Mayın 10-da Dahi rəhbərin doğum günündə Abşeron rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqı Abşeron rayon Komitəsinin təşkilatçılığı ilə nərd üzrə rayon birinciliyi keçirildi.
Açılış mərasimində çıxış edən Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev yarış haqqında ətraflı məlumat verdi.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqı Abşeron rayon Komitəsinin sədri Fuad Xəlilov xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ərəfəsində təşkil olunmuş yarışın əhəmiyyətindən danışdı və yarış iştirakçılarına uğurlar arzuladı.
Bir neçə saat davam edən yarışın nəticəsi olaraq Hafiz Mikayılov birinci, Kərim Kərimov ikinci və Seymur Qasımov üçüncü yeri tutublar.
Sonda qaliblərə pul mükafatları və qiymətli hədiyyələr təqdim olundu.
Şamo Əliyev