Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda sahibkarlara subsidiyanın verilməsini təşkil etmək üçün komissiya yaradılıb

Tarix:22-11-2016, 15:48

Abşeronda sahibkarlara subsidiyanın verilməsini təşkil etmək üçün komissiya yaradılıb

Aqrar sahənin inkişafı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının daim diqqət mərkəzindədir. Vaxtaşırı verilən fərman və sərəncamlar, qəbul edilmiş qanunlar bu sahənin davamlı inkişafına səbəb olmuşdur.
Heyvandarlıq aqrar sahənin iki aparıcı sahəsindən biridir. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu sahənin gələcək inkişafının əsas istiqaməti olan süni mayalanma işinin genişləndirilməsi qeyd edilmişdir. Həmin iclasda dövlət başçısı İlham Əliyev qeyd etmişdir: “Cins mal-qara alınıb. Ancaq indi əsas məsələ süni mayalanma sistemini tam qurmaqdır. Artıq bu istiqamətdə də işlər görülür”.
İribuynuzlu heyvanlar arasında süni mayalanma işinə maddi marağın artırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli 1364 nömrəli Sərəncamı ilə süni mayalandırma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə yüz manat məbləğində subsidiya müəyyənləşdirilmiş və Sərəncamın 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 24 dekabr tarixli 401 nömrəli Qərarı ilə “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası” təsdiq edilmişdir. Qaydanın 5.1-ci bəndində süni mayalanma yolu ilə buzov əldə etmiş heyvan sahiblərinin müəyyənləşdirilməsi və alınmış hər baş buzova görə subsidiyanın verilməsini təşkil etmək üçün rayon kənd təsərrüfatı idarəsinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon baytarlıq idarəsinin, Maliyyə Nazirliyinin rayon üzrə maliyyə idarəsinin və Dövlət Statistika Komitəsinin rayon şöbəsinin səlahiyyətli nümayəndələrindən ibarət rayon komissiyasının yaradılması nəzərdə tutulmuşdur.
Abşeron rayonunda sahibkarlara məxsus, süni yolla mayalanmış iri buynuzlu qaramaldan əldə edilmiş hər baş buzova görə subsidiyanın verilməsini təşkil etmək üçün rayon İcra Hakimiyyəti başçısının 223 nömrəli, 10 noyabr 2016-cı il tarixli sərəncamı ilə komissiya yaradılmışdır.

Quluyev İlham Vəliqulu oğlu - Başçının müavini, komissiyanın sədri;

Komissiyanın üzvləri:

1. Abdullayev Tahir Bəhram oğlu - Dövlət Baytarlıq Nəzarəti Xidmətinin
Abşeron rayon Baytarlıq İdarəsinin rəisi

2. Qurbanov Qara Namaz oğlu - RİH-nin sosial iqtisadi inkişafın təhlili
və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi

3. Abdiyev Fərman Xanlar oğlu - Abşeron rayonu üzrə Maliyyə
İdarəsinin Xəzinə Əməliyyatları sektorunun aparıcı məsləhətçisi

4. Allahverdiyev Abbasəli Hüseynqulu oğlu - Abşeron rayon Statistika İdarəsinin aparıcı məsləhətçisi.

Həmin sərəncamla həmçinin rayon komissiyasının işçi qrupu da yaradılmışdır.
Əliyeva Gülnarə Daşdəmir qızı - Abşeron rayon Baytarlıq İdarəsinin
Baytarlıq Diaqnostika kabinetinin müdiri, işçi qrupunun rəhbəri;

İşçi qrupunun üzvləri:
1. Bəndəliyev Taryel - Xırdalan sahə baytarlıq məntəqəsiniun müdiri;
2. Dünyamalıyev Nəriman - Fatmayı sahə baytarlıq məntəqəsiniun müdiri;
3. Qurbanov Ağazaid - Saray sahə baytarlıq məntəqəsiniun müdiri;
4. Abdulov Ramiz - Qobu sahə baytarlıq məntəqəsiniun müdiri;
5. İmanov Ələkbər - Aşağı Güzdək sahə baytarlıq məntəqəsiniun müdiri;

Sərəncamda daha sonra rayon İcra Hakimiyyəti başçısının bütün inzibati ərazi dairələri üzrə nümayəndələrinin işçi qrupuna daxil edildiyi göstərilmişdir.
2016-cı il noyabr ayının 17-də rayon İcra Hakimiyyətinin iclas zalında komissiyanın ilk iclası keçirilmişdir. İclasda komissiyanın və işçi qrupunun üzvləri, süni mayalama texnikləri və digər aidiyyatı mütəxəssislər iştirak etmişlər.
İclasda rayonda iri buynuzlu qaramalın süni yolla mayalanmasından əldə olunmuş diri buzovların uçota alınması və komissiyanın lazımı hesabatlarının verilməsi üçün konkret vəzifələr müəyyənləşdirilmişdir.

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir