Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalanda daha bir neçə nümunəvi məhəllə salınır

Tarix:5-07-2017, 23:47

Xırdalanda daha bir neçə nümunəvi məhəllə salınır


Son 2 ildə Xırdalan şəhərində çoxmənzilli yaşayış binalarının həyətlərində qanunsuz zəbt edilmiş 700-dən çox daş və ya metal torla hasarlanmış ərazi sökülərək təmizlənmiş, bəzi məhəllələrdə park və uşaqlar üçün meydança olmaqla nümunəvi məhəllə yaradılmışdır.Hazırda Xırdalan şəhərində , rayonun kənd və qəsəbələrində məhəllədaxili ərazilərdə əhalinin gəzintisi və istirahəti üçün müvafiq şəraitin yaradılması işləri davam etdirilir.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın təşəbbüsü ilə icrasına başlanılmış "Nümünəvi məhəllə" layihəsi çərçivəsində abadlıq-quruculuq işləri yüksək templə davam etdirilir. Ötən 2 il müddətində layihə çərçivəsində nəzərdə tutulmuş tədbirlər uğurla icra edilib, rayonun müxtəlif ərazilərində 40-a yaxın nümunəvi məhəllə yaradılaraq sakinlərin ixtiyarına verilib.

Rayon rəhbəri İradə Gülməmmədovanın daimi nəzarəti əsasında həyata keçirilən abadlıq, təmizlik işlərinin keçirilməsində əsas məqsəd rayon ərazisində, küçə və məhəllələrdə abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, yaşayış evlərini, həyətləri, məhəllələri, küçələri daha təmiz və səliqəli saxlamaq, salınmış yaşıllıqları qorumaq, ağaclar, bitkilər əkməklə yeni-yeni yaşıllıq zolaqları yaratmaq, rayonu abadlaşdırmaqla yanaşı, həm də vətəndaş məmnunluğunu qazanmaqdır.

Görülən işlərin tərkib hissələrindən biri olan “Nümünəvi məhəllə” layihəsi çərcivəsində Xırdalan şəhərində əhalinin asudə vaxtlarının xoş və səmərəli keçirmələri üçün nümunəvi abad məhəllələr yaradılır. Məhz belə həyətlərdən biri də 28-ci məhəllədə, 7, 8, 9, 10, 11, 12, 14 nömrəli çoxmərtəbəli yaşayış binaların əhatə etdiyi ərazidə işlər davam edir.

Əsas etibarı ilə 2000 nəfərə yaxın sakinin yaşadığı 7 çoxmənzilli yaşayış binalarının əhatə etdiyi məhəllədə əsaslı təmir işləri çərcivəsində binaların giriş hissəsi təmir olunur, pilləkənlər yenidən qurularaq aqlay döşənir.Burada səkilərə yeni bordür daşları düzülür, sakinlərin istirahəti üçün geniş söhbətgah quraşdırılacaq, həyət boyunca oturacaqlar qoyulacaq.Ərazidə əsaslı təmizlik işləri aparılıb, zəbt olunaraq hasarlanmış bağ sahələri, qanunsuz qaraj və digər tikililər sökülüb, yeri təmizlənib, həyətə və ətraf əraziyə yeni asfalt örtüyü çəkilib.

Ərazidə yaşayan rayon sakini Kamalə Namazova görülən işlərin hamının ürəyincə olduğunu bildirdi: "İndi rayonun hər tərəfində abadlıq işləri aparılır. 22 ildir bu rayonda yaşayıram, amma belə genişmiqyaslı abadlıq işlərinin şahidi olmamışam. Yaşadığımız binanın arxa tərəfi bərbad vəziyyətdə idi. Orada “Nümünəvi məhəllə”nin yaradılacağını eşidəndə çox sevindik. İndi səbirsizliklə abadlıq işlərinin yekunlaşmasını gözləyirik”.

Digər rayon sakini Şahlar Nəsirov isə qeyd etdi ki, son vaxtlar Abşeron rayonunda aparılan genişmiqyaslı yaşıllaşdırma işləri göz oxşayır: “ Xırdalanda bundan əvvəl də bir neçə nümunəvi məhəllə yaradılıb. Əksər yaşayış binalarının qarşısında mini-parklar, geniş yaşıllıqlar salınıb. Görülən işlərin nəticəsidir ki, Xırdalan şəhəri ən gözəl və baxımlı məkanlardan birinə çevrilib”.

Rayon sakini Nicat Muradovun sözlərinə görə, son vaxtlar rayonda görülən işlər sakinlərin arzularının reallaşmasına səbəb olur: “Abşeron rayonunda həqiqətən də böyük işlər görülür - park və bağlar salınır, yollarımız yenidən qurulur. Vaxtilə zibillə çirklənmiş ərazilər təmizlənir, yerində abad məhəllələr salınır. «Nümünəvi məhəllə" layihəsi çərçivəsində yeni zibil qutuları qoyulur. Abadlıq-quruculuq işləri çərçivəsində qanunsuz tikililər, çəpərlər sökülərək ləğv edilir”.

Şamo Əliyev

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib