Absheron Media
Haqqımızda Bizimlə əlaqə

HƏR BİR UĞURLU İNKİŞAFIN ƏSASINDA BİLİK DAYANIR

Tarix:25-08-2017, 18:17

HƏR BİR UĞURLU İNKİŞAFIN ƏSASINDA BİLİK DAYANIR


Memarı ümumilli liderimiz Heydər Əliyev olan təhsil strategiyası bu gün dövlət başçısı İlham Əliyevin hərtərəfli qayğısı ilə yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir.

Son illər məktəbəqədər təhsil müəssisələrində yenidənqurma işlərinin aparılmasına, habelə yeni uşaq bağçaların tikintisi məsələlərinə də xüsusi yer ayrılır. Prezident İlham Əliyev hesab edir ki, məktəbəqədər təhsilin səviyyəsinin yüksəldilməsi, ilk növbədə, müəllim və uşaqlar üçün yaradılmış maddi-texniki imkanlardan asılıdır. Keçmiş Sovetlər Birliyi dövründə inşa edilmiş məktəbəqədər təhsil müəssisələri hazırki tələblərə cavab vermədiyindən, ən müasir infrastruktura malik müasir tipli bağçaların tikilərək istifadəyə verilməsi olduqca vacibdir. Ölkə başçısının bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi kimi ötən illərdə yüzlərlə yeni uşaq bağçası və əlavə korpus tikilmiş, həmçinin məktəbəqədər müəssisələrinin əsaslı təmiri və bərpası, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır.

Bu bir həqiqətdir ki, hər bir uğurlu inkişafın əsasında bilik dayanır. Onu isə yaradan da, quran da, tədbiq edən də insandır. Elə buna görə də təhsil biliklərin əldə edilməsi, fəaliyyətdə tədbiq edilməsi üçün ən vacib amil hesab edilir. Milli təhsilimizin inkişafında isə Heydər Əliyev Fondunun rolu danılmazdır.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən irəli sürülən ideyaların hər birinin mahiyyətində Azərbaycanın bu günü və gələcəyi ilə bağlı arzular ifadə olunur. Fond ilk günlərdən Azərbaycan təhsilinin inkişafına özünün başlıca fəaliyyət istiqamətindən biri kimi müəyyənləşdirilmişdir. Bu da təsadüfi deyildir. Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradan cənab İlham Əliyev elm və təhsilin problemlərini də diqqət mərkəzində saxlayır.

Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biri kimi təhsil sferasını seçməsi qətiyyən təsadüfü olmayıb, dünyanın müasir inkişaf stixiyasından irəli gəlir. Fondun fəaliyyətinin ilk mərhələsində bu istiqamətdə gördüyü işlər sırasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə respublikamızın müxtəlif bölgələrində reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı müstəsna əhəmiyyət kəsb edir. Layihə təkcə paytaxtı deyil, rayonları da əhatə edir ki, bu da bölgələrdə təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasına yönələn mühüm addımlardan biridir. Layihə çərçivəsində tikilmiş bütün təhsil ocaqları müasir avadanlıqlar, istilik sistemi, zəngin kitabxana, əyani vəsait və kompüter avadanlığı ilə təchiz olunmuşdur. Fondun təhsillə bağlı həyata keçirdiyi proqramlardan biri “Təhsilə dəstək” layihəsidir. Bu layihə məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidənqurulmasını da əhatə edir və bu da təsadüfi deyildir. Məktəbəqədər təhsil uşaqların intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında, məktəbə hazırlanmasında, onlarda mədəni keyfiyyətlərin, yaradıcılıq hislərinin, həyati bacarıqlarının formalaşmasında mühüm rol oynayır. Elə maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli də məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur.

Fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində bölgələrdə və Bakı kəndlərində bir çox uşaq bağçaları əsaslı təmir olunaraq, müasir avadanlıqlarla təchiz edilmişdir. Bakının N.Nərimanov rayonunda akademik Zərifə Əliyeva adına uşaq bağçası və Binə qəsəbəsindəki uşaq bağçaları yenidən qurularaq ən müasir standartlara uyğunlaşdırılmışdır. Abşeron rayonunda da bütün bağçalar əsaslı təmir olunmuş, yeni uşaq bağçaları tikilmişdir.

Fond tərəfindən həyata keçirilən genişmiqyaslı proqramlardan biri də “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramıdır. Bu proqram çərçivəsində Bakıda və Abşeronda yerləşən, demək olar ki, hər bir uşaq evi və internat məktəbi əsaslı təmir olunmuş, texniki təchizatı daha da yaxşılaşdırılmışdır.
Fondun təhsillə bağlı fəaliyyətində xüsusi diqqət yetirdiyi məsələlərdən biri də inklüziv təhsildir ki, bu da Azərbaycan cəmiyyəti üçün nisbətən yeni olan bir sahədir. “İnklüziv təhsil” modeli xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili ilə yanaşı, omların həyata transformasiyasını və inkişafını nəzərdə tutur. Bu sahədə də fondun tarixi xidmətləri var.


Leyla BAYRAMOVA, Abşeron rayonu Xırdalan şəhər 24 nömrəli körpələr evi-uşaq bağçasının müdiri

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib