Abşeron qəzetinin yeni sayı
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
18-10-2017, 23:32 Oxunub: 997

Zibili zibil qutusuna atmaq mədəniyyətdir!

Zibili zibil qutusuna atmaq mədəniyyətdir!


Səliqə-sahman, təmizlik bizə irsi keçən, babalarımızdan, nənələrimizdən qalma xüsusiyyətlərdəndir. Təmizliyə evimizin içindən başlasaq da, qapımızı açıb çölə boylananda hər yeri-həyətimizi, küçəmizi, məhəlləmizi, bütünlükdə vətən torpağınının hər bir qarışını abad, baxımlı, bəslənmiş, gülə-çiçəyə bürünmüş görmək istəyi keçir qəlbimizdən... Bunu yaratmaq və qorumaq isə hər birimizin borcudur... Atalarımız yaxşı deyib : “Bağa baxarsan bağ olar, baxmazsan dağ”...

Rayon ərazisində sağlam ekoloji mühitin yaradılması məqsədilə mühüm tədbirlər həyata keçirilir. Abşeron rayonunda məişət tullantılarının atılması üçün 500-dən çox məntəqədə 1500-ə yaxın zibil qutusu yerləşdirilib. Məsələ burasındadır ki, rayonda 500 minə yaxın sakin yaşayır. Hər sakinin evi olan Abşeronun təmiz qalmasında onların rolu böyükdür. Amma insanlar tullantıları nəzərdə tutulan qutulara deyil, kənarlara atırlar. Görünən mənzərə isə ürəkaçan olmur. Səliqəsislik və tullantıların yaratdığı pis qoxu narahatlıq yaradır. Gündə 2 dəfə maşınlar tərəfindən yığılan məişət tullantıları "Balaxanı poliqonu"na daşınır. Buna baxmayaraq, Abşeron rayon \ İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq şifahi və yazılı xəbərdarlıq olunsa da, bəzi sakinlər buna məhəl qoymurlar.Vətəndaşlar təmizliyə riayət etsələr, zibili qutulara atsalar, təmizlik işçiləri o zibili yerdən yox, qutulardan daha tez götürə bilərlər .

Belə demək mümkünsə, ümumiyyətlə, insanlar zibili qutulara deyil, yerə atmağa bir növ adət ediblər. Binaların, küçələrin arxasında zibil qabları olsa da insanlar əllərindəki əşyaları, zibili hara gəldi atırlar. Kimisi içdiyi su qabını, çəkdiyi siqaretin kötüyünü küçəyə atır. Hətta çoxmərtəbəli binanın sakinləri pampersi, salafana bükülmüş zibili elə yuxarıdanca yerə atır. Belələrinə isə irad bildirəndə elə cavab verirlər ki, deməyinə də peşman olursan. Çox təəssüf, bu adamlar başa düşmək istəmir ki, zibili, tullantıları müvafiq yerlərə qoymaq, ətrafı təmiz saxlamaq bir mədəniyyətdir. Bu mədəniyyət uzun illər öncədən xarici ölkələrdə ciddi şəkildə formalaşıb.

Şamo Əliyev
XƏBƏR LENTİ
Bu gün, 15:38 | Çox çay və qəhvə içənlərə həkimdən QORXUNC XƏBƏRDARLIQ: Sümükləriniz əriyirBu gün, 15:25 | Prezidentin imzaladığı sərəncamlar ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətin nəticəsidirBu gün, 15:14 | Azərbaycanda dövlət qulluğunun ən müasir tələblər səviyyəsinə qaldırılması üçün məqsədyönlü iş aparılırBu gün, 15:03 | Azərbaycanın Rusiya ilə dövlət sərhəd xəttinin yüksək dağlıq əraziləri sərhəd nişanları ilə işarələnəcəkBu gün, 15:01 | Elmar Məmmədyarov: Azərbaycan QDİƏT-ə üzv olan ölkələrdə sülh, sabitlik və inkişafın artırılması istiqamətində səyləri artırmağa çağırırBu gün, 15:00 | Gürcüstan parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlibBu gün, 14:59 | Azərbaycan Ordusunda döyüş postlarının növbətçi heyətləri arasında müsabiqə keçirilibBu gün, 12:52 | Abşeronlu gənclər istifadə etmədikləri geyimlərini ehtiyacı olan gənclərə bağışladılarBu gün, 11:55 | Sağlamlığı qorumaq istəyənlər qarpız yesin! Nəhəng giləmeyvənin 7 faydasıBu gün, 11:47 | Sona Əliyeva: Prezident İlham Əliyev sosial rifahın yüksəldilməsi üçün davamlı tədbirlər həyata keçirirBu gün, 10:12 | Ürəyinizin döyüntü sayı bu xəstəliklərdən xəbər verir - Türkiyəli kardioloq açıqladıBu gün, 10:11 | Təzyiqin aşağı salınmasının ən sadə üsulu. Dərmansız!Bu gün, 10:09 | Körpənin dırnağını necə kəsmək lazımdır?Bu gün, 10:07 | Mitsubishi şirkətindən süni intellektə malik danışma-tanıma texnologiyasıBu gün, 10:00 | 10 dəqiqəlik enerji ilə 300 kilometrlik yol üçün batareyaBu gün, 09:58 | Virtual həqiqət ilə hüceyrələrin içində səyahətDünən, 17:15 | Abşeron rayonunda səhiyyə işçilərinin peşə bayramı qeyd olunduDünən, 16:19 | Qarpızı alanda kəsdirməyin! ZİYANLARIDünən, 16:18 | Millət vəkili: Bu sərəncam əhalinin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əsl inqilabdırDünən, 16:17 | Azərbaycan və Fransa birgə zirehli texnika istehsal edəcəkDünən, 14:51 | Məşhur psixoloqdan sağlam və möhkəm münasibət qurmağın 22 QAYDASIDünən, 14:48 | Azərbaycanla İran və İndoneziya arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadilələri aparılıb