Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonunda “Vətəndaş cəmiyyəti” referendum üzrə təşviqat qrupunun seçicilərlə görüşü keçirilib

Tarix:22-09-2016, 13:32

Abşeron rayonunda “Vətəndaş cəmiyyəti” referendum üzrə təşviqat qrupunun seçicilərlə görüşü keçirilib


21 sentyabr 2016-cı il tarixində “Vətəndaş cəmiyyəti” referendum üzrə təşviqat qrupunun Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Abşeron seçiciləri ilə görüşü keçirilib.Toplantıda rayon mədəniyyət və turizim şöbəsinin müdiri İlham Manafov, AMEA-nın fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse –prezidenti Vüqar Zeynalov ,YAP fəalları, qeyri-hökümət təşkilatlarının rəhbərləri və nümayəndələri, seçicilər iştirak ediblər.

Görüşü İlham Manafov giriş nitqi ilə açaraq referendumöncəsi həyata keçirilən tədbirlər haqqında məlumat verib. Referendumun təbliğat-təşviqat kampaniyası çərçivəsində yaradılan təşviqat qrupularının fəaliyyətindən bəhs edib. Təşviqat qruplarının təbliğatın uğurla aparılması, əhalinin maarifləndirilməsi, seçicilərə Konstitusiya islahatlarının əhəmiyyətinin çatdırılması istiqamətində gördüyü işlərdən danışıb. Bildirib ki, bütün vətəndaşlar, seçicilər Konstitusiya islahatlarının dövlətimizin və millətimizin gələcək inkişaf hədəflərinə istiqamətləndiyini anlamalı və dövlətin ictimai-siyasi həyatında mühüm rolu olan referendumda fəal iştirak etməlidirlər. Referendum vətəndaşlarımıza əlavə hüquq və azadlıqların verilməsi, onların mövcud hüquqlarının daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımdır. İ.Manafov dövlətin və cəmiyyətin inkişaf dinamikasına uyğun olaraq Konstitusiyaya əlavə və dyişikliklər edilməsinin vacibliyini vurğulayıb.

Toplantıda çıxış edən Vüqar Zeynalov 1995-ci ilin 12 noyabrında ölkənin ilk Konstitusiyasının yaranmasından ötən müddət ərzində 2002 və 2009-cu illərdə həyata keçirilən Konstitusiya islahatlarından danışıb. Bütün dövlərdə bunun xalqın istək və arzusundan doğduğunu, bu dəfəki islahatların da məhz cəmiyyətdən gələn bir sifariş olduğunu bildirib. Bu islahatları üç istiqamətdə təhlil edib. Bunların icra strukturlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının möhkəmləndirilməsi və terminoloji əlavə və dəyişiklikləri əhatə etdiyini söyləyib. Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərdə dövlət hakimiyyətinin məsuliyyətinin artırılması, idarəçilik mexanizminin möhkəmləndirilməsi və s. kimi mühüm məsələlərin yer aldığını diqqətə çatdırıb.

Görüşdə çıxış edən Rəna Mirzəzadə ölkəmizdə həyata keçirilən gənclər siyasətindən və gənclərimizin inkişafına yönəlmiş mühüm dövlət proqramlarının həyata keçirilməsindən danışıb. Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərdə gənclərin hüquqlarının artırılmasının prioritet olduğunu qeyd edib. Xüsusilə Konstutusiyada yaş məhdudiyyətinin aradan qaldırılmasının bunun bariz nümunəsi olduğunu və gənclərimizin gələcək inkişafına təkan verəcəyini nəzərə çatdırıb.

Görüş diskussiya şəklində davam etdirilib.

Şamo Əliyev

Abşeron rayonunda “Vətəndaş cəmiyyəti” referendum üzrə təşviqat qrupunun seçicilərlə görüşü keçirilib
Abşeron rayonunda “Vətəndaş cəmiyyəti” referendum üzrə təşviqat qrupunun seçicilərlə görüşü keçirilib
Abşeron rayonunda “Vətəndaş cəmiyyəti” referendum üzrə təşviqat qrupunun seçicilərlə görüşü keçirilib

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır