elektrik mühərriki quraşdırılıb, əraizisi hasarlanaraq ətrafında abadlıq işləri görülüb. Bu müddətdə sudan istifadənin yaxşılaşdırılması və su sərfiyyatının dəqiq hesabatının aparılması üçün 765 ədəd su sayğacı quraşdırılıb.
İ.Quliyev əlavə edib ki, Aşağı Güzdək qəsəbəsi ərazisində mövcud olan gölün ətrafındakı evlərin su altında qalması problemi ilə əlaqədar olaraq başçı tərəfindən Prezident Administrasiyası və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti qarşısında qaldırılan məsələ öz həllini tapıb. Artıq gölün səviyyəsinin aşağı salınması ilə bağlı göl ətrafında nasos quraşdırılmasına və suyun Sumqayıt çayına axıdılması üçün xətt çəkilişinə başlanılıb.
Qeyd edilib ki, Aşağı Güzdək qəsəbəsində elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması ilə bağlı qaldırılmış problemlərin həlli məqsədilə səyyar qəbuldan ötən müddət ərzində qəsəbə ərazisində 23 ədəd 6 kv-luq dayaq basdırılmaqla 3 ədəd 250 kva-lıq, 2 ədəd 400 kva-lıq, cəmi 5 ədəd transformator quraşdırılıb. Yeni quraşdırılan TM-lərin ərazisini SİP-ləşdirmək üçün “Azərişıq” ASC-nin Tender Təşkilatı tərəfindən 3 km SİP kabel çəkilmiş və ətrafdakı 410 abonentə sayğac quraşdırılıb. Qəsəbənin digər hissələrində də 19 ədəd dayaq basdırılmaqla 600 metr SİP kabel çəkilib. Bundan əlavə Aşağı Güzdək qəsəbəsini elektrik enerjisi ilə təchiz edən 6 kv-luq Neftnaliv hava elektrik verilişi xəttininin Ceyranbatan meşə zolağından keçən hissəsində 3 ədəd, qəsəbənin yaşayış sahəsindən keçən hissəsində isə 12 ədəd 6 kv-luq dayaq basdırılaraq elektrik verilişi xətti yenilənib.
Bildirilib ki, abadlıq məqsədilə qəsəbənin girişində olan avtomobil yolunun ətrafına və daxili küçələrə 3000 kubmetr çınqıl tökülərək yayılıb. Qəsəbənin daxilində Həzi Cavadov küçəsində olan hasarlar suvanıb, dayanacaq quraşdırılıb və hazırda daxili küçələrin kənarı ilə piyadaların təhlükəsiz hərəkət etməsi üçün səkilərin tikintisi davam etdirilir. Qəsəbədə antisanitariya vəziyyəti yaradan bir çox zibilliklər, xüsusilə ümumtəhsil məktəbi yaxınlığında olan zibillik ləğv edilib, məişət tullantılarının hər gün daşınmasına nail olunub. Qəsəbə ərazisindəki gölün və dəmir yolunun ətrafında olan məişət tullantıları müvafiq qaydada daşınaraq zərərsizləşdirilib və əraziyə torpaq və çınqıl tökülüb.

Bundan sonra kənd sakinlərindən Heyran Məmmədova, Ziyadxan Zahidov, Alın Paşayeva, Bircəgül Əliyeva, Natalya Quliyeva, Telman İbrahimov, Bağçagül Talıbova, Mahirə Rzaxanova, Qədir isgəndərov, Cəmilə Osmanova çıxış edərək rayon icra hakimiyyəti başçısının səyyar qəbullar keçirməsini yüksək qiymətləndiriblər. Sakinlər son bir il müddətində qəsəbə ərazisində çox böyük işlərin görüldüyünü qeyd edərək, qəsəbəyə telefon xəttlərinin çəkilməsində. əsas küçənin işıqlandırılmasında və parkın salınmasında köməklik göstərilməsini xahiş ediblər.
Sakinlər tərfindən qaldırılan problemlərin bir qismi yerindəcə həll olunub. Vaxt və maliyyə tələb edən məsələlərin həlli istiqamətində isə lazimi tapşırıqlar verilib.

Səyyər qəbuldan sonra qəsəbədə yenicə təmirdən çıxmış inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binasına baxış keçirilib və burada yaradılan şəraitlə tanış olunub.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib