Abşeron qəzetinin yeni sayı
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
7-09-2016, 17:28 Oxunub: 2400

Abşeronda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

Abşeronda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

Xırdalan şəhər Heydər Əliyev Mərkəzində Abşeron rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı kecirilib.Toplantıda rayon icra hakimiyyətnin başçısı İIradə Gülməmmədova, idarə və müəssisə rəhbərləri, təhsil işçiləri, pedeqoji kollektiv və 2015-2016 ci tədris ilində yüksək bal toplayan, həmcinin ölkəmizin müxtəlif ali təhsil universitetlərinə qəbul olan tələbələr iştirak edib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək ruhuna hörmət və ehtiramlarını bildiriblər.

Daha sonra konfrans Heydər Əliyev Mərkəzində davam etdirilib. Toplantıda önçə il ərzində dünyasını dəyişmiş rayon müəllimlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra 2015-2016-cı tədris ilində Abşeron təhsilində qazanılmış uğurlardan və naliyyətlərdən bəhs edən videoçarx nümayiş olunub.
Abşeron rayon təhsil işçilərinin konfransında çıxış edən təhsil şöbəsinin müdiri Kamran Rzayev 2015-2016-cı tədris ilinin yekunları barədə məlumat verib. O bildirib ki, təkcə son illər ərzində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə müəllimlərdən 21 nəfər əməkdar, 11 nəfər Tərəqi medalına layiq görülüb. Təkcə keçən dərs ili təlim - tərbiyə sahəsində uğurlarına görə ölkə prezidentinin sərəncamı ilə Mehdiabad qəsəbə 2 №-li tam orta məktəbin müəllimi Axundova Nailə Ələsgər qızı və Masazır kənd 2 №-li tam orta məktəbin müəllimi Nəzərova Sevinc Mahmud qızı ilin ən yaxşı müəllimi müsabiqəsinin qalibləri olmuş və Xırdalan şəhər 1 №-li tam orta məktəbin müəllimi Hüseynova Minə Mürsəl qızı “ Qabaqcıl təhsil işçisi”döş nişanı ilə təltif olunub. Eləcə də, gənc nəslin təlim-tərbiyəsində uğurlarına görə Saray qəsəbə 3 № -li tam orta məktəbi ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “İlin məktəbi” müsabiqəsinin qalibi olub.
Qeyd edilib ki, məktəblərdə yaranan şagird sıxlığını aradan qaldırmaq məqsədilə Yeni Bakı yaşayış məntəqəsində H.Əliyev fondu hesabına 800 yerlik yeni məktəb binası tikilib və yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulub. Keçən dərs ilinin sonunda IX siniflərdə 2863 nəfər, XI siniflərdə isə 1975 nəfər şagird olub. İmtahanların nəticələrinə görə 2015-2016-cı dərs ilində IX siniflər üzrə 73,7%, XI siniflər üzrə isə 75% müvəffəqiyyət olmub. Bu da keçən ilki nəticələr ilə müqayisədə IX siniflərdə 1,2 % yüksək və XI siniflərdə keçən ilkinə bərabər olub. Buraxılış imtahanlarının respublika orta göstəricisi ilə müqayisəsi göstərir ki, rayonumuzun məzunlarının müvəffəqiyyətləri fərqli sürətdə respublikanın orta göstəricilərindən yüksəkdir. Belə ki, rayonumuzun müvəffəqiyyəti IX siniflər üzrə 6,4%, XI siniflər üzrə isə 10,3 % respublika göstəricilərindən yüksəkdir. 20 nəfər IX sinif məzunumuz təlimdə göstərdiyi uğurlara görə xüsusi nümunəli şəhadətnamə (fərqlənmə) almış və Saray qəsəbə 3 nömrəli tam orta məktəbin məzunu Sadıqov Elşən Avtandil oğlu qızıl medala layiq görülüb.
K.Rzayev toplantı iştirakçılarının diqqətinə catdırıb ki, 2015-2016-cı dərs ili məzunlarının ali məktəblərə qəbulu keçən illərə nisbətən yüksəlib. Belə ki, bu il ötən ilkindən fərqli olaraq məzunlardan ali məktəblərə sənəd verənlər (1456 nəfər) və qəbul faizi da artıb. Keçən il 67,4%, bu il isə 75% məzun ali məktəblərə sənəd verib. Keçən dərs ilində qəbul 67,4% olduğu halda, bu il(1007 nəfər) 69,2 % məzun tələbə adına layiq görülüb. Bu da əvvəlki ilin qəbulundan 1,8 % yüksəkdir.

Konfranda həmçinin, Aşağı Güzdək qəsəbə tam orta məktəbin direktoru Xuraman Kərimovanın, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Reyhan Əkbərovanın, Güzdək qəsəbə tam orta məktəbin direktor müavini Elmira Azayevanın, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Mahmudova Aygün Mahmudovanın, Abşeron RİH-də uzun müddət müavin kimi çalışmış Mirzəbala Aslanovun, Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin 700 bal toplayan məzunu Rəvan Nəzərəliyevin, Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin 692 bal toplayan məzunu Rəfiqə Məlikovanın və Saray qəsəbə 3 nömrəli tam orta məktəbin qızıl medal alan məzunu Elşən Sadıqovun çıxışları dinlənilib.

Sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmirəliyev çıxış edərək yeni dərs ilində qarşıda duran vəzifələrdən danışıb. O, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan təhsilinin, elminin inkişafına göstərilən qayğıdan söz açaraq qeyd edib ki, respublikada əlverişli təlim mühitinin yaradılması istiqamətində çox mühüm işlərin görülür.

Konfransda çıxış edən Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova rayonun təhsil işçilərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Son illər respublikamızda, o cümlədən rayonda təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin bu sahədə gördüyü ardıcıl tədbirlərdən, habelə Heydər Əliyev Fondunun xidmətlərindən ətraflı bəhs edib.
Ölkəmizdə qazanılan uğurlardan, Azərbaycanın beynəlxalq nüfuzunun gündən-günə artmasından, iqtisadiyyatımızın dinamik inkişafından, bütün sahələrdə əldə edilən nailiyyətlərdən söz açan icra başçısı daha sonra təhsilimizin formalaşdırılması istiqamətində son illərdə həyata keçirilən islahatlardan və əldə edilən uğurlardan danışıb. Məktəblərimizin maddi-texniki bazasının ildən-ilə möhkəmləndirilməsindən bəhs edən İ.Gülməmmədova rayon ərazisində yeni məktəbvə uşağ bağçalarının tikintisinin geniş vüsət aldığını bildirib.

Bu il 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan 70 nəfər məzuna və fəaliyyətində fərqlənən müəllimlərə diplom və qiymətli hədiyyələr təqdim edilib.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.

Abşeronda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib
Abşeronda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib
Abşeronda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib
Abşeronda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib
Abşeronda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib
Abşeronda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib
Abşeronda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib
Abşeronda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib
Abşeronda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib
Abşeronda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib
Abşeronda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib
Abşeronda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib
Abşeronda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib
Abşeronda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib
Abşeronda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib
Abşeronda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib
Abşeronda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib
Abşeronda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib
XƏBƏR LENTİ
20-09-2019, 19:50 | İradə Gülməmmədovanın Məmmədli kənd sakinləri ilə növbəti dəfə səyyar qəbulu keçirilib20-09-2019, 14:01 | Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edib19-09-2019, 17:47 | Abşeron rayon səhiyyə şöbəsində YAP GB-nın ərazi ilk partiya təşkilatı yaradılıb19-09-2019, 12:04 | Adi soyuqdəymə ilə səhv salınan TƏHLÜKƏLİ XƏSTƏLİKLƏR19-09-2019, 12:03 | Şəkərdən xərçəngə minbir dərdin dərmanı - Cənnət meyvəsinin inanılmaz faydaları19-09-2019, 12:01 | Azərbaycan ilə Belarusun ikitərəfli münasibətlərində təhlükəsizlik fəaliyyəti mühüm əhəmiyyət kəsb edir19-09-2019, 11:04 | Zakir Həsənov müşavirə keçirdi, təlimləri izlədi19-09-2019, 10:09 | Hacı Əliyev dünya çempionatında “Amerikanların qənimi” ilə qarşılaşacaq18-09-2019, 17:24 | Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub.18-09-2019, 15:01 | Varikoz zamanı türkəçarə vasitələr – alma sirkəsi, zeytun yağı, sarımsaq…18-09-2019, 14:59 | Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib18-09-2019, 14:56 | Aİ və BMT İnkişaf Proqramı Azərbaycanda gender bərabərliyi sahəsində layihəni davam etdirir18-09-2019, 13:00 | Birinci vitse-prezident Mehriban Əliyeva: Hər iki dahi şəxsiyyətimizin - Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin xatirəsini dərin ehtiramla yad edirik18-09-2019, 12:54 | Təmas xəttində monitorinq insidentsiz başa çatıb18-09-2019, 12:54 | Təmas xəttində monitorinq insidentsiz başa çatıb18-09-2019, 09:56 | Bunlar da qaraciyəri zədələyir. Çox təəccüblənəcəksiniz!18-09-2019, 09:55 | Azərbaycan və Gürcüstanın ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub17-09-2019, 14:53 | Azərbaycan Ordusunun keçirdiyi təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur17-09-2019, 14:52 | Təmas xəttində növbəti monitorinq keçiriləcək17-09-2019, 14:51 | Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib17-09-2019, 10:49 | Azərbaycan Ordusunun keçirdiyi təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur17-09-2019, 09:55 | Karbondioksiddən maye yanacaq əldə edildi