Abşeron qəzetinin yeni sayı
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
20-07-2017, 12:51 Oxunub: 1229

2017-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunları Abşeron rayonunda da müzakirə edilib.

2017-ci  ilin 6 ayının  sosial-iqtisadi inkişafının yekunları Abşeron rayonunda da müzakirə edilib.


Abşeron Rayon İcra Hakimiyyətinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova iyulun 12-də Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin çıxışına toxunaraq, dövlət başçısının dünyada təhlükələrin artdığını, iqtisadi böhranın daha da dərinləşdiyini və bütün ölkələrin bu böhrandan müxtəlif formada əziyyət çəkdiyi bir dövrdə Azərbaycanda uğurlu inkişafın təmin edildiyini, ictimai-siyasi vəziyyətin sabit qaldığını bildirdiyini iştirakçıların diqqətinə çatdırıb.
Sonra İcra Hakimiyyəti başçısının müavini İlham Quliyevin 2017-ci ilin birinci yarısının rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı məruzəsi dinlənilib.
Bildirilib ki, Abşeron rayonu 2017-cı il də daxil olmaqla artıq 8 ildir ki, dotasiya almadan yerli gəlirlər hesabına büdcənın formalaşdırılmasını təmin edir. Hesabat dövründə rayonda abadlıq-quruculuq, əhalinin elektrik enerjisi, içməli su, təbii qazla təchizatı, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir. 2017-ci ilin ötən dövrü ərzində rayonun daxili imkanları hesabına Masazır kəndində Hüseyn Arif küçəsində 1 kilometr uzunluğunda, Xırdalan şəhərində 5 nöpmrəli məktəbə gedən 600 metr uzunluğunda yola asfalt örtük verilmişdir. Məmmədli kəndində magistral yolun kənarı boyunca qrunt sularının axıdılması üçün 300 mm diametrli polietilen borularla 1000 metr uzunluğunda su ötürücüsünün inşa olunması işləri başa çatdırılmışdır. “ Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq və Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ayrılmış vəsait hesabına Mehdiabad-Digah-Məmmədli, Mehdiabad-Novxanı və Lökbatan-Qobu yollarının əsaslı yenidən qurulması işlərində son tamamlama işləri görülməkədir. Bakı-Quba və Bakı-Şamaxı magistral avtomobil yollarının Abşeron rayonundan keçən hissəsində 5 yerdə yerüstü keçidin inşası işləri həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, çoxmənzilli yaşayış binalarının təmiri ilə bağlı Ceyranbatan qəsəbəsi ərazisində əsaslı təmirə ehtiyac olan 12 çoxmənzilli yaşayış binası müəyyənləşdirilmiş, artıq bunlardan 7 beşmərtəbəli yaşayış binasında təmir işləri tamamilə başa çatdırılmış, digər 5 binanın təmiri işləri həyata keçirilməkdədir. Əhalinin sabit elektrik enerjisi ilə təminatı ilə bağlı yaşayış məntəqələrində 14 ədəd yeni transformator quraşdırılıb,Qobu qəsəbəsində 110 kv-luq, Xırdalan şəhəri və Masazır kəndində isə 35 kv-luq yarımstansiyaların tikintisi, şəhər ərazisində 3 yarımstansiyanı birləşdirəcək dairəvi 35 kilovoltluq xəttin çəkilişi işləri başa çatmış, Xırdalan şəhərində əlavə olaraq 1 yeni 35 kv-luq yarımstansiyanın tikintisinə başlanılmışdır. Azərsu Açıq Səhmdar Cəmiyyəti tərəfindən Novxanı kəndində başlanılmış və uzunluğu 13.2 km olan içməli su və 6.6 km uzunluğunda olan magistral kanalizasiya xəttinin çəkilişində son tamamlama işləri görülməkdədir. 2017-ci ilin ötən müddəti ərzində sahibkarlıq fəaliyyəti yaradılmış əlverişli şəraitin nəticəsi olaraq rayon ərazisində 2735 yeni iş yaradılmışdır. Hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon ərazisində fəaliyyət göstərən sahibkarlara 5 milyon manat güzəştli kredit verilmişdir. Rayon sahibkarları tərəfindən ixracyönümlü məhsul istehsalına diqqət artmış, rayon ərazisində fəaliyyət göstərən 34 şirkət tərəfindən istehsal olunan 298 adda məhsulun xarici bazarlara çıxarılması üçün “Azexport.az” saytında müvafiq məlumatlar yerləşdirilmişdir. Hesabat dövründə 664 hektar sahədə tərəvəz əkilib. Rayon ərazisində 362 hektar sahədə 368 istixananın mövcuddur və bu sahələrdən 2017-ci ilin 6 ayı ərzində 66 milyon kq-dək məhsul əldə edilmişdir. Hazırda rayon ərazisində tərəvəz bitkiləri yetişdirmək üçün 8 sahibkar tərəfindən 43.1 hektar sahədə istixanaların tikintisi həyata keçirilir. Eyni zamanda nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq rayonun kənd təsərrüfatı torpaqlarında zeytun və badam bağlarının sahələrinin genişləndiriməsi istiqamətində işlərə başlanılmışdır. Hazırda Aşağı Güzdək ərazisində 330 hektar sahədə zeytun əkilməsi ilə bağlı işlər sürətlə davam etdirilir. Artıq 51 hektar ərazidə 21 min ədəd zeytun tingi əkilmişdir. Eyni zamanda keçmiş 3 saylı zeytun sovxozunun ərazisində yeni badam bağlarının salınması məqsədilə 210 hektar torpaq ayrılmış və bunun artıq 80 hektarı salınmışdır. Artıq 6 ildir ki, Abşeron rayonu dotasiya almadan bütün xərclərini yerli daxilolmalar hesabına maliyyələşdirir.

Yığıncaqda təhsil, səhiyyə, sənaye sahələrindəki vəziyyət ətraflı təhlil edilib. Məruzə və çıxışlarda qazanılmış uğurlardan, həyata keçirilən layihələrdən ətraflı söhbət açılıb, işdə yol verilən nöqsanlar təhlil edilib, mövcud problemlərlə bağlı təkliflər səsləndirilib.

İclasa yekun vuran İradə Gülməmmədova rayonun kənd və qəsəbələrində yaşayan sakinlərlə səyyar-qəbulların keçirildiyini, əhalinin qarşılaşdığı problemlərlə yerlərdə maraqlanıldığını və həlli istiqamətində addımların atıldığını qeyd edib. Kənd və qəsəbələrdə sakinlərin əsasən su, işıq və kanalizasiya ilə bağlı problemlərinin olduğunu qeyd edən icra hakimiyyətinin başçısı bu istiqamətdə lazimi göstəriş və tapşırıqları verib.

Şamo Əliyev

2017-ci  ilin 6 ayının  sosial-iqtisadi inkişafının yekunları Abşeron rayonunda da müzakirə edilib.
2017-ci  ilin 6 ayının  sosial-iqtisadi inkişafının yekunları Abşeron rayonunda da müzakirə edilib.
2017-ci  ilin 6 ayının  sosial-iqtisadi inkişafının yekunları Abşeron rayonunda da müzakirə edilib.
2017-ci  ilin 6 ayının  sosial-iqtisadi inkişafının yekunları Abşeron rayonunda da müzakirə edilib.
2017-ci  ilin 6 ayının  sosial-iqtisadi inkişafının yekunları Abşeron rayonunda da müzakirə edilib.
2017-ci  ilin 6 ayının  sosial-iqtisadi inkişafının yekunları Abşeron rayonunda da müzakirə edilib.
2017-ci  ilin 6 ayının  sosial-iqtisadi inkişafının yekunları Abşeron rayonunda da müzakirə edilib.
2017-ci  ilin 6 ayının  sosial-iqtisadi inkişafının yekunları Abşeron rayonunda da müzakirə edilib.
2017-ci  ilin 6 ayının  sosial-iqtisadi inkişafının yekunları Abşeron rayonunda da müzakirə edilib.
XƏBƏR LENTİ
Dünən, 16:34 | Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşübDünən, 14:37 | Digah məktəbinin kollektivi leykozdan əziyyət çəkən şagirdə baş çəkibDünən, 12:12 | Suriyanın şimalında əməliyyatlar başlanandan öldürülən terrorçuların sayı 550-yə çatıbDünən, 12:09 | Masazır dairəsindən “Gənclər şəhərciyi” istiqamətində köməkçi yolda hərəkət tam məhdudlaşdırılıbDünən, 12:00 | Prezident İlham Əliyev Qazaxıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib11-10-2019, 15:33 | İradə Gülməmmədova Görədil sakinlərilə görüşdü10-10-2019, 16:23 | Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib10-10-2019, 15:43 | Uşaqlara qayğı ölkənin gələcəyinə qayğıdır10-10-2019, 11:52 | Səyyar “ASAN xidmət” Xırdalanda10-10-2019, 11:42 | Komitə sədri: “Bu gün ən ağrılı problemlərdən biri köçürülmə ilə bağlıdır”10-10-2019, 11:40 | Prezident İlham Əliyev Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya nazirini qəbul edib10-10-2019, 10:21 | Əli Əsədov Baş Nazir kimi ilk onunla görüşdü10-10-2019, 10:17 | Noyabrda ardıcıl 3 gün iş olmayacaq10-10-2019, 10:04 | Dağlıq Qarabağın azərbaycanlı icması Şuşadakı məscidin ermənilər tərəfindən “təmir-bərpası”nı pisləyən bəyanat yayıb10-10-2019, 09:57 | Azərbaycan yığması Bəhreyn millisinə qalib gəlib10-10-2019, 09:48 | Türkiyə hərbçiləri terrorçulara məxsus 181 sığınacağı məhv edib9-10-2019, 16:03 | Ərdoğan və Putin Suriyadakı vəziyyəti müzakirə ediblər9-10-2019, 15:52 | Prezident İlham Əliyev Rusiya nümayəndə heyətini qəbul edib9-10-2019, 13:36 | Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanı qəbul edib9-10-2019, 12:55 | Oktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündür9-10-2019, 10:13 | Polşa portalında Yanardağ haqqında məqalə yer alıb9-10-2019, 10:10 | Abşeronun bəzi yerlərində qaz olmayacaq