Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron "I Beynəlxalq Çörək" festivalında qalib olub

Tarix:20-10-2016, 17:39

Abşeron "I Beynəlxalq Çörək" festivalında qalib olub


Bu gün Bakıda Beynəlxalq Kulinariya Günü münasibətilə ilk dəfə olaraq "I Beynəlxalq Çörək" festivalı keçirilib. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, millət vəkili Qənirə Paşayeva, bir sıra dövlət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri iştirak edib.

Festivalda Azərbaycan milli mətbəxinin təbliğində xüsusi roluna görə Natəvan Makili-Əliyevaya Azərbaycan Milli Mətbəx səfiri diplomu təqdim olunub.

"I Beynəlxalq Çörək" Festivalında Azərbaycanın şəhər və rayonlarından gələn iştirakçılar - Abşeron, Ağdaş, Ağsu, Astara, Bakı, Balakən, Gəncə, Göyçay, Xaçmaz, İmişli, İsmayıllı, Qax, Qusar, Laçın, Neftçala, Oğuz, Sumqayıt, Şamaxı, Şəki, Şuşa, Zaqatala, Zəngilan, Zərdab və Qobustan nümayəndələri fəallıq göstərib.

Festivalda müxtəlif ölçüdə, çəkidə və dadda olan çörəklər, fəsəli, fətir, yağlı kökə, maxara, karavay rus çörəyi, qutab, qoğal, şəkərbura, paxlava, bulkalar, yuxa, lavaş və s. un məmulatlarından hazırlanan qida nümunələri təqdim olunub.

Festivalda Abşeron üzrə ayrılmış yerdə ,rayonun kənd və qəsəbələri üçün xarakterik olan çörək və çörək məhsulları nümayiş olunub. Rayon Mədəniyyət və Turizim şöbəsinin müdiri İlham Manafov qonaqlara məlumat verib ki, festivala Abşeron mətbəxinin ayrılmaz parçası olan 14 növ çörək nümunələri çıxarılıb. Abşeron rayonunun kənd və qəsəbələrinin özünəməxsus mətbəxi olduğu kimi, həm də müxtəlif formalarda bişirilən çörək nümunələri vardır. Abşeron ərazisində aşkar olunan çörək məmulatları, çörək bişirilməsi üçün istifadə olunan əşyalar və əkinçilik alətləri əcdadlarımızın zəngin məişət mədəniyyətinə malik olduğunu təsdiq edir.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva kulinarları əlamətdar gün münasibətilə təbrik edib. Beynəlxalq Kulinariya Gününün ölkəmizdə 2007-ci ildən keçirildiyini söyləyən S.Məmmədəliyeva Azərbaycan mətbəxinin tanıdılmasında Kulinariya Mərkəzinin rolunu vurğulayıb. Qeyd olunub ki, Beynəlxalq Kulinariya Günü 2004-cü ildən qeyd olunur. Hazırda 115 ölkə bu günü qeyd edir.

Azərbaycanın Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən bir il ərzində görülmüş işlərin hesabatını verib. Diqqətə çatdırıb ki, il ərzində qurum tərəfindən 15 böyük tədbir keçirilib, 25 tədbirdə iştirak edilib. Altı beynəlxalq və bir yerli festival təşkil olunub. Kulinariya sahəsində fəaliyyət göstərən bir sıra insanlar mükafatlara və fəxri adlara layiq görülüblər.

Milli Məclisin deputatları Qənirə Paşayeva və Ülviyyə Ağayeva festivalın keçirilməsini yüksək qiymətləndiriblər.

Sonra festivalda iştirak edənlərə diplomlar təqdim edilib.

Festival çərçivəsində Abşeron rayonu “Ən dadlı çörək” nominasiyası üzrə müsabiqənin qalibi olub.

Xatırladaq ki, festival, "Muğam Ocağı" restoranında Azərbaycan Milli Kulinariya Mərkəzinin təşkilatçılığı ilə təşkil edilib.

Şamo Əliyev

Abşeron "I Beynəlxalq Çörək" festivalında qalib olub
Abşeron "I Beynəlxalq Çörək" festivalında qalib olub
Abşeron "I Beynəlxalq Çörək" festivalında qalib olub
Abşeron "I Beynəlxalq Çörək" festivalında qalib olub
Abşeron "I Beynəlxalq Çörək" festivalında qalib olub
Abşeron "I Beynəlxalq Çörək" festivalında qalib olub

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib