Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Novxanı kəndində yeni inşa edilmiş 28 saylı uşaq bağçası-körpələr evinin açılışı olub

Tarix:23-12-2016, 14:59

Novxanı kəndində yeni inşa edilmiş 28 saylı uşaq bağçası-körpələr evinin açılışı olub

Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova , rayon hüquq mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin kollektivi və rayon ictimayətinin nümayəndələri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin doğum günü ərəfəsində Novxanı kəndində yeni inşa edilən 28 saylı körpələr evi-uşaq bağçasının açılış mərasimində iştirak ediblər.

Bu gün uşaqların keyfiyyətli təhsil və qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir deyən Abşeron RİH-nin başçısı İradə Gülməmmədova rayon ərazisində görülən işlərdən danışıb. İ.Gülməmmədova bildirib ki,qarşıdan gələn Yeni il və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm, xalqımıza səadət, xoşbəxtlik və uğurlar diləyirəm. Bütün azərbaycanlılara növbəti illərdə də dövlətimizin və onun prezidenti İlham Əliyevin ətrafında daha sıx birliyə və həmrəyliyə nail olmağı, müstəqil dövlətimizin mənafelərinin qorunması və beynəlxalq nüfuzunun artırılması işində yorulmaz fəaliyyət göstərməyi arzu edirəm.
İcra başçısı qeyd edib ki, son illər ərzində respublikamızda 100-lərlə uşaq baxçası və körpələr evlərinin tikilməsi, bir çoxunun isə yenidən bərpası ölkədə uşaqlara göstərilən diqqət və qayğının mühüm tərkib hissəsi olmaqla yanaşı həm də Azərbaycanın gələcəyinin daha etibarlı təminatına geniş imkanlar açmışdır. İ.Gülməmmədova Azərbaycanın 1-ci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təhsil sahəsində gördüyü mühüm işlərdən danışıb.

Daha sonra rayon rəhbəri İradə Gülməmmədova körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki,ikimərtəbəli körpələr evi-uşaq bağçası 6 quruplu, 115 yerlikdir. Burada balacaların təlim-tərbiyəsi ilə peşəkar pedaqoji heyət məşğul olacaq. Təhlükəsizlik məqsədilə müşahidə kameraları qurulub. Bu kameralar həm həyəti, həm də bağçanın bütün otaqlarını nəzarətdə saxlamağa imkan verir. Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün əlvan rəngli inventarla təchiz edilib.

Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, rəsm, idman və musiqi zalları, yeməkxana yaradılıb. Məktəbəqədər təhsil ocağının bütün dəhliz və otaqlarının divarlarında uşaqların böyük marağına səbəb olan nağıl qəhrəmanlarının obrazları həkk edilib. Uşaqların maraqları nəzərə alınaraq bağçanın həyətində xüsusi istirahət guşələri də yaradılıb.

Bağça ilə tanışlıq zamanı rayon rəhbəri uşaqları “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il bayramı” münasibətilə təbrik edib, onlara can sağlığı, xoşbətlik və heç zaman onların simalarından uşaq təbəssümünün, xoşbəxtliyinin əksik olmamasını arzulayıb.

Daha sonra uşaqların ifasında vətənə ,dövlətçiliyə,anaya və Yeni İlə həsr olunmuş şerlər, mahnılar, eləcə də nümayiş etdirilən mili və xarici rəqs nömrələri alqışlarla qarşılanıb. Balacaların nümayiş etdirdiyi yeni il səhnəcikləri maraqla izlənilib.

Tədbirdə şaxta babanın və qar qızın şənliyə gəlməsi, uşaqların bayramını təbrik edərək balaca fidanlarla rəqs etməsi onların daha da sevincinə səbəb olub.

Şamo Əliyev

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib

Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib

Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu

XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır

Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə

Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır

Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi

Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib

Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı

Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək

FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib

Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir