Piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də nəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etmək üçün Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-liyində yeni yerüstü piyada keçidi istifadəyə verilib.
Açılış mərasiminə Abşeron rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məhəmməd Həsənov də qatılıb. M. Həsənov yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində görülən bu işlərin sakinlərin rahatlığına xidmət etməklə yanaşı, həm də Xırdalan şəhərinin memarlıq quruluşuna xüsusi görkəm bəxş etdiyini bildirib, piyada keçidinin inşasında əməyi olanlara təşəkkür edib, gələcəkdə də rayonun müəyyən hissələrində piyada keçidlərinin inşa edilməsinin zəruri olduğunu vurğulayıb.
Məlumat üçün bildirək ki,yerüstü piyada keçidi 1 və 2 aşırımlı (orta dayaqlı) olmaqla yüngül konstruksiyalıdır. Keçid üstü açıq və pilləkən hissədən ibarətdir.
Şamo Əliyev