Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda “Gender Bərabərliyi” və “Məişət Zorakılığı” mövzusunda seminar keçirilib

Tarix:22-10-2016, 22:28

Abşeronda “Gender Bərabərliyi” və “Məişət Zorakılığı” mövzusunda seminar keçirilib


“Gender və İnsan Hüququ” Araşdırma Birliyi (GİHAB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Məişət zorakılığı və Azərbaycan 25 ildə gender mədəniyyətinə doğru” adlı layihəsi çərçivəsində Abşeron rayonunda müxtəlif əhali qruplarının iştirakı ilə maarifləndirici seminar-treninq keçirib.

Tədbir əsasən Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən imzalanmış gender problemləri, məişət zorakılığı ilə bağlı Azərbaycanda 25 ildə təsbit olunan milli qanunvericiliyin təbliğinə və bu istiqamətdə görülən işlərin cəmiyyətin həyatına təsir mexanizmlərinin müzakirəsinə həsr olunub.

Abşeron rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdi giriş sözü ilə açan layihənin eksperti Rəna Mirzəzadə vurğulayıb ki, müstəqilliyimizin 25-ci ildönümünü qeyd etdiyimiz bir dövrdə belə məişət zorakılığı ilə bağlı problemlər hələ də öz aktuallığını saxlamaqdadır. Ekspert qeyd edib ki, inkişaf edən, dəyişən, modernləşən Azərbaycanda gender mədəniyyəti kontekstində gender zorakılığı qismən də olsa özünü cəmiyyətdə, ailədə biruzə verməkdədir və məhz bu baxımdan da milli qanunvericiliyin ölkə əhalisinə, həm yaşlı, həm də gənc nəslə maarifləndirmə yolu ilə çatdırılması və eyni zamanda ölkədə gedən islahatların nəticəsi kimi gender mədəniyyəti ilə bağlı uğurların da ictimaiyyət arasında təşviqi və təbliği zəminində maarifləndirmə, məlumatlandırma işinin aparılması zəruridir. Eyni zamanda, ekspert R.Mirzəzadə genderlə bağlı Azərbaycanda inkişaf motivlərini açıqlayaraq, bu fonda məişət zorakılığının da növləri, tipologiyası və onu yaradan səbəblər və həmçinin aradan qaldırılma yolları haqda da geniş məlumat verib.

Tədbir interaktiv formada aparılıb, iştirakçıların da problemlə bağlı fikirlərinin bölüşdürülməsinə, düşüncələrinin öyrənilməsinə də yer verilib. Həmçinin bu məqsədlə seminar-treninq iştirakçılarına anket-sorğu blankları paylanıb.

Abşeron RİH-nin böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Hafiz Mikayılov çıxış edərək deyib ki, bu gün planetin ən mühüm problemlərindən biri olan məişət zorakılığının qarşısının alınması üçün güclü qanunvericilik və dövlət dəstəyi ilə yanaşı, cəmiyyət özü, xüsusilə vətəndaş cəmiyyəti zorakılıq hallarına adekvat reaksiya verməlidir. Yalnız birgə səylərlə əməli nəticələr əldə etmək mümkündür.

Toplantıda sosial məsələlər üzrə ekspert Hüseyin İbrahimovun da çıxışı maraq doğurub. Natiq iqtisadi və sosial inkişaf baxımından yenilənən respublikamızda insanların şüurlarınında da yenilənməsinin zəruru olduğunu qeyd edərək, bu zəmində vətəndaşların öz hüquqlarını bilməsinin vacibliyini vurğulayıb. Bu səpgidə ekspert xarici ölkələrin təcrübəsindən nümunələr gətirməklə, problemin məhz milli xüsusiyyətləri nəzərə alaraq həllinin daha məqsədə uyğun olduğunu vurğulayıb və bütün vətəndaşları bu sahədə öz diqqətlərini laqeydlikdən cəmiyyətin saflığına yönəltməyə çağırıb.

Yığınçaqda müzakirəyə qatılan ictimaiyyət fəallarının hər biri problemlə bağlı öz fikirlərini bildirməklə yanaşı, həm də təklif və tövsiyələr də veriblər. Həmçinin tam əksəriyyət bu kimi məsələlərin mütəmadi olaraq həm də tələbələr və orta məktəbin yuxarı sinif şagirdləri arasında müzakirə edilməsinə ehtiyac olduğunu göstəriblər.

Yekunda tədbir iştirakçıları GİHAB-ın layihə çərçivəsində həyata keçirdiyi seminar-treninqlərə görə həm Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, həm də yerli icra hakimiyyətinin rəhbərliyinə təşəkkürlərini bildirib və gələcəkdə mənimsədikləri bilgilərin öz fəaliyyətlərində tətbiq edəcəklərini qeyd ediblər.

Şamo Əliyev

Abşeronda “Gender Bərabərliyi” və “Məişət Zorakılığı” mövzusunda seminar keçirilib
Abşeronda “Gender Bərabərliyi” və “Məişət Zorakılığı” mövzusunda seminar keçirilib
Abşeronda “Gender Bərabərliyi” və “Məişət Zorakılığı” mövzusunda seminar keçirilib
Abşeronda “Gender Bərabərliyi” və “Məişət Zorakılığı” mövzusunda seminar keçirilib
Abşeronda “Gender Bərabərliyi” və “Məişət Zorakılığı” mövzusunda seminar keçirilib

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib