Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda ötən bir ayda görülmüş işlər müzakirə edilib

Tarix:4-07-2017, 16:01

Abşeronda ötən bir ayda görülmüş işlər müzakirə edilib

Abşeron rayon İcra Hakimiyyətində son 1 ayda rayonun kənd və qəsəbələrində aparılmış abadlıq quruculuq işləri və qarşıya çıxan problemlərin həlli istiqamətində aparılan işlərlə bağlı rayon qərargahının növbəti iclası keçirilib.

Toplantıda rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova , RİH başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin və digər xidmət idarələrinin rəhbərləri, rayon İcra Hakimiyyəti başçısının sahə inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədirləri iştirak edib.

Tədbirdə ilk öncə hesabat məruzəsi ilə çıxış edən Gigiyena və Epidemiologiya Mərkəzinin baş həkimi Məhərrəm Abdulov bildirib ki, Abşeron rayonu indi təmizlik işlərinin aparıldığı geniş bir meydanı xatırladır. Rayonun hər tərəfində və hər gün təmizlik, abadlıq işləri həyata keçirilir. Bu işlər rayonun ekoloji təmizliyinə çox böyük fayda verir. Təmizlik işləri, qeyd etdiyimiz kimi, kütləvi xarakter alıb. Yüzlərlə insanın təmizliklıə məşğul olduğunu desək yanılmarıq. Müxtəlif ərazilərdə hər gün təkrar-təkrar süpürülür, yerə atılan tullantılar yığışırılır, rayonda yaşıllığın qorunmsı üçün ağaclara aqronomik qulluq göstərilir. Ayrı-ayrı yerlərdə qoyulan zibil qutular rayonda aparılan abadlıq işlərindən xəbər verir. Ən yaxşı hal isə odur ki, küçələri, parkları, səkiləri təmiz görən sakinlər bu yerləri bir daha zibilləmirlər. Sakinlərin əksəriyyəti tullantıları zibil qutularına atırlar.
M.Abdulov çıxışında qeyd edib ki, rayon Gigiyena və Epidemiolgiya Mərkəzi 1 ay ərzində yaşayış məntəqələrinin sanitariya təmizliyi ilə bağlı yoxlamalar keçirmiş, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün müvafiq təkliflər vermiş, yol verdikləri nöqsanlara görə bir necə məsul şəxs cərimə edilmişdir.

Daha sonra çıxış edən Abşeron rayon İcra Hakimiyyəti başçısının müavinləri Məhəmməd Hüseyinov, Fuad Cəbrayılov , İlham Quluyev , Sərviz Suleymanov və Mənzil Kommunal Təsərrüfat Birliyinin müdiri Hüseyin Hüseyinov bildiriblər ki, rayon rəhbəri İradə Gülməmmədovanın tapşırıq və tövsiyələrinə uyğun olaraq son illər Abşeron rayonu ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində rayonun kənd və qəsəbələrində yeni parklar, yaşayış məntəqələrində nümunəvi məhəllələr salınmış, çoxmənzilli yaşayış binalarında isə əsaslı təmir işləri aparılmış, park və məhəllələrdə müasir oturacaqlar, uşaq idman-oyuncaq elementləri quraşdırılmış, yol kənarlarına və yeni salınmış yaşıllıq sahələrinə dekorativ ağac növləri əkilmişdir.

Çıxışçılar qeyd ediblər ki, Xırdalan şəhərində və Ceyranbatan qəsəbəsində bina sakinlərinin ümumi narazılığını və ətrafda mövcud olan antisanitar vəziyyəti nəzərə alaraq qeyri-qanuni zəbt edilərək çəpərlənmiş ərazilərdə çəpərlər və yararsız tikililər sökülüb, həmin ərazilər məişət tullantılarından təmizlənib. Ayrı-ayrı şəxslər tərəfindən quraşdırılmış primitiv köşklər, müxtəlif ölçülü dəmir qarajlar ləğv olunub, onların yanına yığılmış məişət avadanlıqları və tullantıları götürülüb. Eyni zamanda qurumuş ağacların, metal qırıntısı və digər lazımsız əşyaların ərazidən götürülməsi, qoca ağacların budanması işləri həyata keçirilib. Hazırda ərazidə texnikalar işləyir, abadlıq-təmizlik işləri davam etdirilir.

Bildirib ki, bəzi binaların zirzəmisinə su yığıldığı müəyyənləşib. Həmin ərazilərdən nümunələr götürülüb. Axıntıların səbəbləri araşdırılıb. Məlum olub ki, problem alt paylayıcı qurğularda və kanalizasiya xətlərindədir. Analoji işlər ilin əvvəlində də aparılıb. Nəticədə zirzəmilərə axıntıların qarşısı alınıb. Su itkiləri minimuma enib. Sanitar vəziyyət yaxşılaşıb. Lakin bu hələ problemin tam həlli demək deyil. Bu gün Xırdalan şəhəri ilə yanaşı Abşeron rayonunun bütün kənd və qəsəbələrinin infrastukturu tamamilə yenilənir, mövcud problemlər və çatışmamazlıqlar tədricən aradan qaldırılır.

Sonra çıxış edən bir neçə bələdiyyə sədri və icra nümayəndəsi qeyd ediblər ki, rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova kiçik bir dalanda da aparılan təmir-tikinti işlərinə özü baş çəkir, işin gedişi ilə maraqlanır, problem yaranırsa, onu yerindəcə həll edir, sakinlərlə görüşür, onların arzu və istəklərini nəzərə alır. Nəticədə rayonun hər yerində yeni binalar ucaldılır, bərpa edilir, yollar genişləndirilir, kommunikasiya xətləri dəyişdirilir və sair. Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovun daimi nəzarəti əsasında həyata keçirilən abadlıq, təmizlik işlərinin keçirilməsində əsas məqsəd rayon ərazisində, küçə və məhəllələrdə abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, yaşayış evlərini, həyətləri, məhəllələri, küçələri daha təmiz və səliqəli saxlamaq, salınmış yaşıllıqları qorumaq, ağaclar, bitkilər əkməklə yeni-yeni yaşıllıq zolaqları yaratmaq, rayonu abadlaşdırmaqla yanaşı, həm də vətəndaş məmnunluğunu qazanmaqdır.

Müşavirədə İcra Hakimiyyətinin başçısı İ.Gülməmmədova bu sahədəki mövcud vəziyyət, buraxılmış nöqsanlar və görüləcək tədbirlərlə bağlı məlumat verib.
İ.Gülməmmədova qeyd edib ki, biz elə etməliyik ki, sakinlərimiz qaz, işıq, su ilə davamlı şəkildə təmin olunsunlar. İşıq problemi Abşeronda çoxdan aradan qaldırılıb. İçməli su, kanalizasiya problemləri isə qalır. Bu problemlər bu il və gələn illərdə bizim üçün əsas problemlərdir. Çalışmalıyıq ki, Abşeronun bütün kənd və qəsəbələri içməli su ilə təmin olunsun, kanalizasiya xətləri tikilsin.

İ.Gülməmmədova rayon ərazisində məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara cavab verən tərzdə qurulması və idarə edilməsi, bu prosesin mütəşəkkil qaydada həyata keçirilməsi ilə bağlı bir daha tapşırıq və tövsüyələrini verib

Yığıncağının sonunda rayonun ictimai-siyasi və mədəni həyatında və rayonda aparılan abadlıq-quruculuq işlərində fərqlənən bir qrup şəxsə Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.

Şamo Əliyev

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib