Abşeron qəzetinin yeni sayı
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
22-08-2017, 13:16 Oxunub: 413

Abşeronda Cəbrayıl və Füzuli rayonlarından olan şəhid ailələri ilə görüş keçirilib

Abşeronda Cəbrayıl və Füzuli rayonlarından olan şəhid ailələri ilə görüş keçirilib


Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin növbəti il dönümündə bu rayonlardan olan və Abşeronda məskunlaşan şəhid ailələri ilə görüş keçirilib. Abşeron rayon İcra Hakimiyyətində baş tutan tədbir Azərbaycanın bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəzsinə ucalan hərbçilərimizin əziz xatirəsini bir dəqiqəlik sukutla yad etməklə başlayıb.

Toplantıda çıxış edən İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov Qarabağ şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıq və göstərişləri ilə bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, respublikamızın hər yerində olduğu kimi, Abşeron rayonunda da torpaqlarımızın bütövlüyü uğrunda şəhid və əlil olmuş insanların ailə üzvləri qayğı ilə əhatə edilmiş, onların problemlərinin həlli istiqamətində xeyli iş görülmüşdür.

Düşmən tapdağında olan torpaqlarımızın işğal altından azad edilməsi istiqamətində dövlət tərəfindən uğurlu siyasət aparıldığını qeyd edən başçının müavini bildirib ki, cənab prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çox tez bir zamanda biz öz dədə-baba yurdlarımıza qayıdacağıq.

Görüşdə Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlərə toxunan F. Cəbrayılov qeyd edib ki, bu kateqoriyadan olan soydaşlarımız hər zaman diqqət və qayğı ilə əhatə olunublar. Qaçqın və məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. Qaçqın və məcburi köçkünlərin maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Bu istiqamətdə atılan mühüm addımlardan biri də martın 9-da Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirənin keçirilməsi oldu. Mehriban Əliyeva müşavirədəki çıxışında vurğuladı ki, görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşayır və bu istiqamətdə işlərin sürətləndirilməsi üçün təxirəsalınmaz addımlar atılmalıdır. Birinci vitse-prezident bildirdi ki, Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir.

Daha sonra Füzuli və Cəbrayıldan olan şəhid ailələri torpaqlarımızın tezliklə azad ediləcəyinə, məcburi köçkünlərin ata-baba yurdlarına dönəcəklərinə inandıqlarını bildirərək onlara göstərilən qayğı və diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Sonda şəhid ailələrinə maddi yardımlar göstərilib.

Məlumat üçün bildirək ki, hal-hazırda Abşeron rayonunda 1870 (7 min nəfər) Cəbrayıl və 1243 (4710 nəfər) Fizuli rayonundan məcburi köçkün ailəsi məskunlaşıb.

Şamo Əliyev

Abşeronda Cəbrayıl və Füzuli rayonlarından olan şəhid ailələri ilə görüş keçirilib
Abşeronda Cəbrayıl və Füzuli rayonlarından olan şəhid ailələri ilə görüş keçirilib
Abşeronda Cəbrayıl və Füzuli rayonlarından olan şəhid ailələri ilə görüş keçirilib
Abşeronda Cəbrayıl və Füzuli rayonlarından olan şəhid ailələri ilə görüş keçirilib
Abşeronda Cəbrayıl və Füzuli rayonlarından olan şəhid ailələri ilə görüş keçirilib
Abşeronda Cəbrayıl və Füzuli rayonlarından olan şəhid ailələri ilə görüş keçirilib
XƏBƏR LENTİ
21:42 | 24 nömrəli körpələr evi-uşaq bağçasında "açıq məşğələ" 20:41 | 1 saylı uşaq bağçasında “Milli Musiqi günü” münasibətilə tədbir keçirildi 16:02 | Xırdalan şəhər 24 saylı uşaq bağçasından reportaj-ARB Günəş 15:22 | Abşeron rayonunda” Milli Musiqi Günü “ qeyd edildi. 01:48 | Xırdalan şəhər 2 saylı məktəbdə 15 senyabr "Bilik günü" qeyd olundu 01:24 | Xırdalan şəhərində kino mövsümünün açılışı günü qeyd olundu 21:17 | Abşeron rayon İcra hakimiyyətinin və Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun dəstəyi ilə İslam həmrəyliyi ilinə həsr edilmiş tədbir keçirilmişdir 20:38 | Xırdalan şəhər 27 saylı Uşaq bağçası və körpələr evində yeni dərs ilinin başlanması qeyd olundu 17:54 | Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecində Bilik günü qeyd olundu 17:45 | Rayon rəhbərliyi Mehdiabad qəsəbəsi 4 saylı məktəbdə oldu 17:07 | Bakı Mühəndislik Universitetində "Bilik günü" qeyd olundu 15:53 | Abşeron rayonunda 15 sentyabr "Bilik günü" qeyd olundu 15:01 | Xırdalan şəhər 3 №-li uşaq bağçasında “Bilik günü” keçirilib 00:34 | Bu gün ölkəmizdə "Bilik günü" keçirilir 22:34 | Abşeronda Bilik gününə həsr olunmuş təsnifat turniri keçirilib. 21:57 | 1 saylı körpələr evi–uşaq bağçasında "Bilik günü" tədbiri keçirilib 22:22 | Ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdü təyin olunub - SİYAHI 21:32 | Abşeron Rayon Təhsil Şöbəsində Təhsil Şurasının iclası keçirilib 20:23 | Xırdalan 2 saylı məktəb təmayülləşmə üzrə eksperimentə başlayır 19:24 | Mülki müdafiə ilə bağlı maarifləndirici seminarlar keçirilir 19:22 | Abşeron rayonunda sentyabr konfransının bölmə iclasları keçirilib 21:46 | AZTV-Abşeronda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib