Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda nümunəvi məhəllələrin sayı artır

Tarix:11-10-2016, 09:26

Abşeronda nümunəvi məhəllələrin sayı artır


Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkənin hər yerində müşahidə olunan sosial-iqtisadi tərəqqi Abşeron rayonunu da əhatə edib.
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanda hər bir məmurun başlıca vəzifəsi xalqa, vətəndaşlara layiqli və vicdanlı xidmətdir. Fəaliyyətini məhz bu prinsip əsasında quran Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova və onun rəhbərliyi altında bütün icra aparatı da dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə töhfəsini verməyə çalışır. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə özü üçün güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdırmış Abşeron rayonu Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə böyük uğurlar əldə etmiş, daha da gözəlləşmiş, müasirləşmişdir. Bütün bunlar rayonun həyatında başlanmış yeni intibah mərhələsinin uğurlu başlanğıcıdır.

Son 1 ildə rayonun sosial-iqtisadi inkişafı dinamik xarakter alıb.Xırdalan şəhəri başda olmaqla rayonun bütün kənd və qəsəbələrində geniş yenidənqurma, tikinti-quruculuq və abadlıq işləri aparılıb, infrastruktur layihələri həyata keçirilib, sosialyönümlü obyektlər istifadəyə verilib, sahibkarlığın inkişafında uğurlar qazanılıb, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Bu inkişafa dövlətimizin başçısının bölgələrə diqqət və qayğısı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla yerinə yetirilməsi sayəsində nail olunub.

Xırdalan şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində qanunsuz çəpərləmələrdən, yöndəmsiz köşklərdən, məhəllələrin daxilində uşaq meydançalarının və sakinlərin istirahət üçün nəzərdə tutulmuş yerlərdə səliqəsiz formada tikilmiş fərdi qarajlardan azad olunan ərazilərin siması bu gün dəyişməkdədir. Təmizlənən ərazilərin yerində istirahət guşələri, uşaq meydançaları, kölgəliklər yaradılır. Bu məqsədlə Xırdalan şəhərində nümunəvi həyətlərin qurulmasına start verilib. Belə həyətlərdən biri də 28-ci məhəllədə yerləşən 1,2 və 3-cü binaların qarşısındakı ərazilərdir . Qeyd edək ki, bir müddət əvvəl bu məhəllədəki mövcud şərait sakinlərin ekoloji baxımdan sağlam və rahat yaşayışı üçün çox əlverişsiz idi. Abşeron rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən məhəllədə geniş quruculuq və abadlıq işlərinə başlandı. Buradakı ümumi sahəsi 12x25 olan uşaqlar üçün stadion tam və əsaslı şəkildə təmir olunaraq hazır vəziyyətə gətirilib.
Yolların, səkilərin və yaşıllıqların kənarına 1500 metrədək bardür daşları düzülüb. 5000 m2-lik ərazinin asfalt-beton örtüyünün tətbiqi üçün ,reylefin nahamar hissələri planirofka olunaraq karbonatla düzləşdirilib,əraziyə 120 m3 torpaq və çınqıl daşı gətirilərək təyinatı üzrə lazımi hissələrə yayılıb. Məhəllədə 2 ədəd kölgəlik quraşdırılıb və daha 1 kölgəliyin quraşdırılması nəzərdə tutulub. Artıq məhəllə daxilində və ətraf ərazilərdə. Məhəlləyə bəzək kollarının və qazonun əkilməsi, həmçinin 10277 m2 sahəyə asfalt döşənməsi üçün hazırlıq işləri aparılıb. Ərazidə yerüstü suların, əsasən də yağış sularının axıdılması üçün suötürücü qurğular quraşdırılıb.Həyətdə azyaşlı uşaqlar üçün nəzərdə tutulan əyləncə qurğuları inşa olunacaq.

Artıq yeni nümunəvi məhəllə daxilində salınmış ümümi sahəsi 2100 m2 olan 3 parkda son tamamlanma işləri aparılır

Qeyd edək ki,az bir zaman kəsiyində daxili imkanlar hesabına burada xeyli iş görülüb.

Şamo Əliyev

Abşeronda nümunəvi məhəllələrin sayı artır
Abşeronda nümunəvi məhəllələrin sayı artır
Abşeronda nümunəvi məhəllələrin sayı artır
Abşeronda nümunəvi məhəllələrin sayı artır
Abşeronda nümunəvi məhəllələrin sayı artır
Abşeronda nümunəvi məhəllələrin sayı artır
Abşeronda nümunəvi məhəllələrin sayı artır

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib