Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü ilə əlaqədar Bakı Dövlət İqtisadiyyat və Humanitar kolecində tədbir keçirib.
Azərbaycan respublikasının dövlət himni səsləndi, tədbiri giriş sözü ilə açan kolecin direktoru Rüxsarə Əliyeva ötən 25 ildə şərəfli yol keçmiş Yeni Azərbaycan Partiyasının möhtəşəm siyasi, iqtisadi uğurlarından söz açıb. Vurğulayıb ki, bu gün öz ətrafında yarım milyondan çox insanı birləşdirən Yeni Azərbaycan Partiyası nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib. O deyib: “Heç şübhəsiz ki, bu nailiyyətlər ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz təməlin və bu gün ölkə Prezidenti, partiyamızın sədri cənab İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasətin nəticəsində mümkün olub.
Direktor bildirdi ki, Yeni Azərbaycan Partiyasının üzvləri sırasına dövlət və elm xadimləri, ziyalılar, tanınmış şəxsiyyətlər, mədəniyyət adamları ilə yanaşı, respublikamızın fəal, aparıcı gəncləri də daxil olub və bu gün onlar Yeni Azərbaycan Partiyasına öz töhfələrini verməkdədirlər.
Yeni Azərbaycan Partiyasının yaranma tarixindən danışan YAP rayon təşkilatının sədir müavini İLham Manafov partiyanın 1992-ci ildə noyabrın 21-də, Azərbaycanda yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə meydana gəldiyini və o dövrdə çox çətin günlər yaşayan Naxçıvanda təsis konfransının keçirildiyini xatırladıb. O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkəmizin müstəqilliyinin qorunması, saxlanılması və möhkəmləndirilməsində böyük işlər görüb. Partiyanın yaranmasından bir il sonra - 1993-cü ilin oktyabrında böyük Heydər Əliyevin böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqımızın öz tarixinə və taleyinə, torpağına və dövlətçiliyinə necə bağlı olmasının, Yeni Azərbaycan Partiyası ətrafında necə sıx birləşməsinin və Ulu Öndərə olan sarsılmaz məhəbbətinin əyani təzahürü idi.
Azərbaycan prezidenti yanında "Bilik fondu" nun rəsmisi Ceyhun Musaoğlu çıxış edərək diqqətə çatdırıb ki, hazırda dünyanın inkişaf etmiş, demokratik prinsiplərinə sadiq, hüquqi dövlətləri sırasında mühüm yeri olan Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində Yeni Azərbaycan Partiyasının xidmətləri danılmazdır və misilsizdir. Yeni Azərbaycan Partiyası ötən dövr ərzində dövləti fəaliyyəti ilə yaşayıb və inkişaf edib. Bu baxımdan da əldə olunan bütün nailiyyətləri həm də partiyanın uğurları kimi qeyd etmək lazımdır.
Abşeron rayon İcra Hakimiyyətinin məsul işçisi Hafiz Mikayılov çıxışında qeyd edib ki, Abşeron rayonunda hər il olduğu kimi Yeni Azərbaycan Partiyasının yaranması ilə bağlı silsilə tədbirlər keçirilməkdədir. Rayon İcra Hakimiyyəti Başçısı İradə xanım Gülməmmədovanın rəhbərliyi ilə günü-gündən inkişaf edən, gözəlləşən və güclənən rayonumuzun hər bir guşəsində bu parlaq siyasi partiyanın əldə etdiyi nailiyyətlərin izi görünməkdədir. Odur ki, hər il doğma partiyamızın yarandığı gün ölkəmizdə özunəməxsus qeyd edilməkdədir.
H. Mikayılov bildirdi ki, ötən 25 il ərzində ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurların təməlində dayanan, yekdil xalq birliyini özündə ehtiva edən və xalqımızın düşdüyü bəlalardan xilas olmasında göstərdiyi xidmətlərdən dolayı böyük siyasi birlik, həmrəylik nümayiş etdirən Yeni Azərbaycan Partiyası hələ uzun illər ərzində Azərbaycan xalqına xidmət göstərəcək güc sahibi, qürur mənbəyi olaraq qalacaqdır.
Sonra kollecin ilk ərazi partiya təşkilatının sədr müavini Məhəmməd Hüseynov çıxış edərək 25 il yubleyi jkeçirilən partiyanın tarixi, dünəni və bu günü barədə geniş məlumat verdi.
Abşeron inforamasiya agentliyi tərəfindən təsis olunan "Fəxri media diplomu" Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Rüxsarə Əliyevaya təqdim edən Anar Nağıyev rəhbərliyə, müəllim və tələbələrə uğurlar arzuladı.
Azərbaycan respublikasının prezidenti yanında "Bilik fondu" kolecin rəhbərliyini və müəllimləri təşəkkürnamə ilə mükafatlandırdı. Sonra kolecin 2017 ci ildə 54 gənc müəlliminə YAP- üzvülük vəsiqələri təqdim edildi. Dahi rəhbər haqqında videoçarx nümayiş edildi. Kolecin tələbələri mahnılar oxuyaraq, şerlər söylədilər.
Sonda xatirə şəkili çəkildi.