Abşeron qəzetinin yeni sayı
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
26-11-2016, 09:32 Oxunub: 2042

Abşeron Rayon məhkəməsinin sədri Əşir Səmədov AbsheronXeber.Az informasiya portalına eksklüziv müsahibə verib.

Abşeron Rayon məhkəməsinin sədri Əşir Səmədov AbsheronXeber.Az  informasiya portalına eksklüziv müsahibə verib.



- Əşir müəllim, əvvəla Sizi və bütün ədliyyə işçilərini peşə bayramınız münasibətilə təbrik edirik. 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı məhz Xırdalanın şəhər statusu almasının onuncu ildönümünün qeyd olunduğu ərəfəyə düşür. Bu haqda sizin də fikirlərinizi bilmək maraqlı olardı...

- “ Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin qərarı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü bütün ədliyyə orqanlarında böyük ruh yüksəkliyi ilə qeyd olunur. Dövlətçilik tariximizdə özünəməxsus yeri olan Azərbaycan ədliyyəsi barədə belə bir əlamətdar gündə söhbət açmaq olduqca fərəhlidir.
Əlamətdar haldır ki, ədliyyə işçilərinin builki peşə bayramı məhz Xırdalanın şəhər statusu almasının onuncu ildönümünün qeyd olunduğu dövrə düşür.
Bir neçə ildir ki rayonumuzda ədliyyə işçiləri ümummilli liderimiz tərəfindən bəxş edilmiş peşə bayramını böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Bu bayram ədliyyə sistemində yeni ənənələrin əsasını qoymuşdur. Hər il peşə bayramında ədliyyə işçiləri müstəqil Azərbaycan dövlətinin banisi və müasir hüquq sisteminin müəllifi olan ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edir, onun əziz xatirəsini yad edərək bu bayramı bizlərə bəxş etmiş ümummilli liderimiz Heydər Əliyevə öz əbədi ehtiramlarını bildirir, Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyatının və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotolara baxırlar. Peşə bayramında bütün Ədliyyə sistemində əsl bayram əhval-ruhiyyəsi yaşadı, işçilərdə böyük mənəvi stimul, rayon sakinlərində isə Abşeron ədliyyəsinə, onun fəaliyyətinə rəğbət yaranır.
Abşeronda həyata keçirilən siyasətin təqdirəlayiq istiqamətlərindən biri də bütün sahələrdə olduğu kimi, bu istiqamətdə çalışanların rayon rəhbərliyi tərəfindən yüksək qayğı ilə əhatə olunmasıdır. Abşeron rayonunda məhkəmə-hüquq sahəsində çalışan əməkdaşların maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi ilə yanaşı, stimullaşdırıcı addımlar da atılır. Buna misal olaraq deyə bilərəm ki, Abşeron məhkəməsində çalışan 4 nəfər əməkdaşımız rayon icra hakimiyyəti tərəfindən evlə, digər əməkdaşlarımızın hər biri isə torpaq sahəsi ilə təmin ediliblər. Bütün bunlarla bərabər hər il peşə bayramlarında rayonun ədliyyə işçiləri və hakimləri fəxri Fərman, qiymətli hədiyyələr və pul mükafatları ilə təltif olunmuşlar.Rayon rəhbərliyi tərəfindən rayon məhkəməsinin fəaliyyətinin yüksək qiymətləndirilməsi hər birimizin böyük sevincinə səbəb olmaqla, həm də üzərimizə əlavə məsuliyyət qoyur.
Həmçinin, bu günlərdə hakimliyə namizədlərlə aparılmış çoxmərhələli şəffaf seçim prosedurları nəticəsində Abşeron rayonundan namzədliyini vermiş 4 namizədin hamısı müvəffəqiyyət qazanmış, müsabiqənin 2 mərhələsini uğurla başa vuraraq növbəti mərhələyə vəsiqə qazana bilmişlər.
Fürsətdən istifadə edərək, peşə bayramı münasibətilə bütün ədliyyə işçilərini ürəkdən təbrik edir, onlara qanunun aliliyinin və insan hüquqlarının təmin olunması kimi gərəkli fəaliyyətlərində nailiyyətlər arzulayıram.

- Ötən bu on ildə Xırdalan şəhərinin sosial-iqtisadi inkişafını necə qiymətləndirərdiniz və sizcə bu sahədə hansı uğurları xüsusi qeyd etmək olar?

-“ 10 yaşı tamam olacaq Xırdalan bu günlərdə bayram əhval-ruhiyyəsindədir. Uşaqdan böyüyə kimi hamı sevinir, hamı fəxr hissi keçirir.
Son illər Abşeron rayonunda həyata keçirilən abadlıq işləri Xırdalan şəhərində də özünü göstərir. 2006- cı ildən şəhər statusu alan Xırdalan günü-gündən gözəlləşir, abadlaşır.
Biz hamımız gözəl bilirik ki, Azərbaycan sürətlə inkişaf edir. Bu inkişafın ən gözəl nümunələrindən biri də Xırdalan şəhəridir. Zakir Fərəcovun Abşeron rayonuna rəhbər kimi təyin olunanda onda Xırdalan qəsəbə idi və mən deyərdim ki, yaddan çıxmış, unudulmuş qəsəbə idi. Hal-hazırda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Zakir Fərəcovun Abşeron rayonuna başçı kimi təyinatı bugünkü Xırdalanın tərəqqisinin əsasını qoydu.2006-cı ildə isə cənab Prezidentin qəsəbəmizə səfərindən sonra Xırdalana şəhər statusu verildi. Bu gün Xırdalan şəhəri göz qabağındadır, inkişaf edir, çiçəklənir, gözəlləşir. Hazırda nəinki Xırdalan şəhəri, Abşeronun elə bir kəndi, elə bir qəsəbəsi yoxdur ki, orada abadlıq-quruculuq işləri görülməsin. Rayonumuzda yeni-yeni məktəblərin, uşaq bağçalarının, səhiyyə ocaqlarının, sosial və mədəni obyektlərin tikilib xalqın istifadəsinə verilməsi bir ənənə halı alıb. Hər kəs bu şəhərin günbəgün artan gözəlliyinə heyran qalır. Xırdalan illər öncəki Xırdalan deyil. Hara baxırsan, tanınmaz dərəcədə yenilik görürsən. Köhnə məhəllələrin yerində ucalan göydələnlər, parklar, istirahət məkanları, yeni yollar, təhsil ocaqları, bir sözlə Xırdalanımızda hər nə varsa, bizə qürur hissi yaşadır.
Xırdalan hər gün gözümüzün önündəcə dəyişir, yeniləşir, böyüyür və hər il on minlərlə insana "qucaq açır". Bu gün rayonun simasını dəyişən çoxmərtəbəli, bir-birindən gözəl yaşayış və inzibati binalar, təbii ki, Xırdalanın tərəqqisini şərtləndirən mühüm cəhətlərdir.

Hazırda rayona rəhbərlik edən icra başçısı İradə Gülməmmədovanın cənab Prezident İlham Əliyevin əmr və tapşırıqlarını operativ və dəqiqliklə yerinə yetirməsi sayəsində rayon gündən günə gözəlləşir və abadlaşır. Qeyd edək ki, İradə Gülməmmədovanın icra başçısı təyin edilməsindən 1 ildən çox vaxt keçib. Hələ Abşeron rayonunda müavin işləyərkən İ.Gülməmmədova bir sıra uğurlara imza atmış, rayonu abadlaşdırmış və bir xeyli işlər görmüşdü. Cənab Prezident İlham Əliyev də bütün bunları nəzərə alaraq İ.Gülməmmədovanı Abşeron rayon icra başçısı təyin etmiş və böyük etimad göstərmişdi. Hazırda İradə Gülməmmədovanın gərgin əməyi və zəhməti sayəsində Abşeron sürətlə inkişaf edir, abadlaşır və yenidən qurulur.

Baş verən bu yeniliklərin səbəbkarı isə rayon icra başçısı İradə Gülməmmədovadır. Çünki İradə Gülməmmədova bundan öncədə Abşeron rayon icra hakimiyyətində müavin kimi çalışdığı 10 il müdətində rayonda aparılan quruculuq abadlıq işlərinin demək olar ki yaxından iştirak etmişdir . Görünən odur ki, İradə Gülməmmədova cənab Prezident İlham Əliyevin etimadını lazımi səviyyədə doğruldaraq, doğma rayonun inkşaf etdirməkdən yorulmur.
Bu 10 ildə Abşeronun kəndləri, qəsəbələri o qədər dəyişib ki, artıq rayona gələn qonaqlar bunu açıq aşkar etiraf edirlər. ”

- Əşir müəllim, Sizi bir daha təbrik edirik və bizə vaxt ayırdığınıza, dəyərli müsahibəyə görə təşəkkür edirik.

- Çox sağ olun. Fürsətdən istifadə edib, rayonun, həmçinin Xırdalan şəhər sakinlərini “ Şəhər Günü ” münasibətilə təbrik edirəm, onlara əmin-amanlıq,firavan həyat və gözəl günlərin şahidi olmağı arzulayıram.

Şamo Əliyev
XƏBƏR LENTİ
23-08-2019, 13:46 | İradə Gülməmmədova Xırdalan şəhər sakinləri ilə görüşdü22-08-2019, 15:08 | Abşeronda əlillər, şəhid ailələri və veteranlara dövlət qayğısı davamlı olaraq artır22-08-2019, 14:52 | “Alovlu Abşeron” festivalı möhtəşəm konsert proqramı ilə yadda qalıb - FOTOLAR21-08-2019, 13:13 | "İstedadlı əlillər" ictimai birliyinin yekun hesabat konfransı20-08-2019, 16:07 | İradə Gülməmmədova Xırdalan sakinləri ilə görüşdü - FOTO19-08-2019, 14:51 | Saçı tökülənlərin nəzərinə: sizdə bu xəstəlik ola bilər - HƏKİM RƏYİ19-08-2019, 14:46 | Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək - Qaydalar təsdiqləndi19-08-2019, 12:29 | Son 6 ay ərzində Abşeronda 1362 qaz sayğacı quraşdırılıb19-08-2019, 12:27 | Xırdalana 147.5 km uzunluğunda içməli su, 77 km uzunluğunda isə yeni kanalizasiya xətti çəkilib19-08-2019, 11:27 | Üzüm qabığının bu faydasını bilirdinizmi?19-08-2019, 11:27 | Qarpız qabığının FAYDALARI. Müalicəvi reseptlər19-08-2019, 11:26 | Günvurmadan qorunmaq üçün HƏKİM TÖVSİYƏLƏRİ19-08-2019, 11:24 | Çay, qəhvə, şokolad hansı xəstəliklərdən qoruyur?19-08-2019, 11:23 | "Bu sənəd Prezidentin pensiyaçılara qayğısının əyani göstəricisidir”19-08-2019, 10:10 | QDTİB: Azərbaycanla bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı, süd emalı sahələrində işləməyi planlaşdırırıq19-08-2019, 10:08 | Azərbaycan Milli Mətbəxi Finlandiya ictimaiyyətinin marağına səbəb olub19-08-2019, 09:50 | Şəhidin bacısının toyu Dövlət Himni ilə başladı - FOTOLAR16-08-2019, 16:19 | İradə Gülməmmədova Fatmayı kənd sakinlərilə görüşdü16-08-2019, 12:35 | Latviyanın Azərbaycana təyin olunan yeni səfirinin adını açıqlanıb16-08-2019, 12:34 | “Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub16-08-2019, 12:32 | “Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub16-08-2019, 11:03 | Uşaqlara yanıqlar zamanı DÜZGÜN yardım