Absheron Media
Haqqımızda Bizimlə əlaqə

“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli “Od çərşənbəsi” şənliyi keçirildi

Tarix:1-03-2017, 11:56
Baxış Sayı:1 461

“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi

Azərbaycan xalqının mədəni irsinin, folklorunun, adət-ənənələrinin qorunması və təbliğində Novruz bayramının böyük əhəmiyyətini nəzərə alaraq, Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hər il olduğu kimi bu ildə , “Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli “Od çərşənbəsi” şənliyi keçirildi.
“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi

"Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu Məhəmmədi kəndinin qərb hissəsində olub, Bakı şəhər mərkəzindən 27 km, kənd mərkəzindən isə təqribən 2 km məsafədə, Məhəmmədi-Digah şose yolunun sol istiqamətində yerləşir. Ərazidəki yanmalar, yerin dərinliklərindəki mövcud neftli-qazlı çöküntü laylarında süxur yuyulmaları, tektonik qırılmalar, habelə palçıq vulkanlarının püskürməsi - bir sözlə vulkanik-tektonik proseslərin getməsi nəticəsində, yaranan çatlar vasitəsilə səthə çıxan təbii qaz axınlarının alışıb yanması nəticəsində əmələ gəlmişdir. Bəzən Yanardağda alovun hündürlüyü 10-15 metrə çatır. Buradakı yanma prosesinin tarixin hələ qədim dövrlərindən getməsi ilə bağlı məlumatlar həm ərazidə aparılan geoloji tədqiqatlar, həm də verilən tarixi mənbələr vasitəsi ilə öz təsdiqini tapmışdır ki, bu da yanmaların tarixinin hələ eradan əvvəlki dövrlərdən başlandığı görülməkdədir. Yanardağın əks istiqamətində yanan üç təpə olub. İndi isə həmin təpələr sönüb. Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da Yanardağın mövcudluğuna istinadən qəbul edilib. Qeyd etmək lazımdır ki, erkən orta əsrlər dövrünü işıqlandıran bir çox mənbələrdə Bakı şəhərinin Xəzər dənizi sahillərində gecə gündüz yanan torpaqların, hətta yanan suyun olması ilı bağlı maraqlı məlumatlar verilmiş, ərazi Atəş-i Baquan adlandırılmışdır. Ərazidə “əbədi odların” olması və onların gecə-gündüz yanması ilə bağlı məlumat verən, belə ilk mənbələrdən biri və demək olar ki, birincisi bizanslı Paniyli Priskdir. Prisk V əsrin əvvəllərində Qafqaz Albaniyası Bakısını təsvir edərkən «sualtı qayadan qalxan od»dan söz açmışdır. Bundan başqa buradakı yanan torpaqlarla bağlı Əl-Məsudinin “Muruc əz-zəhəb və məavhin-əl cavhar”, Əl-Farisi Əl-İstəxrinin “Kitab əl-masalik vəl-mamalik” (“Yollar və məmləkətlər haqqında kitab”), Əl-Müqəddəsinin “Əhsən ət-təqasim fi mərifət əl-əqalim” (“İqlimlərim öyrənilməsi üçün ən yaxşı bölgü”) və sair müəlliflərin əsərlərində təsаdüf оlunmaqdadır.
Azərbaycan Respublikası Prezidentinin 2 may 2007-ci il tarixli sərəncamı ilə “Yanar dağın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilmişdir. Qoruğun ərazisi ərazisi isə 64,55 hektar təşkil edir. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbirstanlıq ve qədim məscid, Qotur su bulağı, Əli daşı, Kardaşı, Qırməki vadisi və Yanardağ aiddir.
“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi

Fevralın 28 - Od çərşənbəsi münasibətilə “Yanar dağ”da gerçəkləşən “Od çərşənbəniz mübarək” adlı tədbir də rəngli görüntülərlə yadda qaldı. Tədbirdə də Abşeron rayon İcra Hakimiyyətinin, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin, Xırdalan Mədəniyyət Mərkəzinin, Təhsil şöbəsinin , rayon ictimayyətinin, KİV- nümayəndələrinin, Xarici dövlətin vətəndaşları iştirak edirdilər.
“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi

