Absheron Media
Haqqımızda Bizimlə əlaqə

BMU-da YAP-ın 25 illiyi qeyd olundu

Tarix:18-10-2017, 01:20

BMU-da YAP-ın 25 illiyi qeyd olundu


“Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”. 25 il bundan öncə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə fəaliyyətə başlayan
partiya bu gün də yorulmadan Azərbaycan xalqının müstəqilliyi, rifahı və xoşbəxtliyi yolunda əzm və fədakarlıqla fəaliyyət göstərir.

Məhz bu münasibətlə Bakı Mühəndislik Universitetində Abşeron rayon ərazi ilk təşkilatında yubiley tədbiri keçirilib. Tədbirdə universitet kollektivi ilə yanaşı Abşeron rayon partiya təşkilatının sədri Bilman Vəliyev də iştirak edib.

Universitetin rektoru, professor Havar Məmmədov tədbir iştirakçılarını salamlayıb. 70 il Sovet ittifaqının tərkibində yaşadığımızı , ittifaqın dağılmasından sonra ağır günlər keçirdiyimizi, 20 yanvar və Dağlıq Qarabağ kimi problemlər yaşadığımızı diqqətə çatdırıb. Müstəqilliyin ilk illərində səriştəsiz hakimiyyətin mövcudluğu da ölkəni daha da böhran vəziyyətinə gətirib çıxarmışdı. Bu kimi faktlar müstəqilliyimizin asanlıqla qazanılmadığını, onun qorunmasının və inkişafının daha çətin olduğunu göstərir. Belə bir vaxtda YAP-ın təsis olunması tarixi zərurət və Azərbaycanın üzləşdiyi mürəkkəb və fəlakətli vəziyyətdən xilas etmək istəyi ilə əlaqədar idi. Azərbaycan xalqı naşı və bacarıqsız qüvvələri hakimiyyətdən uzaqlaşdıraraq, ulu öndər Heydər Əliyevə müraciət etdi, böyük siyasi xadimi hakimiyyətə qaytardı. YAP Azərbaycanın siyasi sisteminin normal dayaqlar üzərində inkişaf etməsinə güclü əsaslar yaratması ilə də tarixi missiyasını yerinə yetirmişdir. Məlumdur ki, 1990-cı illərin əvvəllərində Azərbaycanın siyasi sistemi kortəbii şəraitdə formalaşırdı. Siyasi sistemin gələcəyini, perspektivlərini müəyyənləşdirəcək ideya və ideologiyalar yox idi. Bununla yanaşı, siyasi qüvvələr arasında siyasi mədəniyyət nümunəsi də mövcud deyildi. Demokratik şəraitdə fəaliyyət göstərən çoxpartiyalı sistemdə hər hansı bir partiyanın cəmiyyətin, ölkənin, dövlətin həyatında oynayacağı rolu ilə bağlı insanlarda ümumi təsəvvürlər yox dərəcəsində idi. Ona görə ki, Azərbaycan cəmiyyəti uzun illər kommunist ideologiyasiyanın təsiri altında yaşamışdı. Belə bir şəraitdə də YAP-ın Azərbaycanın siyasi sisteminə daxil olması demokratik siyasi sistem haqqında təsəvvürlərin formalaşmasına güclü təkan vermişdi. Rektor YAP-ın Azərbaycanın iqtisadi siyasi beynəlxalq həyatında və dinamik inkişafındakı əhəmiyyətindən geniş danışıb. Qeyd edib ki, Möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi “Yeni Azərbaycan PartiyasıAzərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır”.

Şamo Əliyev

BMU-da YAP-ın 25 illiyi qeyd olundu
BMU-da YAP-ın 25 illiyi qeyd olundu
BMU-da YAP-ın 25 illiyi qeyd olundu
BMU-da YAP-ın 25 illiyi qeyd olundu
BMU-da YAP-ın 25 illiyi qeyd olundu

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib