Məmmədova Nazilə Teymur qızı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 iyul 2017-ci il tarixli 01-09-1514/16 saylı razılıq məktubu və Abşeron Rayon İcra Hakimiyyəti başçısının 11 iyul 2017-ci il tarixli 66 saylı əmrinə əsasən Abşeron Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
TƏRCÜMEYİ-HAL
Məmmədova Nazilə Teymur qızı 1965-ci ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhərində 32 saylı orta məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət Universitetinin (Indiki Bakı Dövlət Universiteti –red) Tarix fakültəsinə daxil olub və 1987-ci ildə fərqlənmə diplomu ilə bitirib. Həmin ildən Bakı şəhərində 242 saylı orta məktəbdə tarix müəllimi işləyib. 1992-ci ildən isə Bakı şəhər Nizami rayonunda 32 saylı orta məktəbdə müəllimlik fəaliyyətini davam etdirib. N.Məmmədova 1998-ci ildə Bakı şəhəri Təhsil İdarəsi tərəfindən "İlin ən yaxşı müəllimi" adına layiq görülüb.
2000-2004-ci illərdə 32 saylı orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 2004-2017-ci illərdə 45 saylı orta məktəbin direktoru vəzifəsində çalışıb.
Nazilə Məmmədovanın rəhbərlik etdiyi müddətdə 45 saylı orta məktəb 2012-ci ildə keçirilən “İlin ən yaxşı məktəbi” müsabiqəsində iştirak edərək I yerə çıxıb. İşlədiyi müddətdə dəfələrlə Nizami rayon İcra Hakimiyyəti, Nərimanov rayon İcra Hakimiyyəti, Nərmanov Rayon Təhsil şöbəsi, Bakı Şəhər Təhsil İdarəsi və Təhsil Nazirliyi tərəfindən fəxri fərman və diplomlarla , Xarici ölkələrdə keçirilən Beynəlxalq və Respublikamızda keçirilən bir çox kursların iştirakçısı olaraq I dərəcəli sertifikatlarla təltif olunub.
Nazilə müəllim müxtəlif qəzet, jurnal və toplularda dərc olunmuş 350-dən çox elmi məqalənin müəllifi, Avropa Təbii Elmlər Akademiyasının üzvüdür.
Ailəlidir, 4 övladı var.
Hörmətli Nazilə müəllim! Bir daha sizi və hazırda rəhbəri olduğunuz kollektivi təyinatınız münasibəti ilə təbrik edir və inanırıq ki, Təhsil sahəsindəki gərgin əməyiniz, prinsipial mövqeyiniz, çevik və cəsarətli addımlarınız sayəsində əldə etdiyiniz nailiyyətlər Abşeron Təhsilinə öz töhfəsini verəcəkdir.
Şamo Əliyev