Od ünsürünü, adətən, təbiətin, eləcə də, insanın yaradılış prosesinin ikinci mərhələsi kimi götürürlər. Məhz buna görə də ikinci çərşənbə od ilə bağlanır.
Bu çərşənbə “Üskü/Üsgüçərşənbə”, “Üskü gecəsi”, “Adlı çərşənbə”, “Ocaq çərşənbəsi”, “Atəş çərşənbə”, “Xıs çərşənbə”, “Xızır çərşənbə”adları ilə də tanınır. Od işıq, güc, qüvvət, nurlu sabahdır. Od insana sağlamlıq, paklıq və gözəllik gətirir. Od Günəş və ucalıq rəmzidir. Qədim zamanlardan bəri od Türkün ağlında, düşüncəsində müqəddəsliyin, Günəşin rəmzi olmuşdur. Azərbaycanda tunc dövrü dini əqidələrindən biri də Günəşə pərəstiş idi. Bu dövrün dulusçuluq məmulatlarında Günəşin müxtəlif rəmzi təsvirlərinə də rast gəlmək mümkündür. Hətta o dövrdəki qəbirlərdə Günəşin rəmzi təsvirlərinə-oxra boyalarına, oxra ilə boyanmış qırmızı daşlara, çıraqlara, ocaq qalıqlarına rast gəlinir. Əcdadlarımız Günəşi anladan müxtəlif vasitələrdən istifadə edərək qəbri işıqlandırdıqlarına inanmışlar. “Qəbrin nurla dolsun” ifadəsini də bu ayinlə bağlamaq olar.
“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi

Əski türk dünyagörüşünə görə, odu insanlar ilk olaraq ağac koğuşunun dibindən əldə etmişlər. Bəlkə də bundan qaynaqlanaraq insanlar müqəddəs hesab etdikləri ağacları da “ocaq” adlandırmışlar. Ocağa and ən güclü və etibarlı mövqe hesab olunmuşdur. Əcdadlarımızın ən qədim andı Günəşlə, od-ocaqla bağlı olmuşdur: “Günəş haqqı, odhaqqı”- demişlər. “Odu su ilə söndürmək olmaz”, “Od çərşənbəsində ocağı boş qoymazlar” kimi ifadələr də əcdadlarımızın inanclarından doğmuşdur. “Oddan pay olmaz” - demiş babalarımız. Od çərşənbəsində ocaq kürədən qonşuya nəinki borc od-alov, heç kül belə verməzlərmiş. Onlar inanmışlar ki, həmin axşam kim bunu etsə, il boyu bəxti gətirməz, əzaba düçar olar.
Digər inanca görə isə, çərşənbə axşamı təndirlərdəki, soba və manqallardakı külləri yığıb ev-eşikdən uzaq bir yerə: divar dibinə, yolayrıcına, küçəyə tökərlərmiş. Bədxah qüvvələrin, cinlərin ocağın, tonqalın külünə yığışdığına inanan əcdadlarımız bu yolla şər qüvvələrdən azad olduqlarını hesab etmişlər. Kül tökən adamın evə qayıdarkən qapını döyməsi, evdəki adamın “haradan gəlirsən” sualına “toydan-bayramdan gəlirəm”, “nə gətirmisən” sualına isə “şadlıq, salamatlıq” cavabını verməsi bu ayinin ən maraqlı cəhətidir.
“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi

Su çərşənbəsində olduğu kimi gün doğmadan evdən çıxıb qayıdana kimi “lal olmaq” adəti də bu çərşənbənin ayinlərindəndir. Rituala görə ev sahibi xoruz banı eşitmədən bir kimsəylə danışmadan evdən çıxar, bağçadakı fındıq və ya heyva ağacından bir çubuq kəsib arxaya baxmadan evə qayıdarmış. İnanarmışlar ki, o çubuqdan hazırlanan gözmuncuğu ailəni, mal-qaranı bəd-nəzərdən, bədxah ruhlardan qoruma gücündə olur.
Atəş tanrısı odu və ocağı qoruyur. Od, insanı yaşadığı yerə-yurda, el-obaya bağlamışdır. Babalarımız insanın məskən saldığı yerə ocaq demişlər. Ocaq evin, soyun davamını təmsil edir. Atəşə su tökülməz, ona pis söz deyilməz. İnanclara görə, insan odu, ocağı, Günəşi əzizləsə, çətinlikləri azalar, təbiət tez isinər, sular qızar, buzlar əriyər.
“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi

Od türk xalqlarında müqəddəsliyi qoruyan varlıqlardan biridir. Od çərşənbəsinin mahiyyətində odun qədimdən müqəddəs sayılması, odun insanı hər cür pisliklərdən təmizləyəcəyinə, şərdən qoruyacağına, xeyirin qələbə çalacağına inam ifadə olunur. Ulularımız od, ocaq qarşısında səcdəyə durmuş, ətrafında oyun və ayinlər icra etmişlər. Qobustan qayaüstü rəsmlərindəki ocaq ətrafında “yallı” gedən insan təsvirləri bunun bariz nümunəsidir. Od çərşənbəsində bir çox mərasimlər keçirilir.
“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi

Odla bağlı ritual və mərasimlər sakral mahiyyət daşıyır. Hələ qədim dövrlərdən insanlar ocağı qoruyub, oda hörmət etmişlər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olmuşdur. Azərbaycanın bir sıra bölgələrində gəlin oğlan evindəki ocağın başına üç dəfə fırlanıb, ona bir fincan yağ atır, bununla da ocağa rəmzi olaraq qurban verir. Ocağa qurban vermə ayini Od çərşənbəsində də icra olunur.
Bir çox bölgələrimizdə ata evindən çıxan gəlinin ardınca xoşbəxtlik rəmzi hesab olunan çıraq aparılması, yaxud gəlinin toy günü çıraq ətrafında üç dəfə fırlanması adəti ocaqla bağlı rituallardandır.
“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi

Bu çərşənbədə də kifayət qədər ocaqla, odla bağlı ayinlər icra olunur. Tonqal qalama mərasimi o biri çərşənbələrə nisbətən canlı keçir. Tonqal hündür bir yerdə yandırılır ki, hər tərəfdən görünə bilsin. İnsanlar isə öz qapılarında, evlərinin qarşısında və məhəllələrində tonqal qalamaq üçün əllərinə taxtadan məşəllər alaraq həmin böyük tonqalın yanına gedərək oradan alov götürürlər. Tonqalın ətrafında nəğmələr, dualar oxunur, şeirlər deyilir.
Pərdə aldım, tül oldu,
Taxılım sünbül oldu.
İkinci çərşənbənin,
Eldə adı kül oldu.
“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi

Bu çərşənbədə keçirilən qədim mərasimlərdən olan “pülənbəri” və ya “yanar körpü” zamanı qaranlıq düşəndə insanlar evlərin damına çıxaraq kənd ağsaqqalının həyətindəki, yaxud meydandakı tonqalın yanmasını gözlər, ilk qığılcımdan hər kəs öz qaladığı tonqallara od vurar, “Çalış, alış tonqalım, yeddi qarış tonqalım, qoy alovun gur olsun, üzümüzə nur dolsun” və bu kimi nəğmələr oxuyarlarmış. Uca bir təpə başında quru ağac və kötüklərdən aşırımlı körpü düzəldilərək od vurulmuş “yanar körpü” altından bütün kənd əhli, mal-qarası, toyuq-cücəsi keçirilərmiş. “Aynaçəkmə-aynaçağırma” mərasimində uşaqlar tonqaldan qızarmış kösövü qaldırıb “hurrey” çağırarlarmış. Tonqal yanıb sona çatanda onun ətrafına qızdırılmış dəmir şişlə üç dəfə cızıq çəkərlərmiş. Bu ayin ev-eşikdən bərəkətin dağılmaması üçün edilərmiş.
“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi

Çərşənbə tonqalı yaş, acı tüstülü ağacdan qalanmaz. Əcdadlarımız inanmışlar ki, yaş və acı tüstülü ağacdan tonqal qalayan adama sədəm toxunar. Tonqal quru odun, kol-kos və ya çırpıdan hazırlanmalı, tikan və təmiz ağac budaqlarından çatılmalıydı. İnanırmışlar ki, şər qüvvələr qaratikanın batmasından qorxub tonqala yaxın gəlmir. Bəzi bölgələrdə tonqala üzərlik də atarlarmış. Bununla da bədnəzərdən qorunacaqlarına inanarlarmış. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən atlanmaqla daxildəki bütün çirkabı və azar-bezarı “öldürürlər”. Böyükdən kiçiyədək hamı yeddi dəfə tonqalın üzərindən atlanır və deyir: “Ağırlığım, uğurluğum odda yansın”. Tonqalın yandırılması həmin ilin isti və bərəkətli keçməsi üçün yerinə yetirilən rituallardandır.
Mən aşiqəm, çökərlər,
Sındırarlar, sökərlər.
Novruzda ağırlığı,
Tonqal üstə tökərlər.
“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi

Od çərşənbəsində ailə üzvlərinin adına şamlar yandırılır. Bəzi bölgələrdə ölənlərin ruhu üçün bir şam ayrılır. Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından qaynaqlanmışdır.
Digər çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində də süfrələr bəzənməli, ocağın üstü boş olmamalıdır. Süfrəyə şirniyyatlarla bəzənmiş xonçalar qoyular, plov dəmlənər, xörəklər bişirilər. İnanca görə, Od çərşənbəsində ocağı yandırıb, qazanı qaynadanda, ilin sonuna qədər “ocaq yanar, qazan qaynayar”, il bərəkətli olar.
“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi

Tədbirdə aparıcılar tərəfindən Novruz bayramı, çərşənbələrə aid bayatılar, şeirlər səsləndi.
“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi

Qobu incəsənət məktəbinin “Nağaraçalanlar “ ansamblı ilə tədbir başlandı. Od yaşamaq, yaşatmaq rəmzidir. Od – ocaq işıqlı sabahdır, xeyir-bərəkətdir. Həyatda hər şeyi od təmizləyir, od insana sağlamlıq, paklıq və gözəllik gətirir. Od qüdrət, qüvvət, işıq, günəş, azadlıq, ucalıq rəmzidir.
“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi

Od çərşənbəsi əski görüşlərlərlə bağlı olub, günəşə, oda, odu qoruyub saxlamaq inamına tapınma ilə əlaqədar yaranmışdır. Qədim Azərbaycanlılar günəşi, odu-ocağı həyat verən tanrı sayıblar, ona sitayiş ediblər.
“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi

– Bir xalq ki, sevincini, dərdini, ağrısını, alqış, qarğış, dua -sənalarını şerə çevirə, mahnıya çevirə, bu dərəcədə yüksək sənətkarlıqla ifadə edə bilə, o xalq, o millət ölümsüzdür, əbədidir, həmişə yaşardır.
“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi

Od kimi, günəş kimi, Atəş kimi. Düşmənləri nə qədər çox olsa da, üstünə nə qədər hücumlar edilsə də, yenilməzdir, qüdrətlidir, od kimi, Günəş kimi! Ey ulu xalqım, həmişə yaşa, ey vətənim var ol.

“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi


Novruz personajları Bahar qızının mərasimə gəlməsi isə bayram tədbirini daha da rövnəqləndirdi.
Allı-güllü Bahar qızı tədbirə yaz təravəti gətirdi. Xonça, səməni, şəkərbura, paxlava kimi Novruz şirniyyatları mərasimin bəzəyi idi. Tədbir iştirakçıları respublikamıza qonaq gılmiş xarici dövlətin vətəndaşları Novruzun atributları olan xonçalarda düzülmüş şəkərbura, paxlava və s. Bişintilərdən daddılar.
“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi

Uşaqdan böyüyə hər kəs yallı oynayaraq maraqlı səhnəciklərə tamaşa etdilər. Mərasim yumurta döyüşdürmə və digər maraqlı oyunlar göstərildi. “Yanar dağ” dan alovlanmış alov 3 tonqalı alışdırdı.
“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi

“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi

“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi
“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi

“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi

“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi

“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi

Müxtəlif müğənillərin ifası ilə rəngarəng mahnılar dinləndi. Milli geyimlərdə olan rəqaslar tədbiri cuşa gətirdi. Aşıqlar əllərində saz Novruza aid mahnınnı ifa etdilər. Xarici dövlətlərdən gəlmiş və rayon ictimayyətinin nümayəndələri rəqslər edərək, bahar bayramını salamla
“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi
“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi

Sonda “Qarabağ şikəstəsi” ilə tədbir yekunlaşdı. Arzu olundu ki, gələn çərşənbələrimizi və ən gözəl milli bayramımız olan Novruzu Qarabağda, Xankəndində, Şuşada, Laçında, Kəlbəcərdə, Zəngəlanda, Qubadlıda, Xocalıda, Ağdam və Fizulidə qeyd eədk, Yanar Dağdan alovlanan tonqal inşallah işğal altında olan torpaqlarımızda yansın.
“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi

“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi

“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi

“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi
“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi
“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi
“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi
“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli  “Od çərşənbəsi” şənliyi keçirildi

İradə Gülməmmədova vətəndaşları fərdi şəkildə qəbul etdi
İradə Gülməmmədova vətəndaşları fərdi şəkildə qəbul etdi
“Yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır”
“Yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır”
Xırdalanda sakinləri narahat edən yol düzəldilir
Xırdalanda sakinləri narahat edən yol düzəldilir
Mehdiabadda kanalizasiya xətti çəkilir
Mehdiabadda kanalizasiya xətti çəkilir
Qobu sakinləri yol və qazla bağlı Prezidentə müraciət etdilər
Qobu sakinləri yol və qazla bağlı Prezidentə müraciət etdilər
İradə Gülməmmədova hadisə yerinə getdi - aidiyyatı qurumların rəhbərləri əraziyə dəvət edildi
İradə Gülməmmədova hadisə yerinə getdi - aidiyyatı qurumların rəhbərləri əraziyə dəvət edildi
Abşeron könüllüləri AKƏM çətiri altında geniş fəaliyyət göstərib
Abşeron könüllüləri AKƏM çətiri altında geniş fəaliyyət göstərib
Abşeronda quraşdırılan xüsusi polis postları götürülüb
Abşeronda quraşdırılan xüsusi polis postları götürülüb
İradə Gülməmmədova Heydər Əliyev prospektində görülən işlərlə tanış oldu
İradə Gülməmmədova Heydər Əliyev prospektində görülən işlərlə tanış oldu
Hindistan koronavirusa yoluxmada Çini ötdü
Hindistan koronavirusa yoluxmada Çini ötdü
Məmmədyarovdan 3 qələbə, 2 məğlubiyyət, 1 heç-heçə
Məmmədyarovdan 3 qələbə, 2 məğlubiyyət, 1 heç-heçə
Alimlər koronavirusu 2 saatdan az müddətə müəyyən edən test hazırlayıb
Alimlər koronavirusu 2 saatdan az müddətə müəyyən edən test hazırlayıb
“Məktəblər və universitetlər birmənalı olaraq açılmayacaq” - Prezident
“Məktəblər və universitetlər birmənalı olaraq açılmayacaq” - Prezident
İlham Əliyev generalı işdən çıxardı - Sərəncam
İlham Əliyev generalı işdən çıxardı - Sərəncam
Bütün ölkədə SMS icazə ləğv edildi
Bütün ölkədə SMS icazə ləğv edildi
65 yaşdan yuxarı şəxslərə şad xəbər - Qadağa bitdi
65 yaşdan yuxarı şəxslərə şad xəbər - Qadağa bitdi
Abşeronda restoran, kafe, çayxanalar da açılır
Abşeronda restoran, kafe, çayxanalar da açılır
Bu qadağalar hələ qüvvədədir - Siyahı
Bu qadağalar hələ qüvvədədir - Siyahı
Azərbaycanda karantin rejimi ilin sonuna kimi davam edəcək.
Azərbaycanda karantin rejimi ilin sonuna kimi davam edəcək.