Abşeron rayon İcra Hakimiyyəti tərəfindən gecə saatlarından etibarən yolların qardan təmizlənməsi istiqamətində işlər başladılıb,həyata keçirilən tədbirlər nəticəsində mövcud çətinliklər aradan qaldırılıb.
Abşeron Rayon İxtisaslaşdırılmış Təmir Abadlıq İdarəsinin işçiləri tərəfindən səhər saatlarından qarın əriməsi üçün duz, torpaq səpilib, qartəmizləyici maşınların köməyi ilə bütün əhalinin sıx olduğu ictimai yerlər və yollar qardan təmizlənib. İnsanların rahat gediş-gəlişi və nəqliyyatın normal hərəkəti təmin edilib.
Hazırda rayon ərazisində nəqliyyatın hərəkətində, eləcə də əhalinin işıq və qaz təminatında heç bir məhdudiyyət yoxdur.
Şamo Əliyev