Abşeron qəzetinin yeni sayı
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
17-10-2017, 15:18 Oxunub: 621

2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları Abşeron rayonunda da müzakirə edilib.

2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları Abşeron rayonunda da müzakirə edilib.


Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirib ki, artıq 6 ildir ki, Abşeron rayonu dotasiya almadan bütün xərclərini yerli daxilolmalar hesabına maliyyələşdirir və bu il rayonun yerli xərclərindən artıq 23.5 milyon manatın dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulub. 2017-ci ilin ötən müddəti ərzində sahibkarlıq fəaliyyəti yaradılmış əlverişli şəraitin nəticəsi olaraq rayon ərazisində 2735 yeni iş yaradılmışdır. Hesabat dövründə rayonda abadlıq-quruculuq, əhalinin elektrik enerjisi, içməli su, təbii qazla təchizatı, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir.

Hesabat məruzəsi ilə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quliyev bildirib ki, 2017-ci ilin ötən dövrü ərzində rayonun daxili imkanları hesabına Xırdalan şəhərinin Şəhriyar, Lütfizadə, Masazır kəndinin İsmət Qayıbov, Mirvari Dilbazi, Mehdi Hüseyn, Digah qəsəbəsinin Xəqani, Xətai, Bakıxanov, Hökməli qəsəbəsinin Əlağa Vahid, Qobu qəsəbəsinin Səməd Vurğun, Novxanı kəndinin Salatın Əsgərova, Teymur Əliyev, Allahverdi Bağırov, Mehdi Hüseynzadə, Osman Sarıvəlli, Vəli Məmmədov, Saray qəsəbəsinin Hacıbaba Səmədov və Azadlıq, Aşağı Güzdək qəsəbəsinin Həzi Cavadov, Mehdiabad qəsəbəsinin Zərdabi, Məmmədli kəndinin Nəsrəddin Tusi, Molla Pənah Vaqif küçələrində, eləcə də Hökməli-Qobu, Mehdiabad-Fatmayı yollarının kənarlarında abadlaşdırma işləri görülmüş, Mehdiabad qəsəbəsində və Məmmədli kəndində park yenidən qurularaq, istifadəyə verilmişdir. Məmmədli kəndində şəhidlərin xatirəsinə abidə ucaldılaraq ətrafı abadlaşdırılmışdır. Yol infrastrukturunun bərpası və inkişaf etdirilməsi məqsədilə rayonun yaşayış məntəqələrində daxili yollara 16440 kub metr çınqıl tökülərək yayılmış, 109 min kvadratmetr sahə asfaltlanmış, 2510 paqometr səki daşı düzülmüş, piyada səkilərinə 692 kvadratmetr tomet döşənmişdir. Saray qəsəbəsində Vəli Axundov küçəsinin başlanğıcından yeni qəbristanlığa gedən 2 km uzunluğunda yola, Masazır kəndində Hüseyn Arif və Mikayıl Müşviq küçələrində 1600 metr uzunluğunda, Xırdalan şəhərində 5 nömrəli məktəbə gedən 600 metr uzunluğunda yola asfalt örtük verilmişdir. Məmmədli kəndində magistral yolun kənarı boyunca qrunt sularının axıdılması üçün 300 mm diametrli polietilen borularla 1000 metr uzunluğunda su ötürücüsü inşa olunmuşdur. Ötən 9 ayda “Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq və Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ayrılmış vəsait hesabına Mehdiabad-Digah-Məmmədli, Mehdiabad-Novxanı və Lökbatan-Qobu yollarının əsaslı yenidən qurulması işləri həyata keçirilmişdir. Bakı-Quba və Bakı-Şamaxı magistral avtomobil yollarının Abşeron rayonundan keçən hissəsində 4 yerdə yerüstü keçid inşa edilərək istifadəyə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, çoxmənzilli yaşayış binalarının təmiri ilə bağlı Ceyranbatan qəsəbəsi ərazisində əsaslı təmirə ehtiyac olan 12 çoxmənzilli yaşayış binası müəyyənləşdirilmiş, artıq bu binaların hamısında təmir işləri başa çatmışdır. Əhalinin sabit elektrik enerjisi ilə təminatı ilə bağlı yaşayış məntəqələrində 18 ədəd yeni transformator quraşdırılmış, Xırdalan şəhərində əlavə olaraq 1 yeni 35 kv-luq yarımstansiyanın tikintisində son tamamlama işləri görülür. Qobu qəsəbəsində inşa olunmuş 110 kv-luq yarımstansiyaya Qobu və Hökməli qəsəbələrinin qoşulması təmin edilmiş və Güzdək qəsəbəsinin də gələcəkdə bu yarımstansiyaya qoşulması üçün Qobu-Güzdək yolunun üzərində yeni transformator məntəqəsinin tikintisi işləri həyata keçirilir. Məmmədli kəndində yeni yaşayış massivi ərazisində 500 dən çox evin və magistral yolun subasması ilə əlaqədar 850 metr uzunluğunda 1000 mm diametrli xətt çəkilmiş və uzun müddət bununla bağlı mövcud olan problem tamamilə aradan qaldırılmışdır. Hesabat dövründə Novxanı kəndində uzunluğu 13.2 km olan içməli su və 6.6 km uzunluğunda magistral kanalizasiya xəttinin çəkilişi işləri başa çatdırılaraq istifadəyə verilmişdir. Azərbaycan Hökuməti ilə Səudiyyə İnkişaf Fondu arasında bağlanılmış kredit sazişinə əsasən cari ilin iyul ayından Xırdalan şəhərinin su kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsinin icrasına başlanılmışdır. Dəyəri 108 milyon manat olan bu layihənin icrası ilə 2 il ərzində Xırdalan şəhərinin gələcək perspektivi də nəzərə alınmaqla 168 km uzunluğunda müxtəlif diametrli içməli su xəttinin, 108 km uzunluğunda kanalizasiya xətinin çəkilişi işləri həyata keçiriləcəkdir. Artıq bugünədək 19 km içməli su xətti , 9 km uzunluğunda kanalizasiya xətti çəkilmişdir və işlər hazırda davam etməkdədir.

Hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon ərazisində fəaliyyət göstərən sahibkarlara 16 layihə üzrə 11 milyon 439 min manat güzəştli kredit verilmişdir ki, bu layihələr çərçivəsində 189 yeni iş yerinin açılması nəzərdə tutulur. Rayon sahibkarları tərəfindən ixrac yönümlü məhsul istehsalına diqqət artmış, rayon ərazisində fəaliyyət göstərən 34 şirkət tərəfindən istehsal olunan 328 adda məhsulun xarici bazarlara çıxarılması üçün “Azexport.az” saytında müvafiq məlumatlar yerləşdirilmişdir. Ötən illərdə olduğu kimi 2017-ci ildə də Rayonda heyvandarlıq və bitkiçilik məhsulları istehsalının həcmi xeyli artmışdır. Hesabat dövründə 774 hektar taxıl sahəsindən 1164 ton, 664 hektar tərəvəz sahəsindən isə 50227 ton məhsul əldə olunmuşdur. Rayonun iqtisadi potensialına uyğun olaraq sahibkarlar üçün yaradılmış əlverişli şəraitin nəticəsidir ki, bu il rayonun inzibati və təhkim olunmuş kənd təsərrüfatı torpaqlarında 10 sahibkar tərəfindən 45,3 hektar sahədə müasir tipli istixanalar tikilib istifadəyə verilmişdir. Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq rayonun kənd təsərrüfatı torpaqlarında zeytun və badam bağlarının sahələrinin genişləndirilməsi istiqamətində işlər həyata keçirilir. Hazırda Aşağı Güzdək ərazisində 330 hektar sahədə zeytun əkilməsi ilə bağlı işlər sürətlə davam etdirilir. Artıq 22 min ədəd zeytun tingi əkilmişdir. Eyni zamanda keçmiş 3 saylı zeytun sovxozunun ərazisində yeni badam bağlarının salınması məqsədilə 210 hektar torpaq ayrılmış və bunun artıq 80 hektarı salınıb.

Hesabat dövründə Abşeron rayon büdcəsinin yerli gəlirlər proqnozu 24,3 milyon manata qarşı 27.1 milyon manat və ya 111% yerinə yetirilmiş, nəticədə büdcəyə nəzərdə tutulduğundan 2.8 milyon manat əlavə vəsait daxil olmuşdur.

2017-ci ilin 9 ayı ərzində Rayonun yerli büdcəsinin icrası investisiya xərcləri də nəzərə alınmaqla 10.5 milyon manat proqnoza qarşı 8.3 milyon manat və ya 79 % icra olunmuşdur. Rayon ərazisində məskunlaşmış 10390 məcburi köçkün ailəsinin qayğıları da diqqət mərkəzində saxlanılmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 9 mart 2017-ci il tarixdə qaçqınların və məcburi köçkünlərin problemlərinə həsr edilmiş müşavirənin nəticəsi olaraq rayon ərazisində məcburi köçkünlərin mənzillə təminatı sahəsində çox ciddi işlər görülmüşdür. Mehriban xanım Əliyevanın bu il iki dəfə Abşeron rayonu ərazisində inşa olunmuş 414 ailəlik 6 çoxmənzilli yaşayış binanın açılışında iştirakı məcburi köçkünlərə göstərilən diqqət və qayğının əyani təzahürüdür. Masazır kəndində və Mehdiabad qəsəbəsində hər biri 1200 şagird yerlik məktəb binalarında işlər başa çatmaq üzrədir.

Yığıncaqda təhsil, səhiyyə, sənaye sahələrindəki vəziyyət ətraflı təhlil edilib.Məruzə və çıxışlarda qazanılmış uğurlardan, həyata keçirilən layihələrdən ətraflı söhbət açılıb, işdə yol verilən nöqsanlar təhlil edilib, mövcud problemlərlə bağlı təkliflər səsləndirilib.

Şamo Əliyev

2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları Abşeron rayonunda da müzakirə edilib.
2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları Abşeron rayonunda da müzakirə edilib.
2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları Abşeron rayonunda da müzakirə edilib.
2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları Abşeron rayonunda da müzakirə edilib.
2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları Abşeron rayonunda da müzakirə edilib.
2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları Abşeron rayonunda da müzakirə edilib.
2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları Abşeron rayonunda da müzakirə edilib.
2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları Abşeron rayonunda da müzakirə edilib.
XƏBƏR LENTİ
15:44 | 17 saylı bağçada Milli Dirçəliş Günü qeyd olunub 14:32 | 27 saylı bağça 1 illik yubileyini qeyd edib 12:30 | 23 saylı bağçada "Qızıl Payız" adlı tədbir keçirilib 21:57 | “Ölkəmizi tanıyaq” layihəsinin Abşerondan olan iştirakçıları Gəncə şəhərinin qonağı olublar 21:31 | Abşeronda Davamlı Tibbi Təhsil mövzusunda mühazirə keçirilib 20:41 | 24 nömrəli körpələr evi-uşaq bağçasında məhsul bayramı keçirildi 19:51 | APA TV -Prezident İlham Əliyev Abşeron rayonuna səfər edib (Video) 19:49 | İlham Əliyev Xırdalan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib-Video 19:47 | Masazır qəsəbəsində 5 nömrəli tam orta məktəbin açılışı olub-Video 19:45 | İlham Əliyev Abşeron Olimpiya İdman Kompleksinin açılışında-Video 19:43 | İlham Əliyev Abşeron rayonunda “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti ilə tanış olub-Video 19:19 | Abşeron yarımadasında magistral su kəmərləri və qurğularının inşası ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 19:07 | İlham Əliyev Xırdalan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 16:59 | 15 nömrəli körpələr evi- uşaq bağçasında 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib 14:37 | Masazır qəsəbə 5 nömrəli tam orta məktəbin açılışı-FOTOLAR 14:30 | İlham Əliyev Abşeron rayonunda “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti ilə tanış olub-FOTOLAR 14:28 | İlham Əliyev Abşeron rayonunda “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti ilə tanış olub 14:22 | Abşeron Olimpiya İdman Kompleksinin açılışı-FOTOLAR 12:30 | İlham Əliyev Xırdalan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib 12:25 | İlham Əliyev Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edib 12:20 | İlham Əliyev Abşeron rayonunun Masazır qəsəbəsində yeni inşa olunan 5 nömrəli tam orta məktəbin açılışında iştirak edib 10:57 | Abşeron məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar