Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda Beynəlxalq Mülki Müdafiə günü qeyd olundu

Tarix:1-03-2017, 12:46

Abşeronda Beynəlxalq Mülki Müdafiə günü qeyd olundu

1 Mart - Beynəlxalq Mülki Müdafiə günü ilə bağlı ənənəvi olaraq Abşeron rayonunda silsilə tədbirlər keçirilir.

Bu münasibətlə rayonun Ceyranbatan qəsəbəsindəki 1 və 2 saylı orta məktəblərdə Abşeron rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi Sumqayıt regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin birgə təşkilatçılığı ilə maarifləndirici xarakterli tədbirlər keçirilib.

Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələri - Elgün İsgəndərov, Mikayıl Həmidov, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional İdarəsinin və Mülki Müdafiə şöbəsinin baş Leytinantı Ruslan İbrahimov, RTŞ-nın əməkdaşları - Aysel Tahirova və Aslan Həziyevin iştirakı ilə keçirilən tədbiri 1 saylı orta məktəbin direktoru, Yusif Yusifov açıq elan edərək tədbirin keçirilmə məqsədi barədə danışıb.

Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşı Elgün İsgəndərov bildirib ki, Beynəlxalq Mülki Müdafiə günü münasibəti ilə rayon İcra Hakimiyyəti tərəfindən müvafiq sərəncam qəbul olunmuş və bir sıra tədbirlər hazırlanıb. Buna uyğun olaraq rayonun bir çox idarə və təşkilatlarında, o cümlədən təhsil müəssisələrində maarifləndirici xarakterli tədbirlər keçirilir.

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional İdarəsinin və Mülki Müdafiə şöbəsinin baş Leytinantı Ruslan İbrahimov tədbirin keçirilməsinin əhəmiyyətindən danışaraq bildirib ki, əsas məqsəd şagirdləri maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmasının öyrədilməsidir.

Çıxışlardan sonra məktəbin həyətində süni yanğın hadisəsi təşkil olundu və həyəcan siqnalı verilib. Növbətçi müəllimlərin köməyi ilə məktəbin şagird kontingenti 4 dəqiqə ərzində məktəb binasından təxliyə olunub. Təxliyə olunan andan şərti xilasetmə əməliyyatına başlanıb. Əvvəlcə «112» qaynar telefon xəttinə məlumat verilib.

Tədbirdə məktəb şagirdlərinin iştirakı ilə hadisə zamanı məktəb binasında qalan yaralılar həyətə çıxarılıb. Onlara ilkin tibbi yardım göstərilib və təcili yardım maşınları ilə xəstəxanalara aparılıb. Yanğın zamanı yanğınsöndürmə manqasının üzvləri tərəfindən yanğın lokalizə edilərək söndürülüb. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edilib. Təlimlər çərçivəsində xilasedici, yanğınsöndürmə, radiasiya əleyhinə və digər mühafizə vasitələrinə, FHN xilasedicilərinin xüsusi texnikası və alətlərinə baxış keçirilib.
Sonra məktəbin siniflərində maarifləndirici açıq dərslər keçirilib. Açıq dərslərdə şagirdlərə əyani vəsaitlər və video filmlər nümayiş olunub, onların fövqəladə hallarla bağlı bilikləri yoxlanılıb.

FHN Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayonunun Ceyranbatan qəsəbə 2 saylı tam orta məktəbində "1 mart-Ümumdünya Mülki Müdafiə Günü"-nə həsr olunmuş nəzəri-praktik maarifləndirmə tədbiri keçirilib.

Tədbir zamanı iştirakçılara Mülki Müdafiə Gününün yaranma tarixi, məqsəd və vəzifələri barədə dolğun məlumatlar verilərək, Azərbaycan Respublikasının 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatına qoşulduğu və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak etməsindən bəhs edilib.

Qeyd edilib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı 1995-ci ildən başlayaraq təşkilata üzv olan dövlətlərdə hər il konkret bir mövzuya həsr olunan kütləvi tədbirlərin keçirilməsini təşkil edir. Bu il tövsiyə edilmiş mövzu "Mülki müdafiə və təhlükəsiz cəmiyyət üçün fövqəladə hadisələrin qarşısının alınması mədəniyyəti" adlanır. Əhalinin mühafizəsini təşkil etməyin, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etməyin mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi dayanması, elm və texnikanın sürətlə inkişaf etdiyi son dövrlərdə insanların təhlükəsizliyinin təminatının daha mühüm əhəmiyyət kəsb etdiyi bildirilib. Mürəkkəb sistemlərin tətbiqi, əsasən də təbii, texnogen, ekoloji hadisələrin mövcudluğunun ətraf mühitə, xüsusən də əhalinin həyatına, sağlamlığına, bir sözlə, təhlükəsizliyinə təsir etməsi faktı iştirakçıların diqqətinə çatdırılıb. Əməkdaşlar həmçinin "Fövqəladə hallar. Fövqəladə hallar zamanı davranış qaydaları", "Mülki müdafiə işinin təşkil edilməsi", "Fərdi mühafizə vasitələrindən istifadə qaydaları", "112" qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır" mövzularında da çıxışlar etmişlər.

Tədbirlərin praktiki hissəsində xilasedici alət və avadanlıqları ilə yanaşıməktəbin tabeliyində olan texnika və avadanlıqları nümayiş etdirilib.

Tədbirlərdə təhsil müəssisələrinin kollektivləri ilə yanaşı, Abşeron rayon İcra hakimiyyətinin, rayon Təhsil şöbəsinin və digər qurumların nümayəndələri iştirak ediblər.

Şamo Əliyev

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib