Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalan şəhər 17 saylı Uşaq bağçasında "Başı dumanlı Şüşam" adlı tədbir keçirildi

Tarix:4-05-2017, 15:12

Xırdalan şəhər 17 saylı Uşaq bağçasında "Başı dumanlı Şüşam" adlı tədbir keçirildi

Qarabağ Azərbaycan təbiətinin nadir gözəlliklərini, Azərbaycan xalqının maddi və mədəni irsini, qədim adət və ənənələrini özündə əks etdirən füsunkar diyardır. Qarabağ təkcə özünün nadir gözəlliyə malik xalçaları, Midiya dağ atları – Qarabağ atları, Avropaya, Rusiyaya ixrac edilən ipəyi, zərgərlik məmulatı, silahları ilə deyil, həm də nadir təbiəti, müalicəvi suları ilə də məşhurdur. Sərt dağlar, sıx meşələrlə əhatələnən və toponimikası Azərbaycan dilində «qara bağ», böyük bağ» kimi yozulan bu diyarın paytaxtı isə qədim Pənahabad – Şuşa şəhəri olmuşdur Şuşa şəhərinin ərazisi zəngin və şanlı tarixi keçmişə malikdir. Uzaq keçmişdə bura qədim Xocalı-Gədəbəy mədəniyyətinə (e.ə. ikinci minilliyin ikinci yarısı – birinci minilliyin əvvəlləri) daxil olan ən qədim yaşayış yerlərindən birində yaranmış və daimi insan məskəninə çevrilmişdir. Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən məşhur Cıdır düzündəki Şuşa mağarası (Üçmıx dağında) bu yerlərin Azərbaycan ərazisində ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir.
Xırdalan şəhər 17 saylı Uşaq bağçasında "Başı dumanlı Şüşam" adlı tədbir keçirildi

Bu gün Xırdalanda 25 il Qarabağın tacı olan Şuşasız "Başı Dumanlı Şuşamız" adı tədbir keçirildi. Tədbirdə rayon ağsaqqallar şurasının sədir müavini Cəfər Quliyev, Tofiq Abbasov, Şəhid ailəsi olan Elmira Hüseynova , Qarabağ döyüşçüsü Sənan Əmirulayev, Şuşa batalyonunun döyüşçüsü olmuş Vaqif Quliyev, Abşeron informasiya agentliyinin rəhbəri Anar Nağıyev, Dünya tv -in xəbərlər deportamentinin rəhbəri Nizami Rəsulov, valideyinlər və bağça kolektivi iştirak edirdilər. Tədbir Şuşada şəhid olan vətən övladlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Əsgər geyimində olan balaca fidanlar üç rəngli bayrağımızla səhnəyə gəldilər.
Şuşanın dağları başə dumanlı,
Dərdindən ölməyə çoxdur gümanlı.

Tədbirdə Şuşa barədə məlumat verən bağçanın tərbiyəçi Sevinc Seyfullayeva Şuşa haqqında məlumat verərək bildirdi ki, dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşən Şuşa şəhərinin cənubunda Qafqazın ən qədim yaşayış məskənlərindən biri yerləşir. XX əsrin 70-ci illərində Şuşa mağara düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı burada paleolit dövrünə aid daş alətlər aşkar olunmuşdur. Bu ərazilər tarixi Azərbaycan torpaqlarının – Midiya dövlətinin, Qafqaz Albaniyasının, Qarabağ xanlığının ayrılmaz hissəsidir.Şuşa Qarabağ xanlığının hərbi-strateji əhəmiyyətli və iqtisadi, siyasi, mədəni mərkəzi kimi yaranmış və inkişafı etmişdir. Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Gaius Cornelius Tacitus (Tasit) Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində «ş» səsi yoxdur) şəhərinin olması haqqında məlumat vermişdir. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu «Şuşa»(şüşə – glass) adlandırmışlar.
Düzənli-dağlı Qarabağ üçün, bütün Azərbaycan ellərindən ötrü uzun tarixi dövr ərzində uca, dağlar başında şəfalı bir yaylaq yeri olan Şuşa el arasında, xalqın təfəkküründə və ədəbiyyatında Şüşə adı ilə də məşhur olmuşdur. XVIII əsrin ortalarına yaxın Azərbaycan ərazisində müstəqil xanlıqlar dövrü başlandıqda qədim yurd yeri olan Şuşa yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.Qarabağ hökmdarı Pənahəli xan ərazini düşmənlərdən qorumaq məqsədilə xanlığın ən strateji mövqelərində müdafiə qurğularının tikintisinə başlamışdır. 1748-ci ildə Bayat qalası, 1752-ci ildə isə Şahbulaq qalası inşa edilmişdir. Lakin, Pənahəli xan müharibələr dövründə əhalinin sığınması üçün daha etibarlı, üç tərəfi keçilməz sıldırım qayalarla əhatə olunmuş əlçatmaz dağ yaylasında yeni bir qala ucaltmağı qərara aldı. Yeni qala ilk illərdə öz banisinin adı ilə «Pənahabad», sonralar isə «Şuşa» adlandırılmağa başlandı.
Şuşa qalasının təməli, tarixi Azərbaycan ərazisindəki dövlətlərindən biri olan Qarabağ xanlığının hökmdarı, əslən qarabağlı olan Pənahəli xan Cavanşir tərəfindən qoyulmuşdur. 1747-ci ildə İran hökmdarı Nadir şah Əfşarın ölümündən sonra Pənahəli bəy özünü bu torpaqların xanı elan edir və xanlıq ərazisini düşmən hücumlarından qorumaq məqsədilə mükəmməl qala tikdirməyi qərara alır.
Şuşa qalası qədim yaşayış yerinin üzərində inşa edilmişdir. Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun arxeoloqları Şuşa qalasının yerində qədim yaşayış məskəni olduğunu, həmin şəhərin XIII əsrdə monqolların basqını nəticəsində dağıdıldığını müəyyən etmişlər. Azərbaycan tarixçisi Mirzə Camal Cavanşir Qarabaği Pənahəli xanın Qarabağ torpağını qorumaq məqsədilə Şuşa qalasını ucaltması barədə yazarkən həmin şəhər qalıqlarını da xatırladır: «Xanın bir neçə nəfər bilici və məlumatlı adamı gedib, qalanın yerini və ətrafını yoxladılar. Qalanın içində iki-üç bulaqdan başqa axar su yox idi. Bu bulaqların suyu isə qala camaatına kifayət etməzdi. Ona görə, quyu qazdırıb, müəyyən elədilər ki, buranın bir çox yerlərində su quyuları qazmaq mümkündür. Bu xəbəri mərhum Pənah xana çatdırdılar. Xan sevinərək, bir neçə öz yaxın adamı ilə buraya gəldi, yerlə tanış olub, əzmlə qalanın təməlini qoydu».
Bu onu göstərir ki, Şuşa Azərbaycanlıların qədimdən yaşadığı ərazidə mövcud olan qala tikilisinin yerində ucaldılmışdır və söhbət qalanın yeni inşasından deyil, onun daha da gücləndirilməsindən və abadlaşmasından gedir.“Qədim” və “Yeni Şuşa”dan ibarət olan şəhərin ən qədim hissəsində əvvəllər yalnız azərbaycanlılar yaşamışlar. Tədricən qalanın ətrafında yaşayış məhəllələri salındı və beləliklə Şuşa qalası tez bir zamanda Qarabağ xanlığının paytaxtına çevrildi və 1756-ci ildən 1823-ci ilədək Qarabağ xanlığının paytaxtı olmuşdur. Pənahəli xan şəhəri bina edəndən dərhal sonra dövlət atributlarından biri olan Qarabağ xanlığının pul vahidi “Pənahabadi” adlı sikkə kəsdirməyə başladı. Bu sikkələr xalq arasında “pənabad” adlandırılırdı. Bu, bir misqal vəznində, çar Rusiyasının köhnə gümüş pulu ilə 15 qəpik dəyərində və İran pulu ilə yarım qran olan gümüş pul idi. Sikkənin bir üzündə “Pənahabadi”, o biri üzündə isə “Lə ilahə illəllah, Mühəmmədin rəsullullah” sözləri yazılmışdı.
Xırdalan şəhər 17 saylı Uşaq bağçasında "Başı dumanlı Şüşam" adlı tədbir keçirildi

Sonra balacalar "Yürü Azərbaycan yürü" adlı mahnı ilə tədbiri davam etdirdilər. Uşaqların ifasında "Məni candan usandırdı", "Şəbi hicran" adlı şeri söylədilər. "Xarı bülbül" mahnısı tədbir iştirakçılarını qəmli notlara köklədi. "Çənab Leytenat" mahnısı oxundu. Bağçanın məzunu olmuş Məhəmməd Ağacanov Sazda "Yanıq Kərəmi" ifa etdi. Müxtəlif səhnəciklər təqdim olundu.
Rayon Ağsaqqallar şurasının səir müvini Cəfər Quliyev çıxış edərək Şuşa barədə xatirələrin danışdı. Şuşanın yetişdirdiyi ziyalılardan söhbət açdı. Bu gün rayonumuzda yetişən vətənpərvərlik ruhunda yetişən gələcəyimiz olan bu körpələrə aydın səma, sülh şəraitində xöşbəxt və sağlam böyümlələrini arzuladı. Bağçanın rəhbərliyinə və kolektivə öz təşəkkürünü bildidi.
Xırdalan şəhər 17 saylı Uşaq bağçasında "Başı dumanlı Şüşam" adlı tədbir keçirildi

Xırdalan şəhər 17 saylı Uşaq bağçasında "Başı dumanlı Şüşam" adlı tədbir keçirildi

Qarabağ döyüşçüsü Vaqif Quliyev Şuşanın işğalından danışdı. Qarabağ döyüşçüsü işğal barədə geniş məlumatı verərək qeyd etdi ki, 1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu. Şuşa işğal nəticəsində ölüm sükutuna qərq olub. Bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmışlar. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür.
Əsir və girov götürülmüş 58azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.
Sonra Uşqa baçsasının müdiri Könül İbrahimova çıxış edərək Azərbaycanın dilbər guşəsi olan, gözəliklər diyarı Şuşanın 25 ildir düşmən işğalında olmasını qeyd edərək, vurğuladı ki, Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd edirlər. Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin muzey və kitabxanaları muzeyləri talan edilmiş, bir vaxtlar təkrarolunmaz təbiətinə görə «Qafqazın cənnəti» adlandırılan yerlər xarabazara çevrilmişdir.
Xırdalan şəhər 17 saylı Uşaq bağçasında "Başı dumanlı Şüşam" adlı tədbir keçirildi

Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Ermənilər insanlığa sığışmayan vəhşiliyə də əl atdılar: Üzeyir Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəllərini güllələdilər.
Xırdalan şəhər 17 saylı Uşaq bağçasında "Başı dumanlı Şüşam" adlı tədbir keçirildi
Xırdalan şəhər 17 saylı Uşaq bağçasında "Başı dumanlı Şüşam" adlı tədbir keçirildi
Xırdalan şəhər 17 saylı Uşaq bağçasında "Başı dumanlı Şüşam" adlı tədbir keçirildi

Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəylinin (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib. İşğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.
Azərbaycan xalqının mədəniyyətinin, əsrarəngiz musiqisinin beşiyi sayılan, tarixi Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni olan Qarabağın paytaxtı – Şuşa şəhəri artıq iyirmi ildir ki, təcavüzkar Ermənistan Respublikasının işğalı altındadır.
Xırdalan şəhər 17 saylı Uşaq bağçasında "Başı dumanlı Şüşam" adlı tədbir keçirildi

Düz iyirmi ildir ki, yadlar tapdağı olan Şuşa ölüm sükutuna qərq olub. Bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmışlar. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd edirlər. Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin muzey və kitabxanaları muzeyləri talan edilmiş, bir vaxtlar təkrarolunmaz təbiətinə görə «Qafqazın cənnəti» adlandırılan yerlər xarabazara çevrilmişdir. Çıxışının sonunda K. İbrahimova Şəhid ailələri, Qarabağ döyüşçülərinə öz minətdarlığını bildirdi.
Xırdalan şəhər 17 saylı Uşaq bağçasında "Başı dumanlı Şüşam" adlı tədbir keçirildi
Xırdalan şəhər 17 saylı Uşaq bağçasında "Başı dumanlı Şüşam" adlı tədbir keçirildi

Tədbir Şuşaya qayıdacağıq mahnısının sədaları ilə başa çatdı.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib