Absheron Media
Haqqımızda Bizimlə əlaqə

“Yeni iş yerlərinin açılması daimi proses olmalıdır”

Tarix:25-12-2016, 00:07

“Yeni iş yerlərinin açılması daimi proses olmalıdır”

Açılan yeni iş yerləri əhalinin sosial təminatını gücləndirməklə yanaşı, ölkənin iqtisadi inkişafını sürətləndirir

Hələ bir neçə il əvvəl Prezident İlham Əliyev demişdir: “Biz ölkə iqtisadiyyatının uzunmüddətli və dayanıqlı inkişafını güclü sosial siyasət aparmadan təmin edə bilməzdik. Bu məqsədlə Azərbaycanda çox güclü sosial siyasət aparılır. Bu siyasət özünü müxtəlif istiqamətlərdə büruzə verir”. Belə istiqamətlərdən əsası sözsüz ki, yeni iş yerlərinin açılmasıdır.
Ümumiyyətlə, iqtisadi inkişafında sosialyönümlü prinsipi əsas götürən dövlətin qarşısında duran mühüm vəzifələrdən biri bu yöndə dəqiq düşünülmüş, qabaqcıl dünya təcrübəsinə əsaslanan, eyni zamanda ölkə və cəmiyyətdəki mövcud reallıqları nəzərə alan siyasətin həyata keçirilməsidir. Bazar iqtisadiyyatı şəraitində səmərəli sosial siyasətin həyata keçirilməsi isə sosial ədalət və əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sisteminin yaradılması kimi mühüm prinsipləri özündə cəmləşdirməlidir. Onu da qeyd edək ki, sosial siyasət eyni zamanda çoxcəhətli proses olaraq kifayət qədər mürəkkəb struktura malikdir. Çünki burada həm konkret fərdə, həm də bütöv bir cəmiyyətə yanaşmada sosial təzadların yaranmasının qarşısının alınması, gözlənilən ziddiyyətlərin problemsiz həlli və ədalətin qorunması vacib şərtlər sayılır.
Prezident İlham Əliyev digər sahələrlə yanaşı, sosial sferada da həyata keçirilən siyasətdə bu prinsipi əsas götürür. Təsadüfi deyil ki, cənab İlham Əliyevin dövlət başçısı kimi imzaladığı ilk sənədlər məhz ölkənin iqtisadi inkişafı və əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olmuşdur. Artıq 12 ilə yaxındır davam edən bu siyasət sayəsində bu gün ölkədə işsizlik, yoxsulluq kimi problemlər, demək olar ki, həll edilib, əhalinin maaş, pensiya və müavinətləri dəfələrlə artıb. Yeri gəlmişkən onu da bildirək ki, Prezident İlham Əliyevin sosial siyasətində nəticəyə deyil, problemləri yaradan səbəblərə qarşı mübarizəyə daha çox diqqət yetirilir və həmin səbəbləri aradan qaldırmaq üçün konkret tədbirlər görülür, sənədlər imzalanır. İqtisadiyyatın sahəvi və coğrafi şaxələndirilməsi, onların konkret dövlət proqramlarının icrası ilə təminatı da Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin vacib məqamlarındandır.
Dövlət başçısının sosial sahədə həyata keçirdiyi siyasətin mühüm rıçaqlarından biri də yeni iş yerlərinin açılmasıdır. Cənab İlham Əliyev hələ 2003-cü ildə prezidentliyə namizəd kimi çıxışlarında bəyan etmişdir ki, gələcəkdə sosial-iqtisadi fəaliyyətinin əsas hədəfi ölkədə işsizliyin kökünü birdəfəlik kəsmək olacaq. Qarşıdakı 5 ildə 600 min yeni iş yeri açmağa söz verən cənab İlham Əliyev bu məqsədinə vaxtından tez çatdı. Artıq 2003-2009-cu illərdə ölkədə 840 mindən çox yeni iş yeri açıldı və yoxsulluğun səviyyəsi 11 faizə düşdü. 2010-cu ilin yekunlarına görə isə yoxsulluğun səviyyəsi 9 faizə endi ki, bu da inkişaf etmiş ölkələrlə eyni göstərici demək idi. Bu gün isə Azərbaycanda yoxsulluğun səviyyəsi 5 faizdən də azdır və işləmək istəyənlər üçün işsizlik problemi demək olar yoxdur.
Üçüncü regional inkişaf Dövlət Proqramının icrasının birinci ildönümünə həsr olunmuş tədbirdəki çıxışında yeni iş yerlərinin açılmasına toxunan Prezident İlham Əliyev vurğulamışdır ki, bu proses dayanmamalıdır: “Çünki əhalinin sayının artması tələb edir ki, iş yerlərinin açılması daimi proses olsun”. Bu gün Azərbaycanda, həqiqətən də, yeni iş yerinin yaradılması dinamik xarakter alıb. Dövlət Statistika Komitəsinin cari ilin yanvar-iyul ayları üzrə açıqladığı hesabatda da bunu aydın görmək mümkündür. Hesabata əsasən, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramını əhatə edən 2014-cü ildən 2015-ci il iyul ayının 1-dək Azərbaycanda 153 mindən çoxu daimi olmaqla 188 minə yaxın iş yeri açılıb. Cari ilin 6 ayı ərzində isə ölkədə 60,6 min yeni, o cümlədən 48 min daimi iş yerləri yaradılıb. Bu dövr ərzində açılmış iş yerlərinin 75,1 faizi qeyri-dövlət sektorunun, 68,8 faizi regionların payına düşür. Sözügedən müddətdə iş yerlərinin 19,8 faizi Aran, 14,3 faizi Gəncə-Qazax, 7,7 faizi Abşeron, 6,5 faizi Lənkəran, 5,1 faizi Şəki-Zaqatala, 4,4 faizi Dağlıq Şirvan, 4,3 faizi Quba-Xaçmaz, 3 faizi Naxçıvan, 3 faizi Yuxarı Qarabağ, 0,7 faizi Kəlbəcər-Laçın iqtisadi rayonlarında açılıb.
Hesabatda o da göstərilir ki, daimi iş yerlərinin 13,7 faizi yeni fəaliyyətə başlayan, 0,7 faizi fəaliyyətlərini bərpa etmiş müəssisə və təşkilatlarda, 74,3 faizi isə fiziki şəxslər tərəfindən yaradılıb. Daimi iş yerlərinin 5,6 faizi tikinti, 2,8 faizi emal sənayesi, 3,7 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 0,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,8 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 0,8 faizi təhsil, 0,3 faizi informasiya və rabitə, 0,5 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi, 1,3 faizi peşə, elmi və texniki fəaliyyət, 0,8 faizi maliyyə və sığorta, 1 faizi aqrar sektor, meşə təsərrüfatı, balıqçılıq, eləcə də digər fəaliyyət sahələri üzrə ixtisaslaşan müəssisə və təşkilatlarda açılıb.
Bu sayda iş yerlərinin açılması, təbii ki, ölkədə işsizlik probleminin həllində mühüm rol oynayır. Təsadüfi deyil ki, cari il avqustun 1-nə olan ilkin məlumata görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,8 milyon nəfərdən çoxdur və onların 4,6 milyondan çoxu əmək fəaliyyəti ilə məşğuldur. 6 ayın nəticələrinə görə, Azərbaycanda muzdla işləyənlərin sayı 1,5 milyon, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 874,4 min, qeyri-dövlət sektorunda 631,5 min nəfərdir. Bu gün ölkənin neft sektorunda 35,2 min, qeyri-neft bölməsində isə 1,4 milyon nəfərdən çox adam çalışır. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1,4 milyon nəfərdən çoxdur. Muzdla işləyənlərdən söz düşmüşkən, onu da qeyd edək ki, onların 22,1 faizi məhsul istehsalı, 6,8 faizi tikinti, 6,6 faizi emal, 3 faizi aqrar sektor, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi mədənçıxarma, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, bir o qədəri də su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində çalışırlar. Rəsmi statistikaya görə, hazırda ölkə üzrə işsiz statusu almış vətəndaşların sayı 29 min nəfərdir. Onlara hər ay 244,2 manat müavinət verilir.
Söz ki ödənişdən düşdü, bir neçə rəqəm də işləyən əhalinin gəlirləri barədə: Dövlət Statistika Komitəsinin cari ilin 7 ayını əks etdirən hesabatına əsasən, əhalinin hər nəfərinə düşən gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 2484 manatdan çox olub ki, bu da ayda orta hesabla təxminən 355 manat deməkdir. Yanvar-iyun aylarında iqtisadi sahələrdə muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı keçən ilin eyni dövrünə nisbətən 4 faiz çoxalaraq 457,2 manat olub. Son məlumata görə, neft sektorunda orta aylıq maaş 2073, qeyri-neft sektorunda 417,6, dövlət bölməsində 354, özəl sektorda 601,5 manatdır. Göründüyü kimi, bir-biri ilə sıx bağlı olan iki sahənin - ölkənin iqtisadi inkişafının təminatı və əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər nəticəsiz qalmır. İnanırıq ki, 2017 ci ildə respublikamızda yeni yeni iş yerləri açılaraq işsizlik minumum dərəcədə azalacaq. Vətəndaşlarımızın işlə bağlı problemləri tam həllin tapacaq.

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib