Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Beynəlxalq Muzeylər günü Abşeronda qeyd olundu

Tarix:18-05-2017, 12:48
Baxış Sayı:953

Beynəlxalq Muzeylər günü Abşeronda qeyd olundu

Hər il mayın 18-ni dünya mədəni ictimaiyyəti Beynəlxalq Muzey günü kimi qeyd edir. Beynəlxalq Muzeylər günü — Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən 18 may tarixindən qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Respublika muzeylərində bu baxımdan çox böyük iş aparılır. Həmin gün bütün muzeylərimizdə bu peşə bayramı qeyd edilir.
Bu günün əsas məqsədi muzeylərin cəmiyyətin həyatında nə qədər mühüm bir rol oynadığını göstərməkdir. Beynəlxalq Muzeylər günündə insanlar muzeyləri gəzərək milli mədəniyyət və tarix haqqındakı məlumatlarını daha da zənginləşdirir. Qədim əsərlər, sənədlər bizə keçmişdə yaşayan insanların düşüncələri, inancları, yaşayışları,qabiliyyətləri haqqında məlumat verir. Keçmişi öyrənərək bugünü anlamağımıza kömək edir. Qədim əsərlərin yığılıb-toplanması əvvəlcə İngiltərədə başlayıb. Daha sonra Avropanın digər ölkələrində oxşar işlər görülüb. Əvvəllər muzeylərə hər kəs gedə bilmirdi. Belə ki, muzeylərdən yalnız dövlət rəhbərləri və alimlər faydalana bilirdi.1850-ci ildən etibarən isə muzeylərdəki əsərlər sərgilənərək xalqın marağına səbəb oldu.
Beynəlxalq Muzeylər günü Abşeronda qeyd olundu
Azərbaycan mədəniyyəti- zəngin və qədim tarixə malikdir. Min illər ərzində Azərbaycanın ərazisində dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş zəngin mədəni irs yaradılıb.

Hazırda Azərbaycanda 201 muzey fəaliyyət göstərir: bunlardan 14-ü incəsənət, 7-i ədəbiyyat, 12-i tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev, 52-i Heydər Əliyev muzeyləridir. Təkcə Şuşa şəhərində 8 muzey fəaliyyət göstərirdi. Dövlət Qarabağ Tarixi Muzeyi, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovlinin ev-muzeyi, vokal sənətimizin əsasını qoyan Bülbülün memorial muzeyi, görkəmli musiqiçi və rəssam Mir Mövsün Nəvvabın xatirə muzeyi,Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin Şuşa filialı, Şuşa tarix muzeyi, Ağdam Tarix-Diyarşünaslıq Muzeyi, Qubadlı Tarix-Diyarşünaslıq Muzeyi,Zəngilan Tarix-Diyarşünaslıq Muzeyi, görkəmli musiqiçi Qurban Primovun Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib.
Beynəlxalq Muzeylər günü Abşeronda qeyd olundu

Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi şəhərin bombalanması zamanı tamamilə yerlə-yeksan olub. Eyni zamanda Milli Elmlər Akademiyası sistemində, digər nazirlik və təşkilatların nəzdində müxtəlif profilli və şəxsi muzeylər fəaliyyət göstərir.

Həmin muzeylər sırasında Azərbaycan Dövlət İncəsənət Muzeyini, Azərbaycan Tarix Muzeyini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyini,Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyini,Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini və Azərbaycan İstiqlal Muzeyini göstərmək olar. 1988-ci ildən başlayaraq erməni təcavüzü nəticəsində 100 mindən artıq əşyanın toplandığı 22 muzey işğal olunmuş ərazidə qalıb. Qarət edilmiş muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər eksponatlar toplanıb.
Beynəlxalq Muzeylər günü Abşeronda qeyd olundu

Qeyd edək ki, 18- may Beynəlxalq Muzey günü ilə əlaqədar olaraq Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Heydər Əliyev Mərkəzləri və muzeylərində "Açıq qapı" günü keçirildi.

Beynəlxalq Muzeylər günü Abşeronda qeyd olundu

Abşeron rayonunda Muzeylər günü rayon ictimayyətinin nümayəndələri və təhsil ocaqlarının şagirdləri, tələbələr və sakinlər üçüçn maraqlı oldu. Xırdalan şəhər Tarix diyarşünaslıq muzeyində olan şagirdlər muzeydə olan ekspanatlarla tanış oldular. Xırdalan şəhəri Heydər parkında yerləşən Tarix Diyarşünaslıq muzeyinin əməkdaşları hər gün olduğu kimi bu gündə öz qonaqlarını qarşıladı. Muzeyin nümayəndəsi qonaqları muzeylə tanış etdi.

İşğalçı dövlət sülh yolunu anlamasa Azərbaycan sözdən əmələ keçəcək
İşğalçı dövlət sülh yolunu anlamasa Azərbaycan sözdən əmələ keçəcək
İradə Gülməmmədova vətəndaşları fərdi şəkildə qəbul etdi
İradə Gülməmmədova vətəndaşları fərdi şəkildə qəbul etdi
“Yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır”
“Yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır”
Xırdalanda sakinləri narahat edən yol düzəldilir
Xırdalanda sakinləri narahat edən yol düzəldilir
Mehdiabadda kanalizasiya xətti çəkilir
Mehdiabadda kanalizasiya xətti çəkilir
Qobu sakinləri yol və qazla bağlı Prezidentə müraciət etdilər
Qobu sakinləri yol və qazla bağlı Prezidentə müraciət etdilər
İradə Gülməmmədova hadisə yerinə getdi - aidiyyatı qurumların rəhbərləri əraziyə dəvət edildi
İradə Gülməmmədova hadisə yerinə getdi - aidiyyatı qurumların rəhbərləri əraziyə dəvət edildi
Abşeron könüllüləri AKƏM çətiri altında geniş fəaliyyət göstərib
Abşeron könüllüləri AKƏM çətiri altında geniş fəaliyyət göstərib
Abşeronda quraşdırılan xüsusi polis postları götürülüb
Abşeronda quraşdırılan xüsusi polis postları götürülüb
İradə Gülməmmədova Heydər Əliyev prospektində görülən işlərlə tanış oldu
İradə Gülməmmədova Heydər Əliyev prospektində görülən işlərlə tanış oldu
Hindistan koronavirusa yoluxmada Çini ötdü
Hindistan koronavirusa yoluxmada Çini ötdü
Məmmədyarovdan 3 qələbə, 2 məğlubiyyət, 1 heç-heçə
Məmmədyarovdan 3 qələbə, 2 məğlubiyyət, 1 heç-heçə
Alimlər koronavirusu 2 saatdan az müddətə müəyyən edən test hazırlayıb
Alimlər koronavirusu 2 saatdan az müddətə müəyyən edən test hazırlayıb
“Məktəblər və universitetlər birmənalı olaraq açılmayacaq” - Prezident
“Məktəblər və universitetlər birmənalı olaraq açılmayacaq” - Prezident
İlham Əliyev generalı işdən çıxardı - Sərəncam
İlham Əliyev generalı işdən çıxardı - Sərəncam
Bütün ölkədə SMS icazə ləğv edildi
Bütün ölkədə SMS icazə ləğv edildi
65 yaşdan yuxarı şəxslərə şad xəbər - Qadağa bitdi
65 yaşdan yuxarı şəxslərə şad xəbər - Qadağa bitdi
Abşeronda restoran, kafe, çayxanalar da açılır
Abşeronda restoran, kafe, çayxanalar da açılır
Bu qadağalar hələ qüvvədədir - Siyahı
Bu qadağalar hələ qüvvədədir - Siyahı