Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Yurdumuza bahar gəlir

Tarix:13-03-2017, 12:23

Yurdumuza bahar gəlir
...Deyirlər, hər fəslin öz gözəlliyi, öz füsunkarlığı var. Qarlı-şaxtalı qışın da, qızılı yarpaqlarla torpağı bəzəyən yağışlı-çiskinli payızın da, al-əlvan meyvələrilə süfrələri rövnəqləndirən yayın da. Yəqin, düşünəcəksiniz ki, bəs yazı niyə yaddan çıxardıq. Yox, əziz oxucular, heç bu fəsli unutmaq olar? Yazı ona görə sona saxladım ki, bu fəsil haqqında ürək sözlərimi sizinlə bölüşəcəyəm. O fəsil haqqında danışacağam ki, dünya yaranandan bəri insanları tək-tənha qoymayıb. Soyuq qarlı-şaxtalı qışdan sonra evlərin pəncərələrini döyüb, pəncərələrimizdən öz ilıq nəfəsini hiss etdirib, qapılarımızı taybatay açdırıb. Təbiətə min rəngə çalan al-əlvan naxışlar vurub, ürəkləri riqqətə gətirən nəğmələr ilə ruhumuzu oxşayıb. Elə bil bu nəğməni ulu Tanrımız özü bəstələyib. Daşlardan-qayalardan axan su şırıltısından, quşların şən civiltisindən, uşaqların qəhqəhələrindən yaranan bu nəğmələrlə dünyanı, bizi əhatə edən aləmi daha dərin məhəbbətlə sevmişik, yaşayıb-yaratmağa həvəslənmişik. Yazın gəlişi ilə çalarını dəyişib yamyaşıl rəngə bürünən meşələri, çəmənləri gəzmişik, doğma yurdumuzun hər bir qarışının gözəlliklərinə dönə-dönə, doymadan baxmışıq. Hiss etmişik ki, təbiət bizim düşündüyümüzdən daha canlı, daha hərəkətlidir. Danışmağa dili olmasa da, insanlara deməyə ürəkdolusu sözü var. Və bu sözləri baharda rəng¬lərin dili, bulaqların zümzüməsi ilə deyir. Deməyin ki yox, bunu insanoğlu dinləyə, qavraya bilməz. Dinləyə də bilər, qavraya da. İndi soruşacaqsınız ki, yaxşı, sən eşidirsənsə de görək, təbiət bizə nə deyir? Yaxşı, deyəcəyəm, istər inanın, istər inanmayın...
Yurdumuza bahar gəlir
Yurdumuza bahar gəlir
Yurdumuza bahar gəlir
Yurdumuza bahar gəlir
Yurdumuza bahar gəlir
Yurdumuza bahar gəlir
Yurdumuza bahar gəlir
Yurdumuza bahar gəlir
Yurdumuza bahar gəlir
Yurdumuza bahar gəlir
Yurdumuza bahar gəlir
Yurdumuza bahar gəlir
Yurdumuza bahar gəlir
Yurdumuza bahar gəlir
Yurdumuza bahar gəlir
... Təbiət ana deyir ki, Tanrı baharı yenə sizə göndərdi. Ona görə göndərdi ki, məni daha yaxşı duyasınız, eşidəsiniz, həyata möhkəm bağlanasınız. Hiss edəsiniz ki, ağaclarda açan xoş rayihəli çiçəklər də, qayaların ən dibindən baş qaldıran şəfalı otlar da, ayaqlar altında minbir zəhmətlə, göz nuru ilə toxunmuş xalıya bənzəyən allı-güllü çəmənlər də, evlərimizin divarlarına, çardaqlara pənah gətirən haçaquyruq qaranquşlar da Adəm övladına əmanətdir və bu əmanəti yaxşı qorumalıyıq, qədir-qiymətini bilməliyik. Əkib-biçəndə də, qurub-yaradanda da düşünməliyik ki, görəsən, Tanrı əmanətini necə qoruduq, gələcək nəsillərə necə ötürdük? Qarşıdan ululardan ulu bir xalq olan azərbaycanlıların ən əziz bayramı gəlir. Nə xoş sizə ki, hələ də öz dəyərlərinizə sadiqsiniz, mənə qarşı ehtiramlısınız. Yenə səməni cücərtmisiniz, mənim şəffaf aynam olan bulaq başına çıxmısınız. Öz niyyətinizi Tanrının pak yadigarı olan suya demisiniz. Demisiniz ki, qoy xalqımız hər zaman əmin-amanlıqda yaşasın, yurdumuzun üzərini bürüyən qara buludlar çəkilib getsin, azad, firavan ölkə olan odlar yurdunda övladlarımız ən xoş günlər görsünlər, adət-ənənələrimizi davam etdirsinlər, dəyərlərimizi, inanclarımızı yaşatsınlar. İnanın ki, nə qədər Vətəninə-yurduna bağlı oğullarınız, torpağa bağlı insanlarınız var, zəfər də hər zaman sizin olacaq, bahar öz ətrini-təravətini sizdən əsirgəməyəcək. Azərbaycan hər zaman bahar ab-havasında, bahar nəfəsində olacaq!..
Bu gün respublikamızın hər yerində baharın gəlişi ilə bağlar bağçalar, yollar, parklar bəzədilir. Abşeron rayonunda da bu gözəl bayramı qarşılamaq üçün Novruz bayramının sinvolları olan. şamlar, səmənilər, göyqurşağı, yaz gülləri, ağaclar, müxtəliv gül kolları, aksesuarlar, yaz fəslini tərənüm edən rəsimlərlə bəzədilən rayonumuzun sakinlərinə və qonaqlarına bu bayramın möhtəşəm və qədimliyini, sevilən bayram olduğunu göstərir.
Xırdalan şəhəri bütün əlamətdar günlərə bir başqa təsürat və simasını başdan başa dəyişir. Gözəl şəhərimiz olan Xırdalan başdan başa bayram əhval ruhiyəsinə bürünür. Rayon ərazisində iməcliklər təşkil olunur. Çoxlu sayda ğac, gül kolları əkilir. Təbiətin bu gözəl fəslini rayon ictimayyətinin nümayəndələri sevinclə qarşılayır.
Xırdalan şəhər Heydər Əliyev parkı öz füsünkarlığı ilə yenə də diqqət cəlb edir. Novruz bayramına hazırlıq işləri gedir. Hər gün sakinlər və şəhərimizin qonaqları gecə və gündüz parka axışaraq istirahət guşəsini gəzir bu gözəlikləri görüb, bayram münasibətilə bir- birlərini təbrik edirlər.
Yurdumuza bahar gəlir
Yurdumuza bahar gəlir
Yurdumuza bahar gəlir
Yurdumuza bahar gəlir
Yurdumuza bahar gəlir
Yurdumuza bahar gəlir
Yurdumuza bahar gəlir
Yurdumuza bahar gəlir
Yurdumuza bahar gəlir! Soyuqdan-şaxtadan ruhdan düşüb qapqara qaralan ağacların tumurcuqlanıb-yapraqlanması, bir-biri ilə qol-boyun olan minillərin yadigarı çinarların qanadlarını Günəş şüaları qarşısında daha geniş açması, təbiətdə olan hər bir varlıq baharın gəlişindən xəbər verir. Yazın gəlişi ilıq bahar rüzgarlarının nəvazişli oxşayışı, hərarətə həsrət qalan nazlı, boynubükük bənövşələrin Günəşə dönüşü, ətir saçmasıdır. Bu təkcə təbiətin qanunlarına uyğun olaraq yaz fəslinin gəlişi deyil. Bu, insanın hər gün yatıb yenidən oyanması kimi, təbiətin də dirilişi, dünyada minillərdir var olan ahəngin xəbərçisidir. Bu əzəmətli diriliş, bu xoş xəbər qarşısında insan necə aciz qalmasın. Hər şey bir-biri ilə bağlı, hər şey bir-biri ilə əlaqəlidir. Sabah erkəndən böyük sevinclə doğan, axşam hüznlə qüruba doğru əyilən Günəş də, qaranlıqda yaşıl talaları, bağ-bağçaları xüsusi sehrlə bizə göstərən Ay da baharı müjdələyir. İnsanları ehtizaza gətirən bu mənzərələr qarşısında isə ana təbiət qarşısında ehtiramla baş əyib deyirəm: Yurdumuza xoş gəlmisən, ey fəsillər gözəli!
Yurdumuza bahar gəlir
İnşallah növbəti Novruzu işğal altında olan torpaqlarımızda qeyd edək. Şuşada, Qubadlıda, Zəngilanda, Ağdamda, Cəbrayılda, Xocalıda, Laçında, Fizulidə, Xocavənddə, Xankəndində bayram tonqaları yandıraq. Abşeronun "Yanar dağ" ın alovundan yandırılmış alov düşmən tapdağından azad olunmuş torpaqlarda bayram tonqalarını alovlandırsın!

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib