Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İslamadada Abşeron idmançılarından 3 medal

Tarix:23-05-2017, 12:15
Baxış Sayı:1 155

 İslamadada  Abşeron  idmançılarından 3 medal


IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisinin heyətində Abşeron idmançıları da iştirak ediblər. Belə ki, karate, uşu-sanda və sərbəst güləş millimizin heyətində üç idmançımız – Firddovsi Fərzəliyev, Elçin Eminov və Hacı Əliyev uğur qazanmağ üçün mübarizə aparıblar.

1. Abşeronlu idmançıların “Bakı-2017”də ilk medalını Firdovsi Fərzəliyev qazanıb. Altmış kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bürünc medal uğrunda görüşdə indoneziyalı Suryadi Suryadi ilə qarşılaşıb. Rəqibi üzərində 6:0 hesabı ilə inamlı qələbə qazanan Firdovsi Fərzəliyev IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına yiyələnib.

2."Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının uşu yarışlarının üçüncü günündə Azərbaycan idmançısı Elçin Eminov İran təmsilçisi Mahdi Mohammadi ilə qarşılaşdığı final görüşündə gümüş medalla kifayətlənməli olub.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev final qarşılaşmasına baxıb.

3. Xalça üzərinə 61 kiloqram çəki dərəcəsində çıxan ikiqat dünya çempionu, Rio Olimpiadasının bürünc mükafatçısı Hacı Əliyev həlledici görüşdə qırğızıstanlı Alibek Osmonov üzərində təmiz qələbə qazanaraq IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Qalibə medallı dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.Çempion pəhləvanımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

Şamo Əliyev

İradə Gülməmmədova vətəndaşları fərdi şəkildə qəbul etdi
İradə Gülməmmədova vətəndaşları fərdi şəkildə qəbul etdi
“Yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır”
“Yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır”
Xırdalanda sakinləri narahat edən yol düzəldilir
Xırdalanda sakinləri narahat edən yol düzəldilir
Mehdiabadda kanalizasiya xətti çəkilir
Mehdiabadda kanalizasiya xətti çəkilir
Qobu sakinləri yol və qazla bağlı Prezidentə müraciət etdilər
Qobu sakinləri yol və qazla bağlı Prezidentə müraciət etdilər
İradə Gülməmmədova hadisə yerinə getdi - aidiyyatı qurumların rəhbərləri əraziyə dəvət edildi
İradə Gülməmmədova hadisə yerinə getdi - aidiyyatı qurumların rəhbərləri əraziyə dəvət edildi
Abşeron könüllüləri AKƏM çətiri altında geniş fəaliyyət göstərib
Abşeron könüllüləri AKƏM çətiri altında geniş fəaliyyət göstərib
Abşeronda quraşdırılan xüsusi polis postları götürülüb
Abşeronda quraşdırılan xüsusi polis postları götürülüb
İradə Gülməmmədova Heydər Əliyev prospektində görülən işlərlə tanış oldu
İradə Gülməmmədova Heydər Əliyev prospektində görülən işlərlə tanış oldu
Hindistan koronavirusa yoluxmada Çini ötdü
Hindistan koronavirusa yoluxmada Çini ötdü
Məmmədyarovdan 3 qələbə, 2 məğlubiyyət, 1 heç-heçə
Məmmədyarovdan 3 qələbə, 2 məğlubiyyət, 1 heç-heçə
Alimlər koronavirusu 2 saatdan az müddətə müəyyən edən test hazırlayıb
Alimlər koronavirusu 2 saatdan az müddətə müəyyən edən test hazırlayıb
“Məktəblər və universitetlər birmənalı olaraq açılmayacaq” - Prezident
“Məktəblər və universitetlər birmənalı olaraq açılmayacaq” - Prezident
İlham Əliyev generalı işdən çıxardı - Sərəncam
İlham Əliyev generalı işdən çıxardı - Sərəncam
Bütün ölkədə SMS icazə ləğv edildi
Bütün ölkədə SMS icazə ləğv edildi
65 yaşdan yuxarı şəxslərə şad xəbər - Qadağa bitdi
65 yaşdan yuxarı şəxslərə şad xəbər - Qadağa bitdi
Abşeronda restoran, kafe, çayxanalar da açılır
Abşeronda restoran, kafe, çayxanalar da açılır
Bu qadağalar hələ qüvvədədir - Siyahı
Bu qadağalar hələ qüvvədədir - Siyahı
Azərbaycanda karantin rejimi ilin sonuna kimi davam edəcək.
Azərbaycanda karantin rejimi ilin sonuna kimi davam edəcək.